Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində əhalidən silah-sursatların yığılması zamanı diqqətçəkən hadisə baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.
Belə ki, İcevan sakini 34 yaşlı Şeko X. adlı şəxs üzərində tapılan tapançanı keçmiş qondarma rejimin lideri Araik Arutyunyanın verdiyini bildirib. Onun sözlərinə görə, Araik tapançını 2022-ci ilin noyabrında hədiyyə edib.
Şeko X. “Qlock 17” markalı 9,19 mm çaplı tapança və icazə vərəqəsini polisə təqdim edib. Aidiyyəti orqanlar həmin silahla cinayət törədilib-törədilmədiyini araşdırmağa başlayıb.
Qeyd edək ki, Araiklə bağlı “tapança olayı” ilk deyil. Belə ki, daha əvvəl də Ermənistanda onun hədiyyə etdiyi tapançalarla cinayətlər törədilib.
Xatırladaq ki, A.Arutyunyan Azərbaycanda hərbi cinayətlər törətmək ittihamı ilə saxlanılıb. O, Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə birlikdə məhkəməyə çıxarılıb.