Milli Məclisin sabiq deputatı Vahid Əhmədov səhhətində yaranan hansısa problemlə bağlı əməliyyat olunmadığını bildirib. Hazırda xaricdəyəm, səhhətim də normaldır.
Bunu Teleqraf.com-a iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov deyib.
“Heç bir əməliyyat keçirməmişəm. Hər şey normaldır”, - deyə əlavə edib.
Qeyd edək ki, 2 aprel 1947-ci ildə Qubada anadan olan Vahid Əhmədov 1992-1994-cü illərdə baş nazirin birinci müavini, Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub.