Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinin Oktay Şabanov küçəsi, “Yetim petrol” deyilən ərazi hər axşam zülmətə qərq olur. Tribunainfo.az-a danışan qəsəbə sakinləri bildiriblər ki, bu küçədə axşamlar dəfələrlə qəza baş verib. Çünki küçə lampaları yoxdur, işıqfor belə quraşdırılmayıb. Sakinlər ən azından küçə fənərlərinin quraşdırılmasını xahiş edirlər. Bununla bağlı Suraxanı rayon icra başçısı Adil Əliyevdən kömək istənilir.