Qarabağ əlili keçmiş məmurdan prezidentə şikayət ünvanladı - Kürdəmir icra hakimiyyətindən narazılıq
Tarix: 12-04-2014, 11:11 | Çap et
Redaksiyamıza Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, mənzil 41-də yaşayan ikinci qrup Qarabağ əlili, şəkər xəstəsi olan Rəsulov İsmayıl Yəhya oğlu tərəfindən şikayət ərizəsi daxil olub. İ.Rəsulov şikayət ərizəsində Kürdəmir rayon sakini, Çöhranlı kəndinin sabiq icra nümuyəndəsi Allahyar Alxan oğlu Lətifov tərəfindən təhqir olunduğunu bildirir. Bununla bağlı Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edən İ.Rəsulovun bildirdiyinə görə, məhkəmələr onu get-gələ salır, işə isə obyektiv baxmaq istəmirlər. Ona görə də məcburiyyət qarşısında qalan İ.Rəsulov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Respublikanın baş prokuroru cənab Zakir Qaralova, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevə, Daxili işlər naziri cənab Ramil Usubova, Ədliyyə naziri cənab Fikrət Məmmədova və surəti “Təzadlar” qəzetinə olan müraciət ünvanlayıb.
Əvvəlcə İ.İsmayılovun özü ilə telefon əlaqəsi saxlayıb, şikayətinin nə qədər haqlı olub-olmamağı ilə maraqlandıq. İ.Rəsulov bildirdi ki, bizə ünvanlanan şikayət həqiqətdir və axıracan da onun arxasında dayanır. Belə olan surətdə biz də təbii ki, onun ünvanladığı müraciəti cənab prezidentə və aidiyyəti qrumların rəhbərlərinə çatdırmağı özümüzün mənəvi borcumuz bildik.
Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevə! Respublikanın baş prokuroru cənab Z.Qaralova! Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi cənab K.Əliyevə! Daxili işlər naziri cənab R.Usubova! Ədliyyə naziri cənab F.Məmmədova! Surəti “Təzadlar” qəzeti redaksiyasına!
Hörmətli cənab Prezident!
Sizin dəfələrlə məmurlara “vətəndaşların şikayət və ərizələrinə həssaslıqla yanaşın” kimi tövsiyyələriniz biz sadə vətəndaşların ürəyindəndir. Amma çox təəssüf ki, yerlərdə ayrı-ayrı məmurlar özlərini qanundan və prezidentin göstərişlərindən uca tutaraq vətəndaşların başına olmazın müsibətlər açırlar. Sizə müraciət etməkdə məqsədim də belə insanların bir neçəsinin bəd əməllərini sizlərə açıb göstərmək və onları nəhayət, haqq yoluna gətirməkdir.
Məlumat üçün deyim ki, mən böyük bir haqsızlıqla üzləşmişəm. Belə ki, Kürdəmir rayon, Çöhranlı kənd sakini, keçmiş icra nümayəndəsi Allahyar Lətifov mənim torpağımı və mülkümü əlimdən almaq üçün var gücü ilə çalışır. Mənə verilmiş torpaq sahəsini onun bacısının oğulluğuna vermişdim. Allahyar Lətifov başda olmaqla qohumları həmin torpaq sahəsini saxta sərəncamla öz adlarına keçirmiş və sənədləşdirmişlər. Bundan xəbər tutduqdan sonra məhkəməyə müraciət etdim və bu günə kimi məhkəmə qapılarında əziyyət çəkməkdəyəm. Allahyar Lətifov bununla barışmır və nəyin bahasına olur-olsun öz çirkin niyyətinə çatmaq arzusu ilə yaşayır. O, bu işlərə öz yaxın ətrafını və tanışlarını cəlb edib. Məhkəmə haqq-ədaləti əsas tutub qərar qəbul edir, Allahyar Lətifov isə deyir ki, onsuz da bu qərarı Ali Məhkəmədə ləğv etdirəcəyəm.
Hörmətli cənab Prezident!
