“Bank Respublika” bağlanır? - 416 milyon manatdan çox vəsait itirib
Tarix: 8-06-2021, 12:41 | Çap et
Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük kommersiya banklarından biri olan "Bank Respublika”ya hüquqi şəxslər etibar etmir. Zaman-zaman problemlərlə üzləşən "Bank Respublika” bu münasibətdən irəli gələrək 2020-ci ildə daha böyük çətinliklə qarşılaşıb.
Sfera.az bildirir ki, ötən il bankın hüquqi şəxs statuslu müştəriləri burada saxladıqları vəsaitin yarıdan çoxunu geri götürüb. Bankın açıqladığı məlumatlara əsasən, 2019-cu ilin sonunda "Bank Respublika”da hüquqi şəxslərə məxsus 793,55 milyon manat həcmində depozit olub. 2020-ci ilin sonunda hüquqi şəxslərə aid depozitlərin həcmi birdən-birə 2,1 dəfə azalaraq 377 milyon manata düşüb. Bank il ərzində 416 milyon manatdan çox vəsait itirib.
Hüquqi şəxslərlə bərabər Mərkəzi Bank da burada olan vəsaitlərinin bir hissəsini geri çəkib. Mərkəzi Bankın və digər fondların burada olan 20,7 milyon manatlıq vəsaitin miqdarı 13,4 milyon manata kimi geriləyib.
Ötən il ümumən bank sektoru üçün çətin dövr olub və bankların bəziləri müəyyən qədər vəsait itkisi ilə üzləşib. Amma heç bir bank il ərzində bu qədər vəsaitin geri çəkilməsi faktı ilə üz-üzə qalmayıb.
Hüquqi şəxslər daha təcrübəli, maliyyə savadı yüksək olan müştəri kontingentidir, onlar nə etdiklərini yaxşı bilirlər. Maliyyə savadı yüksək olan müştərilərin "Bank Respublika”ya bu cür münasibəti onların çətin məqamlarda bu banka etibar etməməsindən xəbər verir.
"Bank Respublika” ətrafında əvvəllər də oxşar vəziyyət olub və bu vəziyyətlə əlaqədar hətta bankın bağlanması ehtimalı da irəli sürülüb. Yaranmış vəziyyətdə bank xeyli sayda müştərisini və böyük vəsaitini itirib. Ötən il baş verənlər də oxşar situasiyanın təkrarıdır.
2020-ci ildə "Bank Respublika”dan böyük məbləğdə vəsaitin geri çəkilməsi aktivlərinin kəskin azalması ilə nəticələnib. Aktivlərin strukturuna nəzər yetirdikdə görürük ki, bank hüquqi şəxslərin geri götürdüyü vəsaiti maliyyələşdirmək üçün özünün nağd vəsaitlərindən, banklar və maliyyə institutlarında olan depozitlərindən istifadə edib.
2020-ci il ərzində "Bank Respublika”nın nağd vəsaitləri 597 milyon manatdan 338 milyon manata qədər azalıb. Azalmanın miqdarı 259 milyon manat, yaxud 43,3 faiz təşkil edib.
Banklar və maliyyə institutlarında "Bank Respublika”nın 205,2 milyon manat dəyərində depoziti var idi. Ötən il "Bank Respublika” bunun yarıdan çoxunu geri çəkərək depozitlərini 96 milyon manata endirib.
Bu tədbirlər bankın hüquqi şəxslər qarşısında yaranmış öhdəliyini maliyyələşdirməyə kifayət etməyib. Buna görə də bank əlavə borclanmaya getməli olub. "Bank Respublika” kredit təşkilatları və digər maliyyə institutları qarşısında borcunu 31 milyon manatdan çox artıraraq 180 milyon manatdan 211,2 milyon manata çatdırıb. Eyni zamanda borc faizlərini artırmaqla fiziki şəxslərdən daha çox depozit cəlb ediblər.
Bütün bunların nəticəsində "Bank Respublika”nın 2019-cu ilin sonunda 1,413 milyard manat dəyərindəki aktivlərin həcmi 2020-ci ilin sonunda 1,034 milyard manata qədər kiçilib. İl ərzində bankın aktivləri 379 milyon manat və ya 26,8 faiz azalıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Bu gün, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Bu gün, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
|