“Dəmir qapaz"ı haqq edən icra hakimiyyəti başçılarını siz də tanıyın - SİYAHI
Tarix: 1-05-2021, 09:29 | Çap et
İnformasiya dünyasının şah damarı hesab edilən qlobal internet məkanında ölkəmizin regionlarının hələ də kifayət qədər təbliğ olunduğunu demək çətindir. Bu gün cəmiyyətə informasiya ötürməli olan bütün digər vasitələrlə müqayisədə internet resursları daha sərfəli, faydalı hesab olunur. İnformasiyanın toplanıldığı və ötürüldüyü ən klassik forma isə saytlardır. Ümumdünya hörümçək toru (www – World Wide Web) artıq, demək olar ki, bütün cəmiyyətlərə başlıca təsir və təbliğ vasitəsidir. Lakin bu təsir və təbliğ vasitəsi o zaman effektli olur ki, yaradılmış informativ resursu, el dilində desək, “hörümçək toru basmasın”. Yəni yenilənməyən saytı yalnız və yalnız hörümçək toru ilə “bəzədilən” otaqla müqayisə etmək olar ki, o “otağ”a da heç kəs daxil olmur. Elə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet saytları kimi. Bu günlərdə yerli icra hakimiyyətlərindən birinin saytına daxil olduqdan, digər saytların da nə vəziyyətdə olduğunu öyrənmək üçün apardığımız araşdırmadan sonra bu qənaətə gəldik. Əvvəla onu deyək ki, yerli icra hakimiyyətilərinin saytları vahid forma əsasında hazırlanıb. Yəni şəhər və rayonun adı olmasa, ilk baxışda bu saytın hansı icra hakimiyyətinin saytı olduğunu müəyyənləşdirmək çətin olar. Buna bir iradımız yoxdur. Ancaq gəlin görək bu saytlar həmin rayonu - dövlətin o bölgədə həyata keçirdiyi tədbirləri, rayonun tarixini, mədəniyyətini, əhalinin yaşayış tərzini, bölgənin turizm potensialını necə təbliğ edir? Təəssüf ki, bu suala birmənalı cavab vermək mümkün deyildir. Yerli icra hakimiyyətlərinin saytlarının bərbad vəziyyətdə olması, illərlə yenilənməməsi ciddi problemdir. Ancaq bizi düşündürən, bir vətəndaş kimi narahat edən daha ciddi problemlər vardır. Məsələn, Quba, Masallı, yaxud Şəmkir Rayon İcra hakimiyyətlərinin internet saytlarının yenilənməməsi, dizaynının bərbad vəziyyətdə olması bizi bir vətəndaş kimi narahat etsə də, qəzəbimizə səbəb olmur. Ancaq işğaldan azad edilmiş rayonların icra hakimiyyətlərinin saytlarına nəzər saldıqda o rayonların rəhbərlərinə adam deməyə söz tapmır. Məsələn, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın rayon icra hakimiyyətlərinin saytlarında hələ də bu bölgələrimizin işğaldan azad olunması ilə bağlı məlumatlar yerləşdirilməyib. Bu icra hakimiyətlərinin saytlarında “İşğal”, “Rayonun işğalı”, “İşğal edilmiş ərazilər” adlı bölmələr vardır. Doğrudur, keçmişi unutmamalı, torpaqlarımızın işğalı ilə bağlı tarixi məlumatları gələcək nəsillərə çatdırmalıyıq ki, düşmənimizi unutmayaq. Biz demirik ki, saytlarda rayonların işğalı ilə bağlı məlumatlar olmasın. Ancaq “İşğal” bölməsi ilə yanaşı, “Zəfər” bölməsi də yaradılmalıdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz bu rayonları düşmən işğalından azad edib. Saytlarda Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı məlumatları özündə əks etdirən bölmələr yaradılmalıdır. Bu saytlarda isə “COVİD-19” bölməsi belə var, ancaq tarixi qələbəmizi əks etdirən məlumatlar yoxdur. Ədalət naminə deyək ki, Vətən müharibəsində şəhid olan igidlərimizlə bağlı bir-iki məlumata rast gəlmək olar. Ancaq bu, yetərli deyildir. Dövlət başçısı bu günlərdə Zəngilan və Cəbrayıl rayonlarına səfər edib, bir sıra obyektlərin təməli qoyulub. Təəssüf ki, bu səfər və keçirilən tədbirlər barədə rayon icra hakimiyyətlərinin saytlarında bir cümlə ilə belə məlumat verilməyib. Adı çəkilən rayon icra hakimiyyətlərinin başçıları bu barədə düşünməli, yol verilən bu ciddi nöqsanları tezliklə aradan qaldırmalıdırlar. Moderator.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Bu gün, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Bu gün, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
|