Mən bilmək istəyirəm, Allahyar Lətifov kimdir və kimlərə arxayındır?..” Tanışlıq üçün bildirirəm ki, Allahyar Lətifovun uzun müddət Kürdəmir rayon, Çöhranlı kənd icra nümayəndəsi vəzifəsində çalışıb. İşlədiyi müddətdə xeyli qanun pozuntusuna və korrupsiya hallarına yol verib. Allahyar Lətifov Çöhranlı kənd icra nümayəndəsi işlədiyi dövrdə əhalinin adına olan torpaq sahələrini saxta sənədlərlə artırıb və pullarını dədə malı kimi mənimsəyib. Buna görə də komissiya yoxlayarkən onun saxtakarlığı üzə çıxmış, lakin hansısa sehrli əllər onun cinayət məsuliyyətindən yayınmasına kömək etmişdir. Allahyar Lətifov vəzifəsindən uzaqlaşanda bununla barışmır və məhkəmələri dolaşmağa başlayır. Məhkəmə qanunun aliliyini Allahyar Lətifova sübut edir. Lakin bu insan heç bir qanun tanımadan, yenə də hamını şərləməklə və ağzına gələni danışmaqla məşğuldur. Elə torpaq məsələsində də məni çox ağır şəkildə söyüb, təhqir etmiş və bununla da mənim şərəf və ləyaqətimi alçaltmışdır.
Xüsusi ittiham qaydasında verdiyim şikayətə Yasamal rayon Məhkəməsində baxılıb, 06 mart 2014-cü il tarixdə hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Cəfərova Samirə Bəxtiyar qızının katibliyi ilə Qərar qəbul olunub. Qərara əsasən Lətifov Allahyar Alxan oğlunun Azərbaycan respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında mənim tərəfimdən verilən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi göstərilir.
Hakim Anar Rzayev çıxardığı qərarla özünü rüsvay etdi. Allahyar Lətifov məhkəmə baxış iclaslarına heç vaxt gəlməmiş, yalnız 28.02 2014-cü il tarixdə gəlib və geri qayıdıb. 06.03.2014-cü ildə keçirilən son iclasda qərar qəbul edilərkən o iclasda iştirak etmədi. Allahyar qabaqcadan Anar Rzayevin hansı qərarı qəbul edəcəyini bilirdi. Beləliklə, bütün vəzifəli məmurlar Lətifov Allahyar Alxan oğlunun quluna çevriliblər. Məhkəmədə cəmi bir dəfə iştirak edən və dediyi təhqiredici sözü təkrarən təsdiqləyən Lətifova hakim qayğı və diqqət göstərirdi. Barəmdə Qaradağ rayon icra hakimiyyəti başçısının sifarişi ilə verilmiş CM-nin 320.1-ci maddəsini ortalığa atıb məni susdurmaq, bununla da Lətifovu pul-para müqabilində qorumaqla məşğuldurlar. Nədənsə, həm Qaradağ rayon icra hakimiyyəti, həm də Kürdəmir rayon İcra hakimiyyətinin məmurları birləşib Lətifovu müdafiə edirlər. Lətifovu başa düşmək olar, o Kürdəmir rayon icra hakimiyyətində işləyib və Çöhranlı kənd icra nümayəndəsi vəzifəsində çalışıb. İşlədiyi dövrdə törətdiyi əməlləri ört-basdır etmək üçün onu müdafiə edirlər. Bəs Qaradağ rayon icra hakimiyyəti Allahyara niyə “DANOS” ötürür? Qaradağ rayon icra hakimiyyətinin vəzifəli şəxsləri Kürdəmir rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri ilə əlbir olub kasıbların mülklərini əllərindən alırlar. Hətta bu işlərə xarici ölkələrdən gəlmiş təşkilat nümayəndələrini də cəlb ediblər. “Krışa”ları möhkəm olduğundan nə məhkəməyə, nə Prokurorluğa, nə də Daxili İşlər Nazirliyinə yazdığım şikayətlərə cavab vermirlər. Adicə bir misal çəkmək kifayətdir ki, göstərilənlərin həqiqət olduğu görünsün. Mənə verilmiş 16 kv.m.sahəsi olan mağaza Qaradağ RİH-in başçısının keçmiş müavini tərəfindən mənimsənilib. Verdiyim 7000 ABŞ dolları pul ona çatmadığına görə mənə ayrilmış mağaza sahəsini mənimsədi.
Hörmətli cənab Prezident!
İndi mənə haqq ədalət uğrunda m übarizə aparan bir insan kimi növbəti Bakı Apellyasiya Məhkəməsinin qərarını gözləmək qalacaq. Əgər hakim Anar Rzayev mənim apellyasiya şikayətimi təmin edəcəksə... Axı Qaradağ rayon Məhkəməsinin hakimi mənə 320.1 maddəsi ilə verilən hökmündən etdiyim şikayətləri təmin etmədi. Mən mütləq bəraət alacağam, sadəcə bizim hamımızın zamana ehtiyacımız var. Bu yaxınlarda Kürdəmir rayonunda, Çöhranlı kəndinə gedən yolun üstündə yerləşən yeməkxanada kənd sakinləri ilə görüşdüm. Onlar mənə çox şeyləri açıqladılar, amma mən onların dediklərini yazan deyiləm, heç kimin ailə sirlərinə də toxunan deyiləm. Amma bir həqiqət var, onu da Afət xanım çox gözəl bilir. Oğulluğuna müvəqqəti sığınacaq verən adamı şərləməzlər. Görünür Anar Rzayev hüquq təhsili almayıb, əgər təhsil alsaydı bilərdi ki, barəmdə 320.1 maddəsilə verilən sifarişli hökm, nə Anar Rzayevə, nə Ramiz Rzayevə nə də Allahyar Lətifova məni təhqir etməyə əsas vermir.
Hörmətli cənab Prezident!
Mən istəyirəm, Azərbaycanın qanunlarına arxa çevirən Allahyar Lətifovun himayədarlarından bir neçəsinin ünvanını sizə göstərim. Bunlardan biri Kürdəmir rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləridir. İkincisi, Qaradağ rayon İcra Hakimiyyətinin bir qrup səlahiyyət sahibləridir. Sual olunur, görəsən, vaxtilə adi bir kənd icra nümayəndəsi iştəmiş Allahyar Lətifovla bu insanları bağlayan hansı tellərdir? Axı A.Lətifov işlədiyi dövrdə yalnız dövlətə ziyan vurmaqla və bundan istifadə edərək ciblərini doldurmaqla məşğul olub. Belə adamı müdafiə etməkdə görəsən, hər iki icra hakimiyyətinin vəzifəli şəxslərinin məqsədi nədir? Belə müdafiəçilərdən biri də olduqca maraqlı obyektdir. Belə ki, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisində “İpək yolu”adlı restoran var. Bu restoranın sahibi adlı sanlı biznesmen, iş adamı və Dövlət məmurları tərəfindən qəbul olunan Fikrət adlı şəxsdir. Mən burada kənd sakinləri ilə söhbətləşdim. Söhbət əsnasında məlum oldu ki, vaxtilə Allahyar bu restoranın adminstratoru olub. Fikrətlə Allahyarın sıcaq münasibətləri sonda Allahyarın Çöhranlı kənd icra nümayəndəsi vəzifəsinə təyin olunmasıyla nəticələnib. Bir müddət işlədikdən sonra onu yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırıblar. Amma işə Fikrət qarışıb və onu öz yerinə bərpa etdirə bilib. Tam dolğun məlumatlara görə kənd təsərrüfatına ayrılan maliyyə vəsaitini yoxlamaq üçün komissiya gəlir. Yoxlamanın nəticəsi olaraq Allahyar vəzifəsindən yenə çıxarılır. 2011-ci ildə bununla razılaşmayan Allahyar məhkəmələrə üz tutur. Allahyarı yaxşı tanıyan bir kənd ağsaqqalı (adının çəkilməsinə hələ ki, ehtiyac yoxdur) mənə ondan uzaq gəzməyi də məsləhət gördü. Bunun səbəbini soruşdum. Dedi ki, o həmişə mərdimazarlıqla məşğul olub. Hətta öz doğma atasına ağır xəsarət yetirib və uzun illər ata əzablara düçar olub, nəticədə isə o rəhmətə gedib. Mən ağsaqqala onun atasının hüzr məclisində iştirak etdiyimi də bildirdim. Ancaq onun nədən vəfat etdiyini bilmirdim. İndi məlum olur ki, yeri gələndə, A.Lətifov öz doğma atasına da xəsarət yetirməkdən çəkinməyib. Ona görə də, həmin ağsaqqal bir daha tövsiyə etdi ki, ondan nə qədər uzaq gəzsən, bir o qədər yaxşıdır, o hər cürə pisliklər etməyə qadirdir.
