
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov daha bir diqqətçəkən təyinat imzalayıb.
Məlumata görə, o, SHXÇDX-nin Hüquq İdarəsinin rəisi vəzifəsinə ləğv edilmiş MTN-də Huquq idarəsinin rəisi işləmiş Bəxtiyar Hacıyevi təyin edib.
Xatırladaq ki, yeni rəis də MTN ləğv edildikdən sonra həmin xidmətdən kənarlaşdırılanlar arasında olub.
Onu da bildirək ki, vaxtilə MTN-də işləyən M.İbrahimov yeni təyinatlarda daha çox oradan "vurulan" kadrlara üstünlük verir.
Yeri gəlmişkən, MİA.AZ saytı bundna əvvəl Mürsəl İbrahimovun 2023-cü ilin aprel ayında özünə Baş köməkçi götürdüyü qalmaqallı sabiq MTN-çi Tehran Babatovu bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi, digər MTN-çi Hikmət İsbatovu isə özünə Baş köməkçi götürməsi haqda yazıb.
Həmin xəbəri bu linkdən oxuya bilərsiniz: https://www.mia.az/w1078798/1078798
Xidmətdəki dəyişiklikləri diqqətdə saxlayırıq.
MİA.AZ