Bakıda fəaliyyət göstərən "Rekord" klubu ona məxsus stadionu satıb.
"DİA-AZ" Sportinfo.az-a istinadən xəbər verir ki, iranlı iş adamlarına məxsus olan, Əhmədli qəsəbəsində yerləşən və "Azəri" adlanan arena paytaxtın başqa bir klubunun sərəncamına keçib.
Söhbət II Liqada çıxış edən "Şəfa" klubundan gedir. Bakı təmsilçisi iranlı iş adamları ilə razılığa gəlib.
Tərəflər arasında anlaşmaya əsasən, komanda bundan sonra sözügedən məkanda məskunlaşacaq.