"23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" .....                     "Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" .....                     «Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» .....                     Zəngəzur üçün YENİ MODEL .....                     QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... .....                     "Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." .....                     Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... .....                     Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki .....                     Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... .....                     Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi .....                     Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... .....                     Çoxnövbəli iş rejiminə görə əmək haqqı... .....                     Xocalı şəhidlərinin qanı yerdə qalmadı .....                     Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... .....                     Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... .....                     Müharibədən öncəki və sonrakı 5 il... .....                     Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... .....                     Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir .....                     Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil .....                     Göyçayın bu kəndində dərd orasındadır ki... .....                     Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib .....                     Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” .....                     ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək .....                     Zaur Mikayılov işinin öhdəsindən gəlmir... .....                     "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                 

Nadir Qafarzadənin YARATDIĞI GÜNDƏM... - ƏCƏBA HAQLIDIRMI?
Tarix: 15-02-2025, 09:12 | Çap et
Nadir Qafarzadənin YARATDIĞI GÜNDƏM...
“Oğlumun təhsilinə verdiyim pul bəhrəsini vermir, onun yerinə çayxana açardım, oranı işlədərdi”.

Bu sözləri müğənni Nadir Qafarzadə səsləndirib.

“Oğlum İsveçrədə oxudu, indi evdə oturub. Onun təhsilinə uyğun iş yoxdur. Övladım Cenevrədə Biznes və Menecment fakültəsini bitirib. Həmin pula yaxşı çayxana açardım. Kimə lazımdır təhsil, nəyə lazımdır? Gənclər də görür ki, təhsilli insanlara önəm vermirlər, gedib Tiktokda canlı yayım açırlar. Onlar düşünürlər ki, gedib dörd-beş il oxumaqdansa, belə rahatca oturub, pul qazanmaq daha yaxşıdı”, - o bildirib.

Şübhəsiz, Nadir Qafarzadə bu xüsusda tək deyil və problemli bir məsələyə toxunub. Çox vaxt valideynlər öz övladlarının ali təhsili üçün ətək-ətək pul xərcləyir (bura təbii ki, repetitor xərcləri də daxildir), amma nəticə sıfra yaxın olur. Yəni təhsil xərclər özünü doğrulmur.

Bəs Azərbaycanın əmək bazarında niyə belə vəziyyət yaranıb? Bu, müstəsna olaraq, valideynin və ya övladın yanlış seçimidir, yoxsa? Çıxış yolu nədir?

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Valideynlər övladlarının ixtisas və təhsil ölkəsini seçərkən, onların potensialını nəzərə almadan qərar verirlər. Hər bir valideyn əvvəlcə övladının potensialını bilməlidir. Bunun üçün illərdir təklif edirik ki, Elm və Təhsil Nazirliyi 12 yaşdan başlayaraq məktəblərdə şagirdlərin peşə potensialını müəyyən edən psixoloji testlər keçirsin. Bu, beynəlxalq təcrübədə də mövcuddur. 12 yaşdan etibarən, ildə iki dəfədən çox olmayaraq belə testlər keçirilir və şagirdin hansı sahədə potensiala malik olduğu müəyyən edilir, nəticələr isə davamlı olaraq valideynlərə təqdim olunur.

Valideynlər övladlarının potensialını nəzərə almadan, tanışlarının övladlarının xaricdə təhsil alması və ya müəyyən ixtisaslara yiyələnməsindən təsirlənərək, öz övladlarını da həmin istiqamətlərə yönləndirirlər. Bu zaman övladlarının həmin sahələrə marağı və ya qabiliyyəti olub-olmaması önəmsiz qalır. Nəticədə, başqa sahədə uğurlu ola biləcək bir şəxs, seçilməyən sahədə ömrü boyu özünü xoşbəxt və rahat hiss etmir. Burada iki məsələ var. Birincisi, ölkə daxilində dövlət tərəfindən keçirilən qrup imtahanlarıdır, bir hər zaman təklif edirik ki, bu, ixtisas imtahanları ilə əvəz olunsun. İkincisi isə valideynlərin övladlarının ixtisas seçiminə müdaxiləsidir".

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin hazırkı qrup imtahanları bəzi hallarda abituriyentlərin arzuladıqları peşə üzrə təhsil almalarına maneə yaradır: “Əgər bu imtahanlar ixtisaslara uyğun imtahanlarla əvəz olunsa, abituriyentlər istədikləri ixtisas üzrə ali təhsil müəssisələrinə müraciət edə və həmin sahədə təhsil ala bilərlər. Problemin əsas mənbəyi də buradadır. Bu problemin həlli üçün Elm və Təhsil Nazirliyi 7-ci sinifdən 11-ci sinfə qədər şagirdlər arasında psixoloji testlər təşkil edə bilər. Bu testlərin nəticələri valideynlərə mütəmadi olaraq təqdim edilməlidir ki, onlar övladlarının potensialını daha yaxşı anlasınlar və gələcəkdə peşmançılıq yaşamazlar”.

Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov isə qeyd edib ki, ümumilikdə təhsilə münasibət dəyişməlidir: “Elə ölkələr var ki, orada çox varlı bir ailə övladının ali təhsil almasına müdaxilə etmir və uşaq da öz seçimi ilə gedib hansısa işlə məşğul olur - ya ixtisaslı bir fəaliyyət peşəsi ilə, ya hansısa bir xidmət sahəsində, ya da özünüməşğulluqla. Bizdə isə bu, oxumaq sovet dövründən qalma bir dəbdir. Qızlar üçün oxumaq ümumiyyətlə, diplom cehiz sayılırdı bir vaxtlar. Biri var oxumaq, biri var diplom almaq. Diplom almaq dəbi idi. İndi də təəssüf ki, hələ də o tendensiya davam edir. Kimin imkanı var, yoxdur, kimsə kredit götürür və s., çalışır ki, uşaqları hansısa ali məktəb diplomu əldə etsin, bu mümkün deyilsə, heç olmasa bir kollec diplomu əldə etsin. Nəticədə uşaqlarını müxtəlif istiqamətlərə yönəldirlər və onlar istədiklərini yox, valideynlərin istədiyini əldə etmiş olurlar”.

Ekspert ikinci səbəb haqda da danışdı: “Məzunlar valideynlərdən əlavə, ixtisas seçimində istədiklərinə nail ola bilmirlər. Bu da test sistemi ilə bağlıdır. Belə ki, orada qrupu seçirsən, amma topladığın bala uyğun olaraq avtomatik sənin üçün o ixtisas seçimi gedir. Bəzi tələbələr ali təhsil almağa məcbur olduqlarını düşünürlər, çünki valideynlərinin gözləntilərini qarşılamaq istəyirlər. Onlar düşünürlər ki, ali təhsil almasalar, valideynləri nə deyəcək? Bu səbəbdən, ”eybi yox, bir ali təhsil alım, sonra baxarıq" düşüncəsi ilə hərəkət edirlər. Lakin təhsil aldıqdan sonra əmək bazarında uyğun iş tapmaqda çətinlik çəkirlər və ya ixtisaslarına tam yiyələnə bilmirlər. Nəticədə, diplomları sadəcə, bir xatirə sənədinə çevrilir".

S.Məmmədova görə, problemin kökü yalnız valideynlərin təzyiqində deyil, həm də təhsil sistemindəki məsələlərdə və cəmiyyətdəki ənənəvi düşüncələrdədir: “Əlavə olaraq, Azərbaycanda təhsil alanların nəzəri biliklərə sahib olmalarına baxmayaraq, praktiki vərdişlərinin yetərsiz olması da mühüm bir problemdir. Məsələn, mühəndislik ixtisası üzrə təhsil alan tələbələr yalnız kitab oxumaqla kifayətlənməməli, həm də potensial iş sahələrində ciddi təcrübə keçməlidirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" - Di gedin, qeyd edin... XAİNLƏR!
Bu gün, 09:22
"Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" - Tənzilə Rüstəmxanlı
Bu gün, 09:18
«Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» - MÜRACİƏT
Bu gün, 09:16
Zəngəzur üçün YENİ MODEL - Nələr var?
Bu gün, 09:12
QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... - Bir neçə gün sonra...
Bu gün, 09:05
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Bu gün, 08:59
Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
Bu gün, 08:55
Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki
Bu gün, 08:50
Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... - "Çünki analoji münasibəti..."
Bu gün, 08:48
Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi - KİV
Bu gün, 08:42
Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... İLGİNC DETALLAR
Bu gün, 08:38
Çoxnövbəli iş rejiminə görə əmək haqqı... - Ekspert danışır...
Bu gün, 08:32
Xocalı şəhidlərinin qanı yerdə qalmadı - MƏQALƏ
Bu gün, 08:22
Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... Və yaxud "rayon adamı" olan neftçinin işə getmə macərası...
Bu gün, 08:21
Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... - Israfil Kərimovun yazısı
Bu gün, 08:10
Müharibədən öncəki və sonrakı 5 il... - AKTUAL
Bu gün, 08:08
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... – Zelenski hansını seçəcək?
Bu gün, 07:13
Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir - Tramp belə deyir...
Bu gün, 07:10
Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil - ÇÜNKİ...
Bu gün, 06:33
Göyçayın bu kəndində dərd orasındadır ki... - NARAZILIQ VAR...
Bu gün, 06:28
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
Bu gün, 06:23
Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” - Onu Azərbaycanla nə bağlayır?
Bu gün, 06:19
ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
Bu gün, 05:20
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru