ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Tarix: 20-11-2024, 09:16 |
Çap et
Azərbaycan Dövlət Aqrar Universitetində təhsildən başqa hər şeyin olması ilə bağlı silsilə yazılarımızı xatırlayırsınız. Bu dəfə də sözügedən "ali təhsil ocağı"ndan "DİA-AZ"a müraciət ünvanlanıb.
YAZININ ƏVVƏLİ BURADA: ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Müraciətin davamında deyilir: "Azərbaycan Dövlət Aqrar Universitetində hökmranlıq edən Şəlalə Zeynalovanın yaxın rəfiqəsi Məryəm Musayeva Cərrahiyyə kafedrasına müdir təyin olunub, lakin bu şəxsin müdafiə etdiyi mövzu baramaçılıq, tut ipəkqurdunun yetişdirilməsidir. Bu qeyd olunan bütün informasiyalar kadr hazırlığının bərbad olmasının ən bariz nümunəsidir.
Universitetdə heç bir dəyişiklik yoxdur. Korrupsioner keçmiş dekan Famil Nəsibovun həbs olunmasından sonra hələ də bir neçə özü kimilərindən ibarət dəstəni universitetdə saxlayır. Belə ki, əvvəllər Famil Nəsibova “qara kassalıq” edən Verdiyeva Leyla indi isə baytarlığın yeni dekanı Şəlalə Zeynalovaya “qara kassalıq” edir.
Zəfər Qurbanovun işi ancaq şoumenliklə məşğul olmaqdır. Universitetdə təşkil etdiyi mənasız konfranslar büdcədən pul silmək və göz boyamaq məqsədi daşıyır. Həmin konfranslarda isə dili kəkələyə-kəkələyə aqrar terminləri üzdən oxuyur. İclaslarda özünü ali rəhbər kimi apararaq özünə pərəstişkarlıq yaradır. Halbuki kollektiv yaxşı bilir ki, onun səviyyəsi ölkədə ən çox olsa, yalnız “baş makler” olmaqdır.
Artıq dərdini hər yerə bildirən Aqrar Universitetin müəllim və tələbə heyəti cana gələrək bildirirlər ki, Allah bilsəydi ki, yer üzündə Zəfər Qurbanov var şeytanı yaratmazdı..."