İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi hərbçilərə İranın yaxın günlərdə İsrailə qarşı “ifrat” tədbirlər görməyə qərar verəcəyi təqdirdə yüksək döyüş hazırlığı əmrini verib.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Today in Israel” portalı yazır.
Adını açıqlamayan müdafiə mənbələri bildiriblər ki, tədbir İranın Livan və Suriyadakı fəlakətli fiaskosundan sonra çoxsaylı problemlərlə üzləşdiyi bir vaxta təsadüf edir.
Bu, həmçinin İran milli valyutasının məzənnəsinin aşağı düşməsinə, infrastruktur problemlərinə və siyasi iğtişaşlara işarə edir.
Mənbələr, həmçinin Donald Trampın Ağ Evə qayıtması ərəfəsində İranda qeyri-müəyyənliyin hökm sürdüyünü qeyd edirlər.
Bütün bunlar İsraili İranın zərbə endirməsi ehtimalına hazır olmağa və ordunu müxtəlif ssenarilərə hazırlaşmağa məcbur edir.