Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 64 yaşı tamam olub.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı onun oğlu, general Rza Talıbov sosial şəbəkə hesabında atasını təbrik edib, fotolarını paylaşıb.
Vasif Yusif oğlu Talıbov 14 yanvar 1960-cı ildə anadan olub. O, uzun müddət 26 il Naxçıvan MR-nın Ali Məclisinə rəhbərlik edib.
Talıbov vəzifədən gedəndən sonra Naxçıvandakı qanunsuzluqlar, korrupsiya faktları ilə bağlı bir çox əməliyyatlar keçirilib, vəzifəli şəxslər həbs olunub.