“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
“Ümumiyyətlə, təhsilimizdə düzgün strategiya olmadığından 2000-ci ildə qəbul olunmuş qeyd etdiyimiz dövlət proqramının ardınca digər təhsil proqramlarə da biri-biri ilə əlaqəsiz, yarımçıq, keyfiyyətsiz şəkildə hazırlandı və icrası da bərbad halda həyata keçirildi...” “Müstəqillik illərində Azərbaycan müstəqil dövlət olduğu üçün vəziyyət tamam dəyişdi. Və artıq Moskvadan heç bir strateji sənədlər, islahat proqramları və s. materiallar gəlmədi və biz hər şeyi özümüz etməli olduq. Lakin bunun çətinliyini, məsuliyyətini müstəqilliyin ilk illərində kifayət qədər dərk edə, qiymətləndirə bilmədik. Elə bildik ki, hər şey kortəbii olaraq öz axarıyla davam edəcəkdir. Və bu ətalətlə yaşamağa başladıq. Lakin hardasa 1990-cı illərin sonlarında anladıq ki, dünyada sürətli inkişaf gedir, təhsil sistemləri fasiləsiz islahatlar aparır və biz də həmin islahatları aparmalıyıq. Nəticədə 1999-cu ildə təhsil islahatlarına dair proqram qəbul etdik. Həmin proqramın da əsasında 2000-ci ildə təhsilin inkişafına dair dövlət proqramı qəbul olundu. Təəssüf ki, həmin proqram təhsil sahəsində ən uğursuz proqramlardan biri oldu”. Bu fikirləri Moderator.az-a açıqlamasında son 33 illik müstəqillik illərində təhsil sahəsində obyektiv və subyektiv səbəblərdən yaranan problemlərdən danışan tanınmış təhsil eksperti İlham Əhmədov dilə gətirib. “Təsəvvür edin ki, o proqramla bağlı Prezident sərəncamına 7-8 dəfə əlavələr olundu. Hər dəfə hansısa maddə çıxdı, hansısa dəyişdi və s. Eyni zamanda həmin proqramda təhsil sisteminə zərbə vuracaq bir qərar da vardı: Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialının yaradılması haqda... O vaxt Azərbaycanda 100 minə yaxın işsiz müəllim var idi. Odur ki, heç bir ehtiyac olmadığı halda Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi. Xüsusən də onun 11 regionda filiallarının yaradılması... Hələ biz Bakıda normal bir universitet yarada bilmədiyimiz halda birdən-birə ənənəsi, normal maddi bazası, kadr təminatı olmayan rayonlarda institutun filiallarını açdıq. Filial o deməkdir ki, orada təhsil alan vətəndaş oxuyub qurtarıb əsas müəssisənin, yəni Müəllimlər İnstitutunun diplomunu alacaqdır. Bakıda yerləşən bu təhsil müəssisəsində az-çox müəyyən bir səviyyə var idi. Ancaq regionlarda çox ağır bir durum hökm sürürdü. Sonradan işləyə bilmədiyinə görə həmin filiallardan 4-5-ni bağladılar. Fəqət, həmin müddət ərzində, çoxsaylı, on minlərlə o cümlədən saxta diplomlu, standartlara cavab verməyən müəllim hazırlandı. Bu gün müəllimlərin sertifikasiyası zamanı yaranan problemlər də əsasən Müəllimlər İnstitutu və onun filiallarını yetişdirdiyi müəllimlərlə bağlıdır”, - davamında bunları söyləyən mütəxəssis təhsilimizdə düzgün ümumi strategiya olmadığından və maliyyələşmə zəif olduğundan bir çox proqramların düzgün hazırlanmadığını və real nəticələri olmadığını vurğulayıb. “Ümumiyyətlə, təhsilimizdə düzgün ümumi strategiya olmadığından 2000-ci ildə qəbul olunmuş qeyd etdiyimiz dövlət proqramının ardınca digər proqramlar: 2005-2007-ci illərdə məktəblərin kompüterlə təminatıyla bağlı dövlət proqramı, 2008-2012-cillərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə proqram, 2009-2013-cü illərdə ali təhsil məkanının Avropa təhsil məkanına inteqrasiyasıyla bağlı və s. dövlət proqramları biri-biri ilə əlaqəsiz, yarımçıq, keyfiyyətsiz şəkildə hazırlandı və icrası da bərbad halda həyata keçirildi. Ən pisi isə odur ki, həmin proqramların əksəriyyəti çox az məbləğdə maliyyələşirdi və bu səbəbdən də ciddi nəticəsi olmurdu”, - deyə təhsil eksperti diqqətə çatdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Bu gün, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Bu gün, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Bu gün, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Bu gün, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Bu gün, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Bu gün, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
|