
Son vaxtlar bəzi təhsil müəssisələrində təqaüdlərin gec köçməsiylə bağlı şikayətlər artıb. Növbəti belə narazılıq Azərbaycan Dövlət Pedaqoji Universitetiylə əlaqəlidir. Belə ki, universitetin tələbələrinin yanvar ayı üzrə təqaüdləri hələ də ödənilməyib.
ADPU-nun mətbuat katibi Taleh Mirzəyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, hazırda texniki problem səbəbindən təqaüdlərin ödənilməsində müəyyən gecikmə yaşanır.
“Lakin problem sırf ADPU ilə bağlı deyil, həmçinin bir neçə ali təhsil müəssisələrində də eyni hal yaşanır. Təqaüdlərin köçürülməsi dövlət qurumları, universitet və bank arasında olan əlaqəli prosesdir. Buna görə də problem aradan qalxan kimi ödəniş həyata keçiriləcək. Yaxın günlərdə təqaüdlərin hesablara köçürüləcəyi gözlənilir”-deyə universitetdən bildirilib.