Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
"Azərbaycan Dövlət Aqrar Universiteti bu gün tam olaraq bazar qaydaları ilə idarə olunur. Əgər əvvəlki rektor İbrahim Cəfərovun vaxtında ADAU inkişaf edirdisə, indi, yəni Zəfər Qurbanovun dövründə ancaq tənəzzül etməkdədir". Bu barədə"DİA-AZ"ay göndərilən məqalədə deyilir.
Məqalə müəllifi daha sonra bildirir: "Zəfər Qurbanov ADAU-nu rəsmən bazara çevirib. Burda yerlibazlıq, qohumbazlıq qaydaları hökm sürür.
Zəfər Qurbanov bir yana, prorektorlar da ayrıca olaraq özlərinə xanədan qurublar. Prorektor Əhməd müəllim əməlli-başlı oliqarxa çevrilib.
Dekan Şəlalə xanımın öz şəbəkəsi var... O da bir ayrı problemdir.
Beynəlxalq şöbənin ancaq adı var. Ordakıların nə aqrardan anlayışları var, nə də hansısa xarici dili bilirlər.
Zəfər Qurbanov ADAU-nu elə həddə çatdırıb ki, hamı əvvəlki rektorun ölənlərinə rəhmət oxuyur".
Davamı MÜTLƏQ OLACAQ...