Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb .....                     "Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" .....                     Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb .....                     "Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" .....                     Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                 

Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... İLGİNC DETALLAR
Tarix: 19-02-2025, 08:38 | Çap et
Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə...
Azərbaycanla Rusiya arasında təyyarə qəzasından dolayı yaranan gərginliyi İrəvanın bəzi dairələri sevinclə qarşılayıb və hətta uzaqgedən nəticələr çıxarmağa başlayıblar. “Bakı-xəbər” həmin versiyaları bir yerə toplayıb.

İrəli sürülən versiyalardan biri budur ki, İranla Rusiya arasında bağlanan strateji tərəfdaşlıq haqqında müqavilədən sonra rəsmi Tehran Moskvadan xahiş edib ki, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişsin. Yəni Rusiya Zəngəzur dəhlizini açmaq tələbindən vaz keçsin. Guya Tehranın xahişini Moskvanın “dərhal qəbul etməsi” Azərbaycanı qıcıqlandırıb.

Daha bir versiya belədir ki, guya Rusiyanın Azərbaycan ərazisindən Avropaya ixrac etdiyi tranzit qaz tariflərinin qiymətini Bakı bahalaşdırmaq istəyir. Məhz iki ölkə arasında gərginlik bununla bağlı ola bilər. Eyni zamanda ermənilər bu məsələdə Türkiyə faktorunu da istisna etmirlər. Guya Suriyada gedən son proseslərlə bağlı Türkiyənin təhriki əsasında Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirir.

Erməni mediasına görə, guya Rusiya ilə münasibətləri gərginləşdirməklə Bakı Qərbə göstərmək istəyir ki, o, Rusiyadan uzaqlaşır.

Qeyd edək ki, son olaraq Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə iki ölkə arasında münasibətlər haqda danışıb. “Rusiya-Azərbaycan münasibətlərini pisləşdirməkdən ötrü Azərbaycanın AZAL aviaşirkətinin təyyarə faciəsindən istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur. Biz yaxşı başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm də ölkəmizin vətəndaşlarının həyatına son qoymuş aviaqəza ilə bağlı faciə həm orada, həm də bizdə kəskin surətdə hiss edilir”, - deyə diplomat vurğulayıb.

M.Zaxarova əlavə edib: “Biz başa düşürük ki, bütün bunlar boş yerə baş vermir, çoxları bundan hansısa uğur əldə etmək istəyirlər. Bu isə uğurlu olmayacaq, çünki birgə tarixləri və regional məsuliyyət zonası olan ölkələrin, xalqların arasını vurmaq üçün bütün cəhdlər, bu cür inkişaf perspektivləri uğursuzluğa məhkumdur”.

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, Zaxarovanın “Biz bilirik rəsmi Bakını nə narahat edir” açıqlaması peşəsi sözlə işləməkdən ibarət olan hər kəsi düşündürdü: “Diplomat niyə belə deyib? Jurnalistlər, deputatlar, diplomatlar, QHT nümayəndələri - hamı bunu düşünür. Zaxarova "faciə orada da, burada da həssas durum yaradıb, başa düşürük ki, bütün bunlar qeyri-havasız məkanda baş vermir", - deyə əlavə edib. Zahirən çox sadə görünən sözlərin mahiyyətində təsirli suallar var. Rəsmi Bakını nəyin narahat etdiyini bilirsinizsə, Rusiya bu narahatlığı aradan qaldırmaq üçün niyə gərəkən addımları atmır? Bizim bildiyimizə görə, rəsmi Bakını narahat edən səbəblər aydındır - indiyədək ləyaqətli üzrün istənilməməsi, kompensasiya verilməməsi və cinayətkara konkret cinayət işinin açılmaması. Rəsmi Bakını “narahat edən başqa nələrin mövcudluğuna eyham vurulur”? İki ölkənin strateji münasibətlərinin davam edilməsi xatirinə bu deyilənlərə əməl etmək məgər qeyri-mümkündür? Təbii ki, yox. Zaxarova heç bir şübhə yeri qoymadan söhbətin yalnız bu 3 məqamdan getdiyini birmənalı ifadə edə bilməzdi? Təbii ki, bilərdi. Bizim bildiyimiz mətləblər budur. Bəs Zaxarovanın düşüncəsinə görə, “rəsmi Bakı niyə narahatdır?!”.. Açıqlaması çox vacibdir. Digər tərəfdən, Zaxarova burada niyə təkcə “Rəsmi Bakının narahatlığından” danışır? Təyyarəmizin faciəsindən məgər narahat olan təkcə rəsmi Bakıdır? Bəs rəsmi dairələrlə yanaşı 10 milyonluq Azərbaycan cəmiyyətinin narahatlığı niyə nəzərdən qaçırılıb? Yoxsa Zaxarova bu faciə ilə bağlı cəmiyyətimizdən fərqli olaraq “rəsmi Bakını narahat edən” xüsusi nələrinsə olduğuna diqqət çəkmək istəyir? Onun diqqət çəkmək istədiyi “xüsusi nələr nədir? Bu suallar cavabını gözləyir”.

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, erməni mediasının Bakının münasibətləri gərginləşdirməklə Qərbə Rusiyadan uzaqlaşdığını göstərmək istədiyi barədə iddiaları əsassızdır: “Əvvəla, Azərbaycanın Rusiya ilə münasibətlərində son vaxtlar yaşananların səbəbi hər kəsə bəllidir. Səbəbi Bakı gizlətmir. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması və Moskvanın bu hadisə ilə bağlı nümayiş etdirdiyi beynəlxalq qanunlarla uyğun gəlməyən mövqeyi, təzminat ödənilməməsi, günahkarların cinayət məsuliyyətinə cəlb edilməməsi Azərbaycan dövləti və cəmiyyətində haqlı narazılıq yaradıb. Yəni narazı olan və Rusiyadan obyektiv münasibət gözləyən təkcə rəsmi Bakı deyil, eləcə də bütün Azərbaycan xalqıdır. Bu reallıq ortada olduğu halda məsələnin başqa əsassız versiyalar üzərində şərh edilməsi, başqa cür qələmə verilməsi, uzağagedən nəticələr çıxarılması, Qərblə bağlanması absurddur. Ermənilər Rusiya-Azərbaycan münasibətlərində son yaşananlardan öz maraqları üçün istifadə etməyə çalışırlar. İkincisi, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdən dövlətdir və kənardan edilən sifarişlərlə hərəkət etmir, siyasətini Qərbə, Şimala, Şərqə, Cənuba xoş getmək üçün qurmur, milli, dövlət maraqları nə tələb edirsə, ona uyğun siyasət yürüdür. Guya Suriyada gedən son proseslərlə bağlı Türkiyənin təhriki əsasında Azərbaycanın Rusiya ilə münasibətləri gərginləşdirdiyi barədə erməni mediasının yazdıqları isə absurd olmaqla yanaşı, gülüncdür. Ermənilər, deyəsən, unudurlar ki, Türkiyə ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir, əməkdaşlıq münasibətləri ilbəil daha da genişlənir. Türkiyə-Azərbaycan münasibətləri isə qardaşlıq münasibətləridir və Türkiyə Azərbaycanın qonşuluğunda yerləşən Rusiya kimi dövlətlə münasibətlərində gərginlik yaranmasında maraqlı deyil. Azərbaycanın özü də bunda maraqlı deyil. Sadəcə, Azərbaycan Rusiyadan imzaladığı müttəfiqlik münasibətləri haqqında sənəddən irəli gələn davranış gözləyir. Bu gözləntini başqa cür uzaqgedən nəticələr çıxarmaqla şərh etmək düzgün deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb - "Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..."
Bu gün, 00:38
"Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:30
Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb
Bu gün, 00:25
"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" - ETİRAZ
Bu gün, 00:23
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Dünən, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Dünən, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Dünən, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Dünən, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Dünən, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Dünən, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Dünən, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Dünən, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru