Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyatlar keçirilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, əməliyyatlar Balıkesir şəhərinin Ayvalık, Erdemit, Gömeç və Karesi qəsəbələrində baş tutub. Nəticədə 4-ü qanunsuz miqrasiya ilə məşğul olan olmaqla, 45 miqrant - 36 Əfqanistan, 7 Suriya, 1 Azərbaycan və 1 Özbəkistan vətəndaşı saxlanılıb.
Məlum olub ki, onlar başda Yunanistanın Midilli adası olmaqla, Avropaya qaçmaq istəyiblər.
Qanunsuz miqrasiya ilə məşğul olan 4 nəfərdən ikisi həbs olunub, ikisi isə şərti qaydada sərbəst buraxılıb. 45 miqrant isə Balıkesir Miqrasiya Mərkəzinə təhvil verilib.