Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                     “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib .....                     Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu .....                     Bakı bu dəfə tramvaya görə söküləcək: .....                     Lənkəranda YAŞIL TERROR .....                     Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                     Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... .....                     Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? .....                 

İnam Kərimovla Mikayıl Cabbarovun Novruz “islahatı” - FOTO
Tarix: 17-03-2020, 12:26 | Çap et
İnam Kərimovla Mikayıl Cabbarovun Novruz “islahatı”
Azərbaycanda bayramqabağı Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi sanki “qış yuxusuna” gedib. Hər iki nazirlik bahalaşmaya qarşı çırmanmalıydı.

Bazarlarda, yarmarkalarda, marketlərdə qiymətlər “od tutub, yanır”, yarmarkalarla supermarketlər arasında heç bir fərq qalmayıb, adi pomidor əlçatmaz olub, kilosu 5,30 manata satılır və ölkəboyu müşahidə edilən Novruz bahalaşması qarşısında hər iki nazirlik susqunluq nümayiş etdirirlər.

Reportyor.info məlumat verir ki, bir neçə gün əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov efir vasitəsi ilə əhalini narahat olmamağa çağırdı və ərzaq qıtlığı olmayacağına təminat verdi.

Amma qıtlıq olmadığı halda bazarlarda, marketlərdə qiymətlər “ceyran belinə” qalxıb. İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar Xidməti sanki qiymət artımının qarşısının alınması üçün yaradılmayıb.

Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması da bu qurumları hərəkətləndirməyib. Ölkədəki bahalaşmanı tormozlamaq üçün heç bir qabaqlayıcı tədbirlər həyata keçirilmir.

İnam Kərimovla Mikayıl Cabbarovun Novruz “islahatı”

İnam Kərimovun da kənd təsərrüfatı naziri təyinatı bu sahədə irəliləyişə gətirib çıxarmayıb. Halbuki, bolluq olacağı, məhsuldarlığın artması nəticəsində qiymətlərin ucuzlaşacağı gözlənilirdi.

Lakin faktiki olaraq, İsmət Abbasovla Heydər Əsədovun dövründən fərqli bir aqrar siyasət nəzərə çarpmır. Baxmayaraq ki, gənc kadrların yüksək vəzifələrə gətirilməsinə böyük etimad var idi.

Amma Mikayıl Cabbarovla İnam Kərimovun gənc nazirlər olaraq fəaliyyətləri hələ ki qida bazarında qiymətlərin aşağı düşməsinə xidmət etməyib. Əksinə, bahalaşma gedir.

Hazırda göyərtinin bir ədədi 30 qəpikdirsə, pomidorun kilosu 5 manatdan yuxarıdırsa, deməli, həm KTN müqəvva bir quruma çevrilib, həm də İN yanında Antiinhisar Xidməti “tükünü tərpətmir”.

İnam Kərimovla Mikayıl Cabbarovun Novruz “islahatı”

Reportyor.info-nun əməkdaşları da marketlərdə və yarmarkalarda apardıqlar araşdırma zamanı şahid olublar ki, qiymətlər qalxıb.

İş orasıdır ki, yarmarkalara məhsulların kəndlərdən gətirildiyi bildirilirdi və mağazalardan ucuz olduğu deyilirdi. Lakin qurumların yalanı faş olmaqdadır.

Ona görə də alıcılar artıq yarmarkalara o dərəcədə maraq göstərmirlər. Ötən il daha çox müştəri görmək olardı. Bu dəfə isə insanlar bayramqabağı bazarlığı elə marketlərdən etməyə üstünlük verirlər.

Çünki qoz-fındıq, şabalıd, püstə, quru meyvələrin qiyməti yarmarkalarda necədirsə, marketlərdə də təxminən eynidir.

Hətta bəzi məşhur marketlər kampaniyalar təşkil edərək istisna məhsulları ucuz satırlar. Məsələn, yarmarkada qabıqlı qozun kilosu 5 manat idisə, hipermarketdə 4 manat olduğunu gördük.

Yarmarkada fındıq 7, – 7, 50 manatdırsa, marketlərdə də 7-8 manatdır. Qoz ləpəsinin qiyməti də fərqli deyil: həm yarmarkalarda, həm marketlərdə 11-12 manatdan almaq olur.

Həmçinin, ərik, kişmiş, albuxara və s. məhsulların qiymətləri yarmarkalarla marketlərdə eynidir. Ərik 4-5 manat, kişmiş 6-12 manat civarındadır.

Bütün bunlar yanlış, uğursuz fəaliyyətin nəticələridir. Yəni, İnam Kərimovla Mikayıl Cabbarov sələflərindən fərqlənmir. Ölkədəki bahalığın qarşısının alınması üçün nə KTN-nin məhsuldarlığı artırmaq barədə proqramları var, nə də İN-nin qiymət artımına qarşı real addımları…

Yerli məhsullar da qeyri-ixtiyarı olaraq xaricdən gətirilən mallarla rəqabətdə bahalaşır, vətəndaşların mövsümi meyvə almağa imkanı çatmır.

Bu, İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin heç bir aqrar, tarif proqramı olmadığını isbat etməkdədir. Sıfır hərəkətlənmə!

Hər iki nazirlik tərəfindən qiymətlərin tənzimlənməsi, məhsuldarlığın artırılması istiqamətində heç bir addım atılmayıb. İ.Kərimov innovativ aqrar siyasəti həyata keçirməklə real nəticələr təqdim etməliydi.

Antiinhisar Xidməti fəaliyyət göstərir, bazarlarda nəzarəti həyata keçirir, qiymətlərin tənzimlənməsi, inhisarçılığın qarşısının alınması funksiyaları bu qurumun üzərindədir.

Amma hələlik bu qurumun həyata keçirdiyi heç bir əməli tədbirlər nəzərə dəymir. Bazarlarda dəhşətli bahalaşma var və buna cavabdeh olan iki nazirlik susursa, ictimaiyyət, media sualı kimə verməlidir – hava proqnozları bürosuna?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54
Vasif Talıbov üçün özəl gün: - General oğlu fotolarını paylaşdı
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru