Bu gün onun meydan sulayan vaxtıdır... - Ölkənin baş maliyyə idarəsini yönəldən şəbəkə...
Tarix: 20-02-2016, 10:32 | Çap et
Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi haqda yeni məlumatlar yayılıb. Bəzi media quruluşlarında Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun 1-ci müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir Eyni zamanda, onun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar var.Bizi məlumatlandıran sahibkarlardan biri deyib ki, 1-ci müavin Azər Bayramovun «çətir»i altında xüsusi statusa sahiblənmiş Nadir Qarayev korrupsiya şəbəkəsinə nazirlik və komitələrin maliyyə şöbələrinin rəislərinə də cəlb eləyib: «Məlumat üçün bir daha qeyd edim ki, Nadir Qarayev təkcə idarə rəisi və korrupsiya şəbəkəsində önəmli rol oynayan şəxs kimi deyil, həm də Azər Bayramovun yerlisi, yaxın qohumu olaraq nazirlik, komitə, icra hakimiyyətlərinin «qorxulu röyası»dır. Onun bir kəlməsi istənilən nazirliyin maliyyə şöbəsinin müdirini əmrə müntəzir hala gətirir. Əks halda, həmin nazirlik vəsaitlərin vaxtlı-vaxtında köçürülməsində (maliyyəçilərin diliylə desək, hesabların açılması-redaksiya) ciddi sıxıntılar yaşayacaq. Nadir Qarayev yerlisi və əsas himayəçisi olan Azər Bayramova güvənərək, bu təsir imkanından yararlanaraq, ona tapşırılmış «faiz yığmaq» prosesini çox böyük ustalıq və peşəkarlıqla yerinə yetirir». Daxil məlumata görə rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında «oliqarx» məmura çevrilib. Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər «faiz» alır. Bu barədə saytımıza məlumat verən mənbəninin bildirdiyinə görə maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir. Belə ki, idarə və müəssisə rəhbərləri maliyyə idarəsinin müdirinin «payını» nəğd şəkildə əvvəlcədən çatdırırlar. Əks təqdirdə vəsaitin idarə və müəssisələrin hesabına köçürülməsində ciddi «problemlər» ortaya çıxır. Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik «gəliri» yüzmin manatlarla ölçülür. Məlumatlı mənbəninin cumhuriyyet.az-a bildirdiyinə görə Namiq Məmmədovun maliyyə nazirinin müavini Azər Bayramovla isti münasibətlərindən ilk növbədə yaralanan icra başçısı Ramiz Yediyarovdur. Belə ki, rayon icra başçısı bir çox cari təmirləri həyata keçirən kiçik şirkətlərin çoxunu maliyyə idarəsi rəisinin əmisi oğlu, Gədəbəy Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədova həvalə etməklə özünə hər il yüz min manatlarla “xeyir” götürür. İddiaya görə Namiq Məmmədov maliyyə nazirliyində Azər Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən və ayrılan büdcə vəsaitlərindən faiz almaqla milyonlar qazanan “Gədəbəy qruplaşması” deyilən şəbəkənin regiondakı ən etibarlı və nüfuzlu şəxslərindən biridir. Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin “aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir. Bildirilir ki, Namiq Məmmədov və əmisi oğlu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədov bölgədə “Gədəbəy qruplaşması”ının başında dayanan əsas şəxslərdir və bu şəxslərin əli ilə Azər Bayraiov hər il Gəncəbasar regionlarından miylonlarla manat «faiz» toplayır. Qeyd olunur ki, Ramiz Məmmədov bir vaxtlar rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxtlar Ramiz Məmmədov rayon təhsilində baş verən çoxsaylı maxinasiya və qanunsuzluqlarla ad çıxartıb. Mənbəmiz iddia edir ki, Ramiz Məmmədovun “fironluğu”, həmçinin maliyyə maxinasiyaları barədə dəfələrlə təhsil nazirliyinə və prezident aparatına edilən şikayətlərdən sonra, əmisi oğlu Namiq Məmmədovun sayəsində qəflətən rayon mədəniyyət və turizm şöbəsinə “transfer” olunub. Çünki Ramiz Məmmədov təhsil şöbəsində həyata keçirdiyi maliyyə maxinasiyalarını əmisi oğlu Namiq Məmmədov vasitəsi ilə hayata keçirib və bu maxinasiyaların üstünün açılması Maliyyə İdarəsinin müdiri üçün həbsxana qapılarını aça bilərdi. İddiaya əsasə ucqar bir rayonda məmur oliqarxa çevrilən Namiq Məmmədov daha böyük iddialara düşdüb. Gədəbəy maliyyə idarəsinin müdiri Azər Bayramovun dəstəyi ilə icra başçısı Gədəbəyə, ya da yaxın rayonların birinə icra başçısı təyinatı almaq üçün bütün imkanlarını səfərbər edib. Onun bu işdə əsas hamisi isə Azər Bayramov və “Gədəbəy qruplaşması”nın Bakıdakı fəal üzvlərdir. Maliyyə Nazirliyində şərti adı «Gədəbəy qruplaşması» adlanan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar: «Yaxın aylara qədər susanlar bu gün açıq şəkildə «Gədəbəy qruplaşması» və onların himayəsində olan maliyyə məmurlarının hərəkətlərindən şikayətlənməyə başlayıblar. Onlarla bərabər, ölkədə ciddi rol və nüfuza sahib olan bəzi nazirlərin də bu qruplaşmadan narazı olduğu sirr deyil. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olurlar. Çünki nazirliklərin layihələrində qalib olan şirkətlər 1 saylı Xəzinədarlıq İdarəsinin razılığı ilə hesablarına köçürülməli olan vəsaitləri vaxtında ala bilmirlər. Nadir Qarayev açıq şəkildə «şərti»ni qoyaraq, «haqqı»nı istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli “faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür. Maraqlı burasıdır ki, dövlət qurumlarının maliyyə şöbəsi rəisləri də belə vəziyyətdə öz vəzifələrini qorumaq və son bir neçə ildə üstün mövqeyə sahiblənmiş «Gədəbəy qruplaşması» ilə düşmən olmamaq üçün sahibkarları sıxmağa başlayırlar. Açıq şəkildə tender qalibi olan şirkətlərə «1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsün» deyirlər. Bəli, «Azər Bayramov- Nadir Qarayevin “hakimiyyət pramidası”ı bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınır». Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir “gestapo rejimi”nin hökm sürdüyünü bildirilən müsahibimiz deyir ki, bu qrup elə bir həddə çatıb ki, artıq Azərbaycan dövlətinin strateji maraqlarını da nəzərə almırlar: «Bəlkə də digər nazirlik, komitə və icra hakimiyyətlərini anlamaq olar. Ancaq müharibə şəraitində olan Azərbaycan ordusunun təminatını həyata keçirən şirkətlərdən də «hesab» tələb olunması, heç də anlaşılan deyil. Mənim bildiyimə görə, Nadir Qarayev faktiki ordunu ərzaq və digər tələbatlarını təmin edən şirkətlərə qarşı da güzəştə getmir. Düzü, bu məsələyə Müdafiə Nazirliyinin maliyyə şöbəsinin rəisi Namiq Poladov necə yanaşır, bunu bilmirəm. Amma dəqiq bildiyim odur ki, Nadir Qarayevə 6 faizlik «hesab» çatmasa, Müdafiə Nazirliyinin tenderlərində qalib olan və ordunun təminatını həyata keçirən şirkətlərin pulu da hesablarına köçürülmür…». Müsahibimiz deyir ki, Azər Bayramovun «patron»luğu ilə həyata keçirilən bu sistemə qarşı çıxan dövlət qurumalrı və şirkətlər dözülməz vəziyyətlə üzləşirlər: «Məsələn, tərtib olunan maliyyə sənədləri düzgün, qanunauyğun olsa da, Nadir Qarayev aylarla təqdim olunan sənədlərin icrasını yubadır. Və sonda «hesab» ödənilmədiyi üçün sənədlər bir bəhanə ilə geri qaytarılır. Bu isə qalib şirkətin tenderin şərtlərinə əməl edə bilməməsinə səbəb olur ki, nəticədə şirkətlər daha böyük məbləğdə zərərlə üzləşirlər. Maliyyə Nazirliyindəki məlum qrup da bunu əla bildiklərindən çox rahat şəkildə «öz fəaliyyət»lərini yüksələn xətlə davam etdirirlər. Nəticədə bu qrup çox böyük vəsaitləri təyinatından yayındırmaqla, iri kapital sahibinə çevrilir. Həmin kapitalın sabah kimə və necə istifadə olunacağını araşdırmaq, bu dövlətin işidir. Ancaq hələlik bu prosesdən həmin qrup qazanclı, şirkətlər, onların işçiləri, nəhayət, dövlət isə itirən çıxır». Qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. T. Məmmədov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02 |
|
|
|
• İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01 |
|
|
|
• İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00 |
|
|
|
• Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58 |
|
|
|
• ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53 |
|
|
|
• Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50 |
|
|
|
• Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42 |
|
|
|
• Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39 |
|
|
|
• Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35 |
|
|
|
• Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27 |
|
|
|
• AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25 |
|
|
|
• Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17 |
|
|
|
• Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16 |
|
|
|
• “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14 |
|
|
|
• Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07 |
|
|
|
• Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04 |
|
|
|
• Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58 |
|
|
|
• Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55 |
|
|
|
• NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54 |
|
|
|
• Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40 |
|
|
|
• Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32 |
|
|
|
• Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28 |
|
|
|
• "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21 |
|
|
|
• Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18 |
|
|
|
• ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16 |
|
|
|
• Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15 |
|
|
|
• Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14 |
|
|
|
• Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02 |
|
|
|
• “Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59 |
|
|
|
• “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55 |
|
|
|
• Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46 |
|
|
|
• Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• “Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36 |
|
|
|
• Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29 |
|
|
|
• İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24 |
|
|
|
• Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12 |
|
|
|
• Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55 |
|
|
|
• Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46 |
|
|
|
• Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41 |
|
|
|
• 20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30 |
|
|
|
• "Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06 |
|
|
|
• Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04 |
|
|
|
|