Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

Mixalko, yoxsa “Mixaylo?” - müxalifətlə qapalı görüş müəmması
Tarix: 16-08-2024, 10:21 | Çap et
Mixalko, yoxsa “Mixaylo?”
Avropa İttifaqının (Aİ) Bakıdakı ofisində səfir Piter Mixalkonun təşkilatçılığı ilə Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin müxalif partiya sədrləri ilə görüşü medianın diqqətindədir.

Qeyd edək ki, avropalı diplomatlar əvvəl Müsavat başqanı İsa Qəmbər və partiyanın sabiq başqanı Arif Hacılı ilə görüşüblər. Bəllidir ki, AXCP sədri və Müsavat rəhbərliyinin arasında münasibətlər gərgindir və bu səbəbdən Əli Kərimli ilə ayrıca görüş olub. Əli Kərimli “Turan”a bildirib ki, əvvəlcə Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auldi ilə görüşüb. O, səfirlə fotosunu da paylaşıb.

Bəs bu görüşlərdə müzakirə mövzuları nə olub? “Qafqazinfo” yazıb ki, səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyindən gileylənib, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin yaranmış durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb. Azərbaycandakı cari durumu qısa şəkildə təsvir edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər və maliyyə dəstəyi kəsilə bilər.

P.Mixalko maliyyələşmənin davam etdirilməsi üçün müxalifətin qarşısına qoyulan tələbləri səsləndirib. O bildirib ki, hazırkı seçki dövrünün açdığı imkanlardan istifadə edərək kütləvi tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə müxalifət regionlardakı durumu düzgün qiymətləndirməli, şəhər və rayonlarda öz bazasını səfərbər etməli və paytaxt da daxil olmaqla, kütləvi aksiyaların təşkilinə və keçirilməsinə başlamalıdır. P.Mixalko deyib ki, zəruri hallarda müxalifət iğtişaşlardan da çəkinməməli və qarşıdurmaya getməyi bacarmalıdır. Məsələn, bu və ya digər məsələdən narazı olan kütlə tərəfindən etiraz əlaməti olaraq regionlarla Bakı arasında əsas yolların bağlanmasını təşkil etmək mümkündür. Mixalko gənclərin bu prosesə cəlb edilməsinin vacib olduğunu deyib.

İddia olunur ki, müxalifət iradları haqlı sayıb və “Aİ tərəfindən irəli sürülən tələblərin yerinə yetirilməsi ilə bağlı lazımi addımlar atılacağını” vəd edib.

Həmçinin diqqəti cəlb edən məqamlardan biri də masanın üzərində Aİ bayrağı ilə yanaşı LGBT bayrağının qoyulması da olub.

A.Hacılı sosial şəbəkədə ABŞ və Böyük Britaniya səfirlərinin onlarla görüşdə iştirak etmədiyini deyib. O, görüşdə Azərbaycanda ümumi ictimai-siyasi durumu, 1 sentyabr seçkiləri, Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişi, Müsavat Partiyası ilə Aİ ölkələri diplomatik korpusunun nümayəndəliklərinim əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıldığını söyləyib. Amma LGBT bayrağı haqda heç nə deməyib.

Yada salaq ki, bir müddət əvvəl Ermənistan sərhədində Avropa İttifaqının müşahidə missiyasının Azərbaycana qarşı casusluqla məşğul olduğuna dair ittihamlarına Piter Mixalkonun narazılığından sonra o, Azərbaycan XİN-ə çağırılmışdı.

Rəsmi Bakıdan və Aİ-nin Bakı nümayəndəliyindən iddialarla bağlı heç bir rəsmi açıqlama yoxdur.

Bəs bu görüşün seçki ərəfəsi keçirilməsində məqsəd nə ola bilər? Aİ daxil Qərb təsisatlarının Azərbaycanda gərginlik yaratmaq imkanları varmı?

VI Çağırış Milli Məclisin üzvü Bəhruz Məhərrəmov sözügedən müxalifət qüvvələrində millilikdən əsər-əlamət görmür: “Vətən müharibəsində və antiterror tədbirlərində qələbəmizlə cənab İlham Əliyev Qərbin regionda münaqişənin və separatizmin davamlılığında ehtiva olunan imperialist niyyətlərinə köklü zərbə vurdu. Sonrakı dövrlərdə Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət, o cümlədən görülən təhlükəsizlik tədbirləri, həyata keçirilən ordu quruculuğu və müdafiə sənayesi həmlələri Azərbaycanın regionda əməliyyat şəraitinə tam və dayanıqlı şəkildə nəzarəti ilə nəticələndi. Təbii ki, beynəlxalq hüququn aliliyinə əsaslanan yeni reallıq Qərb imperializmini razı sala bilməzdi. Hərbi, siyasi və diplomatik yolla hər hansı nəticələr əldə edə və regionda təcavüzkar məqsədlərlə planlarını həyata keçirə bilməyəcəyini anlayan Qərb üzünü yerlərdəki dayaqlarına tutmalı oldu. Bu prosesin gedişində isə tamamilə başqa məqsədlə yaradılmış, lakin bu gün Qərbin imperializm niyyətlərinin realizəsi mexanizminə çevrilmiş Avropa İttifaqı xüsusi rol oynamaqdadır. Hələ 10 il əvvəl ”vətəndaş cəmiyyətlərinə dəstək" adı altında regiona soxulmağa çalışan təsisatların Azərbaycanda neytrallaşdırılması digər ölkələrdə qeyri-hökumət təşkilatları çərçivəsində həyata keçirilən pozuculuq fəaliyyətinin Azərbaycanda realizəsinə imkan vermədi. Nəticədə gedişat Avropa İttifaqının özünün bu çirkin missiyanı üstələməsinə, təşkilatın rəsmilərinin şəxsən bu prosesdə hərəkətverici qüvvə kimi çıxış etməsinə gətirib çıxarıb. Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbərinin mütəmadi şəkildə antimilli ünsürlərlə kommunikasiyası da onu göstərir ki, prosesdə Qərb imperializminin yerli dayağı qismində məhz bu dairələr çıxış edir. Qərb Azərbaycanda radikal müxalifətin güclənməsi və ictimai qayda, ictimai təhlükəsizlik üzərində təhdid mühiti formalaşdıra biləcək gücə çevrilməsində maraqlıdır. İşğal və təcavüz amillərinin puça çıxdığını, o cümlədən müxtəlif qlobal platformalarda hücumların effektsiz qaldığını görən Qərb Azərbaycanı məhz daxildən bu marionetlər vasitəsilə təzyiq altına salmaq, ictimai-siyasi mühitdə birmənalı söz sahibi olmaq istəyir. Lakin proseslərin gedişatı da göstərir ki, “bu qüvvələrin” Azərbaycanda heç bir güc, imkan və nüfuz perspektivi yoxdur. Xalq qalib liderin ətrafında çox sıx birləşib və bu kursa alternativ görmür. Bu mənada, indiki halda Avropa İttifaqı rəsmisinin radikallarla görüşü təsisatın özünün və həmin “partiya sədrlərinin” bir daha ifşasından başqa bir şey olmadı. Görüşün keçdiyi ab-hava, yayılan şəkillərdə masa üzərində olan elementlər də bir daha göstərir ki, 30 ildir özünü “milli” qüvvə kimi təqdim etməyə, sırımağa çalışan bu adamlar əslində iqtidar arzusu, hakimiyyət niyyəti naminə bütün dəyərlərini satmağa hazır olan antimilli ünsürdən başqa bir şey deyillər".

VI Çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə bu cür cəhdləri yolverilməz sayır: “Avropa Birliyi rəsmilərinin Azərbaycanda müxalifət liderləri ilə görüşü barəsində məlumat verməməsi istər-istəməz cəmiyyətdə suallar doğurur. Eyni zamanda özünü hakimiyyətdə görən müxalif partiya liderinin görüş barəsində məlumat verməməsi istər-istəməz müəyyən təsəvvürlərin yaranmasına gətirib çıxarır. Niyə görüşlər ancaq radikal müxalifət liderləri ilə keçirilir? Niyə hakim partiyanın nümayəndələri, mərkəzçi partiyalarla, parlamentdə təmsil olunan partiyaların rəhbərləri görüşlər keçirilmir? Bu o demək deyilmi ki, Avropa Birliyinin müəyyən dairələri Azərbaycanda radikal müxalifətə himayədarlıq edirlər? Onlardan özlərinin müəyyən siyasi məqsədləri üçün istifadə edirlər. Vaxtaşırı Avropanın müəyyən dairələrinin Azərbaycanla bağlı ədalətsiz fikirlərini eşidirik. Onların anti-Azərbaycan bəyanatlarının cəmiyyətdə dəstəklənməməsi üçün müxalifəti işə salmağa çalışırlar. Nədən bir ölkənin daxili siyasətinə belə müdaxilələr edilir? Radikal müxalifətin zəif olmasına gəlincə, birinci səbəb ondan ibarətdir ki, Azərbaycanda iqtidar məhsuldar fəaliyyət göstərir. Cənab Prezidentin rəhbərliyi altında milli maraqlarımızın qorunması istiqamətində böyük işlər görülür. Torpaqlar işğaldan azad olundu, azad olunan ərazilərdə böyük quruculuq işləri gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün geri qayıdıb. Azərbaycanın ümumdaxili məhsulu ildən-ilə artır. Sosial problemlərimiz həll olunur, milli valyutamız olan manat inflyasiyaya uğramır. Görülən işlərlə yanaşı, əlbəttə, görüləsi digər işlər də var. Amma onlar barəsində də cəmiyyətə geniş məlumat verilir. Bu gün radikal müxalifətin problemləri həll etməyə hər hansı bir çağırışı yoxdur. Onların Azərbaycanın inkişaf ilə bağlı proqramları yoxdur. Radikal müxalifət liderləri kompüter arxasından çıxmırlar, cəmiyyətdə olmurlar, sadə insanlara yaxın deyillər. İndiyə qədər radikal müxalifət liderlərini bir şəhidin yasında görən olmayıb. Azərbaycanın taleyüklü məsələləri ilə bağlı beynəlxalq çağırışlarını da eşitməmişik. Quyuya su tökməklə quyu sulu olmur. Radikal müxalifətə nə qədər maliyyə verirsənsə ver, əgər onların cəmiyyətdə dəstəkləri yoxdursa, o zaman elə siyasi bloger kimi fəaliyyət göstərəcəklər. Azərbaycan vətəndaşının seçdiyi və inandığı hakimiyyətin fəaliyyəti bu gün cəmiyyətin maraqlarına cavab verir. Bu gün Azərbaycan hakimiyyəti ölkənin milli müstəqilliyini qoruyur. Ölkəmizin beynəlxalq birlikdə nüfuzunun artması üçün böyük işlər görülür. Azərbaycan bu gün beynəlxalq tədbirlərdə iştirakı arzuolunan ölkədir. Rəsmi Bakı ilə əməkdaşlıq etmək xarici ölkələr üçün divident sayılır. Xarici dairələrin daxili siyasətimizə qarışmaları yolverilməzdir. Azərbaycan cəmiyyəti heç zaman bu cür hərəkətləri dəstəkləmir və buna öz etirazını bildirir”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru