"Yaşadığım ərazidə (Qobu yolu) kanalizasiya sistemi yoxdur... Sakinlər 500 metr məsafədə özləri kanalizasiya trubaları çəkiblər... əsas kanalizasiyaya qoşmaq üçün..." "DİA-AZ" xəbər verir ki, bu barədə narazılıq edən Çingiz Abdullayev adlı şəxs bildirir ki, məhz bu səbəbdən davamlı şəkildə problemlə üz-üzə qalıb.
Narazı vətəndaş bildirir: "Borularda tez-tez qırılma, qopma, sızmalar olur deyə... və nəticədə bu hal da torpağın sürüşməsinə gətirib çıxarır.
Hal-hazırda sürüşmə yaşadığım evin 1 metrlik məsafəsinə kimi gəlib çıxıb.
Belə davam edərsə, yaşadığım ev qəzalı vəziyyətə düşəcək. Mən hara müraciət edə bilərem bununla bağlı?"