Hörmətli cənab Prezident!
Mən ikinci qrup Qarabağ müharibəsi əlili, şəkər xəstəsi olan bir insan kimi “Təzadlar qəzeti vasitəsilə Kürdəmir Rayon İcra Hakimiyyətinə, eləcə də rayon prokurorluğuna Allahyar Alxan oğlu Lətifovun Kürdəmir rayon, Çöhranlı kənd icra nümayəndəsi işlədiyi dövrdə yol verdiyi nöqsanların araşdırılması üçün sorğu göndərilməsini xahiş edirəm. Əgər belə bir sorğu verilsə, o zaman Allahyar Lətifovun iç üzü açılacaq. A.Lətifov kimi insanlar üçün ən müqəddəs şey puldur və o pulun gücü ilə də hakimləri ələ alır və istədiyi qərarın da çıxarılmasına nail olur. Mən başa düşə bilmirəm, hakimlər üçün məgər puldan başqa qanun yoxdur? Onu da diqqətə çatdırım ki, YAP-ın üzvü olmasına və bundan istifadə edərək külli miqdarda var-dövlət, sərvət toplamasına baxmayaraq, həmişə bu partiyanı lənətləyib. Elə yediyi qaba tüpürdüyü üçün gec-tez göydə Allah, yerdə isə cənab prezident siz onun cəzasını verəcəyinizə inanıram. Ona da inanıram ki, A.Lətifova himayədarlıq edənlər, qanunun aliliyini yox, pulun ucalığını rəhbər tutan hakimlər də layiqli cəzalarını alacaqlar.
Hörmətli cənab Prezident! Mən həmişə sizin humanistliyinizə, apardığınız daxili və xarici siyasətə inanmışam və həmişə də inanacağam. Allah sizi bizə çox görməsin. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
Hörmətlə, Qaradağ rayon, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, mənzil 41-də yaşayan ikinci qrup Qarabağ əlili, şəkər xəstəsi olan
Rəsulov İsmayıl Yəhya oğlu
***
Redaksiyadan: İsmayıl Rəsulovun şikayət məktubundan bəzi məqamları ixtisar etmək qərarına gəldik. Çünki İ.Rəsulov A.Lətifov haqqında çox ciddi ittihamlar səsləndirib. Şikayət məktubunda A.Lətifovun icra nümayəndəsi işlədiyi dövrdə çoxlu sayda korrupsiya əməllərinə yol verməsi, bir çox sənədləri saxtalaşdırması və bununla da dövlətə külli miqdarda ziyan vurması, həmçinin şəxsi həyata aid olan, lakin qəzetdə yazılması mümkün olmayan faktlar öz əksini tapmışdır. Bütün bunların isə çox ciddi araşdırmaya ehtiyacı var. Ona görə də öz kanallarımız vasitəsi ilə sadalanan faktların araşdırılmasına başlamışıq. Bununla belə şikayət məktubunda adı çəkilən şəxslərin hər birini dinləməyə hazırıq. Haqqında ən çox bəhs edilən Allahyar Lətifovun özü ilə telefon əlaqəsi saxladıq və o bildirdi ki, deyilənlən hamısı yalandır. Mən görüşüb, istənilən sənədləri sizə təqdim etməyə hazıram. Odur ki, A.Lətifovla da görüşüb, mövqeyini dərc etməyə hazırıq. \\ tezadlar \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Bu gün, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Bu gün, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Bu gün, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Bu gün, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Bu gün, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Bu gün, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Bu gün, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Bu gün, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Bu gün, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Bu gün, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Bu gün, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Bu gün, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Bu gün, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Bu gün, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Bu gün, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Bu gün, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Bu gün, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Bu gün, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Bu gün, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Bu gün, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
• Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09 |
|
|
|
|