“Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? .....                     İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı .....                     "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." .....                     Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir .....                     Tanınmış plastik cərrah olan arvadını öldürən .....                     İranın “Müqavimət oxu”: .....                     İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib .....                     Trampın “Yeni Amerika Xəritəsi”: .....                     ABŞ-də güclü yanğın: .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır .....                     İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi .....                     Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb .....                     Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb .....                     Bakıda arvadını qətlə yetirən kişi .....                     Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… .....                     Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                 

Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Tarix: Bu gün, 00:21 | Çap et
Azərbaycanın yeni dünya vizyonu
Azərbaycan prezidenti İlham Əliyev dünən yerli telekanallara müsahibə verib. Həmin müsahibədə bir sıra mühüm bəyanatlar, hətta, sensasiyalı mesajlar var. Bunlardan biri də prezidentin yeni dünya nizamı haqqında söylədiyi fikirlərdir. Hətta bunlar, sadəcə, fikirlər də deyil, təkliflər, təşəbbüslərdir.
Prezident bu haqda belə deyib: "İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir".

Beləliklə, Prezident Avropada permanent siyasi-mənəvi böhran səbəbindən bu qitənin qlobal güc, cazibə mərkəzi rolunu itirməkdə olduğuna diqqəti cəlb edib. Buna həmçinin Rusiya ilə Ukrayna arasında müharibə, bu müharibədə Avropa qitəsinin Co Bayden administrasiyasının yedəyində getməsi də təsir edib. Avropanın öz razılığı ilə elə Avropanın öz mərkəzində elə bir müharibə başladılıb ki, bu, bütün dünyanı təhdid edir. Üstəlik Avropaya milyonlarla qaçqının axması, Rusiyaya, eləcə də, Çinə qarşı sanksiyalar qitənin özünü çətinə salıb.

Beləliklə, Avropa özü özünü geosiyasi dalana gətirib, çıxarıb. Dünyanın müxtəlif bölgələrində, eləcə də, öz daxilində problemlərə adekvat yanaşmaması, hətta ədalətsiz mövqe tutması Avropaya güvəni zəiflədib. Avropa bütövlükdə, Avropa strukturları da o cümlədən, artıq öz etimad kapitalını tükədib.

Xüsusilə, Donald Trampın yeni dönəmində ABŞ-Avropa münasibətlərinin heç də hamar olmayacağı, fikir ayrılıqlarının dərinliyi də deməyə əsas verir ki, Avropa kontinenti geopolitik cazibə mərkəzi rolunu daha da itirəcək. Bu kontekstdə ABŞ-ın mövqeyindən də çox şey gözlənilir; Azərbaycan prezidenti Avropadakı vəziyyəti təhlil edərkən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın tənqidi fikirlərinə istinad edir. Eyni zamanda o, dünya nizamında yaranan boşluqları Türk Dövlətləri Təşkilatının və aparıcı müsəlman dövlətlərini birləşdirən və ilk genişlənmədə Azərbaycanı da öz sıralarına daxil etmiş D8 Təşkilatının uğurla dolduracağını önə çəkir.

Prezident deyib: "Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır".

Azərbaycan prezidenti bu təklifləri həm TDT-dəki, həm D8-dəki ölkələrə, həmçinin ABŞ-a ünvanlayıb. O, Donald Trampın yeni prezidentlik dönəmində ABŞ-Azərbaycan münasibətlərinin bərpa olunacağına və əvvəlki səviyyəsinə qayıdacağına ümid edir və xüsusi vurğu salır. Bu baxımdan, ABŞ-dan gözlənti təkcə Avropa mərkəzli siyasətə əsaslanan xəttin dəyişməsi, başqa bölgələrin də potensialına və artan roluna diqqət göstərilməsi olacaq. Prezidentin bu nöqtədə Donald Trampın mövqeyinə istinad etməsi də təbiidir və aydındır.

