Teledebat Baydeni büdrətdi: amerikalı seçicilərin qərarı nə olacaq? - GEDİŞAT
Tarix: 5-07-2024, 16:00 | Çap et
İyunun 28-nə keçən gecə ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı Prezidenti, prezidentliyə Demokrat Partiyasından namizəd olan Co Bayden və keçmiş Prezident, prezidentliyə Respublikaçılar Partiyasından olan Donald Tramp arasında seçkiqabağı ilk teledebat baş tutub. CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb. İki CNN aparıcısı müzakirəyə moderatorluq edib və suallar verib. Bayden və Tramp növbə ilə danışıblar, bir iştirakçı danışarkən digərinin mikrofonu səssiz qalıb.
Müzakirənin birinci hissəsi Amerikanın daxili gündəmində olan iqtisadi problemlər, miqrasiya, abort və digər məsələlərə həsr olunsa da, söhbət tez bir zamanda beynəlxalq mövzulara keçib. Əvvəlcə söhbət Amerika qoşunlarının Əfqanıstandan xaotik çıxarılmasından gedib. Tramp bunu “ölkə tarixində ən biabırçı məqam” adlandırıb və sonra deyib ki, bu vəziyyət başqa şeylərlə yanaşı, Rusiyanı Ukraynanı işğal etməyə sövq edib.
"Həyatımda heç vaxt bu qədər cəfəngiyat eşitməmişəm", – Bayden Trampa cavabında qeyd edib.
Tramp növbəti dəfə qələbə qazanacağı təqdirdə münaqişəni həll edəcəyini bir daha bəyan edib, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini vurğulayıb.
Debat iştirakçıları mütəmadi olaraq bir-birlərini yalan danışmaqda ittiham edib və bir-birlərini söz atəşinə tutublar. Bayden bir məqamda Trampın hərbi qulluqçulara və veteranlara münasibətinƏ toxunaraq keçmiş prezidenti “uğursuz” adlandırıb. Tramp isə Baydeni “tarixin ən pis prezidenti” adlandırıb.
İlk debatdan sonra dünya mediasında Baydenin faktiki olaraq “Trampa məğlub” olduğu müzakirəsi gedir. Qərb mediasının müşahidəçiləri debatı “Bayden üçün fəlakət” kimi qiymətləndiriblər. Vitse-prezident Kamala Harris bildirib ki, amerikalılar onun çıxışlarına deyil, ölkə üçün görülən işlərə diqqət yetirməlidirlər.
ABŞ Prezidenti Co Bayden isə etiraf edib ki, prezident seçkilərində siyasi rəqibi Trampla debatda çıxışı uğurlu olmayıb: “Mən bilirəm ki, artıq gənc deyiləm, əvvəlki kimi asanlıqla yerimirəm. Əvvəlki kimi rahat danışmıram, əvvəlki kimi mübahisə etməyi bacarmıram. Amma bildiyimi bilirəm - həqiqəti necə deməyi bilirəm!”. Amerika liderinin sözlərinə görə, “əgər yıxılarsansa, ayağa qalxmalısan”.
Maraqlı məqamlardan biri isə odur ki, debatdan sonra bir çox amerikalı seçici hesab edir ki, Demokratlar Partiyası ölkənin hazırkı liderinin əvəzinə ABŞ Prezidenti postuna başqa bir namizəd seçməlidir. “Morning Consult”ın apardığı sorğunun nəticələrinə görə, sorğuda iştirak edən seçicilərin 60 faizi deyib ki, Bayden televiziya debatında zəif çıxış etdikdən sonra demokratlar prezidentliyə namizədi “mütləq” dəyişdirilməlidirlər. Respondentlərin 45 faizi Baydeni ABŞ-ın növbəti Prezidenti kimi görməyə üstünlük verəcəyini bildirib, 44 faizi onun əsas siyasi rəqibi, sabiq Prezident Trampı dəstəkləyib. Sorğu iştirakçılarının 57 faizi Trampın debatda Baydendən daha yaxşı çıxış etdiyinə inanır.Sorğu ABŞ-ın təxminən 2 min yetkin sakini arasında aparılıb.
Bir çox analitiklər hesab edirlər ki, ilk debat göstərdi ki, Bayden payızda keçiriləcək seçkilərdə keçmiş və indiki rəqibi Trampa məğlub olacaq. Amma fərqli fikir səsləndirənlər də var. Politoloqların bir qisminin qənaətincə, bir debatla “Bayden məğlub olacaq” proqnozu vermək doğru deyil.
ABŞ-da keçiriləcək seçkilər və Bayden-Tramp mübarizəsi barədə AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu deyib ki, ilk teledebatdan sonra Baydenin seçkini uduzacağı ilə bağlı çoxlu fikirlər səsləndirilir:
- Bəzən belə proqnozlar verilir ki, Baydenin məğlubiyyəti artıq heç kimdə şübhə doğurmur. Amma Amerika cəmiyyətinin böyük hissəsinin Trampa qarşı çox neqativ yanaşdığını nəzərə almamaq mümkün deyil. Amma bu hələ o demək deyil ki, onlar da Baydenə səs verəcəklər. Vəziyyət bu dərəcədə qarmaqarışıq və ziddiyyətlidir. Bu vəziyyətə aydınlığı ancaq zaman gətirəcək. İndi kimin qalib gələcəyini demək üçün tezdir. Razıyam ki, ilk teledebatın nəticəsi xeyli dərəcədə ABŞ-da seçkilərlə bağlı fikirləri dəyişib. Lakin heç kim nəzərə almır ki, son sözü seçici deyəcək və onların necə davranacağını indidən demək olmaz.
- Amma ABŞ seçiciləri arasında “Morning Consult”ın apardığı sorğunun nəticəsi də Baydenin uduzacağına işarə edir...
- Biz dəfələrlə şahidi olmuşuq ki, sosioloji sorğular, aparılan rəy sorğuları yanlıç ola bilər. Məsələn, 2016-cı ildə heç bir sorğu, heç bir sosioloji araşdırma Donald Trampın prezident seçiləcəyini işarə etmirdi. Amma tramp seçkilərdə qalib oldu. Məncə, heç Trampın özü də bu nəticəini təsəvvür etmirdi. Onun qələbəsi özü üçün də gözlənilməz olmuşdu.
- Demək istəyirsiniz ki, indi də vəziyyət 2016-cı ildəki kimidir?
- Təxminən, vəziyyət eynidir. Heç kim seçicinin nə qərar verəcəyini bilmir. Görünən və görünməyən məqamlar mövcuddur. Sual budur: doğrudanmı ABŞ seçiciləri artıq Baydenə səs vermək istəmirlər? Məncə bunu təsdiqləmək üçün hələ tezdir. Bu gün ABŞ-da vəziyyət çox qarışıqdır. Düzdür, Bayden büdrədi, amma qarışıq vəziyyət olduğu üçün seçkilərin nəticəsi hər iki namizəd üçün sual altındadır.
- Amerikada Demokrat Partiyasının namizədi dəyişmək, Baydenin yerinə başqa bir şəxsin namizədliyini irəli sürmək çağırışları var. Sizcə, demokratlar namizədini dəyişə bilərmi?
- Dediyim kimi, bu gün Amerikada siyasi qarışıqlıq hökm sürür, ABŞ siyasəti çətin dövr keçirir. Əgər demokratlar namizədi dəyişsələr, təbii ki, seçkilərdə məğlub olacaqları qaçılmazdır. Çünki zaman azdır, seçkilərə çox qısa vaxt qalıb. Növbəti namizədi təqdim etmək, onu cəmiyyətə nümayiş etdirmək zaman tələb edir. Nəzərə almaq lazımdır ki, ABŞ böyük və seçki aktivliyi olan ölkədir. Eyni zamanda, demokratların arasında tam qüsursuz namizəd yoxdur ki, onu qısa zamanda cəmiyyətə təqdim etsinlər, seçkilərdə qalib gəlsinlər. Buna görə də, Bayden seçkiyə getməkdə israrlı olduğunu bəyan etdi. Bəzi məlumatlara görə, Baydenin seçkilərdə iştirak israrında ailəsinin, yaxınlarının təsirləri var. Amma məncə, məsələ bu qədər sadə deyil. Ümumiyyətlə, ABŞ siyasəti haqqında belə sadə düşünməyin tərəfdarı deyiləm. Baydenin komandası, partiya rəhbərliyi, Ağ Evdəki komanda, sponsorlar var. ABŞ-da siyasətə təsir edən bir çox amillər var. Baydenin qərarına bu amillər təsir edir. Onu da bildirim ki, bu yaxınlarda Demokrat Partiyasının “Demokratik Milli Konqres” adlandırılan qurultayı keçiriləcək. O zaman Baydenin seçkiyə getməsini istəyənlərin motivi aydın olacaq. Bununla yanaşı, Baydenin namizəd olmasının əleyhinə olan demokratların da motivləri bəlli olacaq.
- Azərbaycan üçün ABŞ Prezidenti postuna kimin seçilməsi məqbuldur?
- Bu sualınıza cavab çox sadədir: Ağ Evdə kimin əyləşməsindən asılı olmayaraq ABŞ maraqları hər bir halda prioritet olacaq. Hesab edirəm ki, Azərbaycan üçün indiki məqamda demokratların namizədinin ABŞ Prezidenti olması daha məqbuldur. Bunu Baydenin Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarından da, Nümayəndələr Palatasındakı demokrat çoxluğun qəbul etdiyi və hazırda gündəliyə təklif etdiyi qətnamə layihələrindən də açıq-aydın görürük. Lakin nəzərə almaq lazımdır ki, Bayden, yaxud Tramp seçkilərdə qalib gələrsə, Prezident postuna gələn il yanvarın 20-də əyləçşəcək. Məncə, Azərbaycan bu müddətədək yarımçıq qalmış işlərini tamamlamalıdır. Xüsusilə, söhbət Ermənistanla imzalanacaq sülh sazişindən gedir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
|