Prezident İlham Əliyevin fikirlərinin təhlili də göstərir ki, ABŞ-ın əvvəlki administrasiyaları Avropa mərkəzli geosiyasətə üstünlük verib. Avropada isə müəyyən tarixi-siyasi səbəblərdən intişar tapmış və daşlaşmış islamofobiya, ksenofobiya var. Buna görə də həmişə müsəlman ölkələri ilə konfrontasiya xətti yürüdüblər. Belə bir yanlış seçim isə milyardlarla insanın yaşadığı onlarla ölkəni - islam dininin daşıyıcılarını ABŞ-dan uzaqlaşdırır. Təkcə müsəlman ölkələrindən söhbət getmir; Bayden administrasiyası fərq qoymadan müstəqil dövlətlərin cəmiyyətlərinə, öz ənənələrinə söykənən xalqların dəyərlərinə də hücum edirdi. Amma Donald Trampın dəstək verdiyi, təbliğ etdiyi ailə dəyərləri, mənəvi dəyərlər Azərbaycanla eynidir. Prezident İlham Əliyevin də müsahibəsində vurğuladığı kimi, Azərbaycan cəmiyyəti məhz bu cür mənəvi-əxlaqi dəyərləri bölüşür. Yəni Azərbaycanla ABŞ nünasibətlərinin son 3-4 ildə soyuqlaşması, hətta pisləşməsi təkcə kimin o ölkədə prezident olması ilə, hakimiyyətdə kimlərin təmsil olunması ilə bağlı deyil (hərçənd bu faktorun da təsiri var; siyasətdə şəxsiyyətlərin rolu da önəmlidir, təbii ki). Əsas məsələ tərəflərin söykəndiyi dəyərlərdir. Aparılan real siyasətdir.

Bu mənada, prezidentin də vurğuladığı kimi,

Donald Trampın ikinci dönəmindən gözləntilər var. Ümidlər var. Eyni zamanda, təbii ki, tərəflərin Azərbaycanla ABŞ arasında siyasi münasibətləri də yaxşılaşdırmaq, "stratei əlaqələr səviyyəsinə yaxınlaşmaq" imkanları var. Prezident İlham Əliyev deyib: "Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz ABŞ-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik".

Əlbəttə ki, prezidentin dediyi bütün fikirlər xüsusi şərh olunmağa layiqdir və geniş təhlil aparılması üçün əsaslarla doludur. Ancaq bəzi fikirləri, mesajları ümumiləşdirsək, belə qənaət hasil olur: Azərbaycan münaqişələrlə, müharibələrlə dolu bir dünyaya alternativ olaraq sülh, sabitlik və inkişaf, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq modelinə əsaslanan bir dünya təklif edir. Azərbaycan özü yerləşdiyi çətin coğrafiyada, bu cür mürəkkəb şəraitdə həmin modelin kiçik miqyasda nümunəsini yaradıb. Başqa yazımda yazdığım kimi, Azərbaycan şimalda aktiv müharibə ilə, cənubda potensial, qərbdə revanşist müharibə ehtimalları ilə qonşudur. Ölkədə çoxmillətli, çoxkonfensiyalı bir cəmiyyət var. Eyni zamanda böyük güclərin, yumşaq desək, maraq rəqabətinin episentrində olan bir ölkədir Azərbaycan.

Belə şəraitdə həm öz maraqlarını qorumaq, o cümlədən və xüsusilə, hərbi-siyasi yolla öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək, həm də müəyyən xarici dairələrin hibrid hücumlarını dəf edərək sabitlik adası kimi qalmaq asan məsələ deyil. Azərbaycan bunu bacarıb. Belə bir modelin dünya miqyasında reallaşmasını təklif edir. Bununla da Azərbaycan öz daxili gündəminə qapanmış, ən yaxşı halda regional gündəliyə köklənmiş bir ölkə deyil. Azərbaycan artıq beynəlxalq səhnədə təsirli aktor roluna hesablanmış siyasət aparan bir dövlət kimi çıxış edir. Çünki çoxqütblü dünya düzəni reallığa çevrilməkdədir və hazırkı beynəlxalq siyasi narrativlər davam edərsə, bu fonda daha miqyaslı qlobal toqquşmalar qaçılmaz olacaq. Azərbaycan bu yanaşnanın dəyişməsinə çalışır. Bu baxımdan, ABŞ-la strateji tərəfdaşlığa da hazır olduğunu bildirir. Çünki dünyanın başqa geosiyasi qütbləri ilə -Türkiyə, Rusiya, Çin, eləcə də, dünya siyasətində öz təsirini artırmış başqa güclərlə strateji tərəfdaşlıq var, ABŞ-la da ola bilər; bunun mesajı verilir.

Başqa sözlə, prezidentin müsahibəsindən göründüyü kimi, Azərbaycan hamının hamı ilə vuruşduğu dünya düzəni əvəzinə hamının hamı ilə barışdığı bir dünya istəyir. Maraqlar toqquşmasından maraqların harmoniyasına keçid təklif edir. Zənnimcə, bu, bütövlükdə müsahibənin əsas ideyasıdır.

Bahəddin Həzi, bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 14:10
İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
"Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02
İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01
İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00
Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58
ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53
Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52
İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39
Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37
Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru