Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                 

Onun üçün vəzifə bütün dəyərlərdən üstündür... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 28-04-2021, 08:09 | Çap et
Onun üçün vəzifə bütün dəyərlərdən üstündür...
"Dövlət başçısı dəfələrlə televiziyada deyib ki, müharibə veteranları və qazilərə hörmətlə yanaşılmalıdır, amma biz hələ layiq olduğumuz dəyəri heç kimdən almamışıq".

Bu sözləri Arqument.az-a II Qarabağ müharibəsinin iştirakçısı Həmid Həmidli deyir.

1995-ci il təvəllüdlü Həmid Həmidli Zərdabın Otmanoba kənd sakinidir.

2020-ci il 29 sentyabrda müharibəyə gedən Həmid Həmidli Zəngilan, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

Dediyinə görə, göstərdiyi şücaətə görə medallarla təltif edilsə də, nəinki medalları, heç veteranlıq kağızını da ala bilməyib.

"Deyirlər ki, sənədlərin itib"

Müharibə veteranı Dövlət Məşğulluq İdarəsinə sənədlərini təqdim etsə də, idarənin onun sənədlərini itirdiyini deyir: "Zəngilan, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdəki xidmətlərimə görə üç medalım var, amma ortada nəsə yoxdur. Nə veteranlıq kağızını verirlər, nə də sənədləri. Bütün rayonlarda verilib, təkcə bizim Zərdabdan başqa. Veteranlıq kağızı ilə bağlı İcra Hakimiyyətinə yaxınlaşsam da, oradan mənə bildirdilər ki, bu məsələyə biz baxmırıq".

"2021-ci il yanvarın 5-i evə gəlmişəm. Həmin ayın 25-i əməliyyat olunmuşam. Əməliyyat olunduqdan sonra Dövlət Məşğulluq İdarəsinə sənəd vermişəm. Sənədlərimi lazımi yerə təqdim etsəm də, daha sonra məlum oldu ki, sənədlər idarədən itib", - Həmid Həmidli belə deyir.

44 günlük müharibənin 42 gününü döyüş bölgəsində keçirdiyini deyən Həmidin sözlərinə görə, indi kimsə nə onunla, nə də ailəsiylə maraqlanır.

"Övladım xəstədir, maraqlanan yoxdur"

Onun fikrincə, Zərdabın icra başçısı kreslosunu yerli əhalinin problemlərini həll etməkdən daha üstün tutur: "Zərdab sakinlərinin gün-güzəranı icra başçısı üçün əhəmiyyət kəsb etmir. Dəfələrlə icraya gedib-gəlməyimə baxmayaraq, problemlərimlə heç kim maraqlanmır. Görüş üçün İcra Hakimiyyətinə getdim, icra başçısı iki nümayəndəsini həyətə göndərib mənimlə görüşməkdən imtina etdi, səbəb kimi də pandemiyanı göstərdi".

"Məni necə işdən çıxarıb döyüşə aparıblarsa, eləcə də işə bərpa etsinlər"

Atası II qrup əlil olan Həmidli Həmid bildirib ki, onun üçün ayrılan təqaüdü də 3 aydır ala bilmir.

O, biganəlikdən əziyyət çəkdiyini, maddi durumunun ağır olduğunu deyir: "Övladım xəstə, atam isə ikinci qrup əlildir. Atamın təqaüdünü kəsdikləri üçün dolana bilmirik. İcra nümayəndəsi ilə əlaqə saxlayıb dedim ki, vəziyyətim çox pisdir, özüm də müharibədən gəlmişəm. Dedi ki, bunun bizə aidiyyatı yoxdur. Dövlətə müraciət edirəm ki, necə məni işimdən müharibəyə aparıb o cür də məni işlə təmin etsin".

İcra başçısının köməkçisi: "Görüşdən imtina olunmayıb, əksinə görüşüb istiqamət vermişik"

İcra başçının köməkçisi Səməd Cəfərov Arqument.az-a deyib ki, Həmin Həmidlinin durumundan məlumatlıdırlar və ona işlə bağlı dəstək veriləcək: "İcra başçısının onunla görüşdən imtina etməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Pandemiya ilə əlaqədar görüşlər binada deyil, müavinlər və müvafiq şöbə müdirləri səviyyəsində həyətdə keçirilir. Gedib vətəndaşlarla görüşürük, onları dinləyib problemlərinin həlli istiqamətində addımlar atırıq. Həmid Həmidli ilə də görüşüb ona izah etmişik ki, işlə təminolunma növbəli şəkildə həyata keçirilir".

"Ona dedik ki, DOST Mərkəzində işlə təmin olunmaq üçün Məşğulluq İdarəsində qeydiyyata düşsün, sənədlərini ora təqdim etsin. O da müraciət edib, ona görə də burada görüşdən imtinadan söhbət gedə bilməz. Bilirsiniz ki, öncə qazilər, müharibədə yaralanan şəxslər işlə təmin olunur, sonra da digər müharibə iştirakçıları. Həmin Həmidli həmkəndlimdir və problemlərini də bilirik, amma növbəli sistemə də əməl olunmalıdır. Növbəsi çatanda onu da işlə təmin edəcəyik", - başçının köməkçisi deyib.

İcra başçsının köməkçisi müharibə iştirakçısının sənədlərinin Məşğulluq İdarəsində itməsini də təkzib edib: "İndiyə qədər belə bir şey olmayıb ki, kiminsə idarədə sənədləri itsin. Bütün qeydiyyat elektron sistem əsasında aparılır".

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində 2020-ci il sentyabrın 27-də döyüşlər başlayıb. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib.

44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Ancaq bu günədək Azərbaycan tərəf nə qədər itki verdiyini, neçə nəfər hərbçinin yaralandığını açıqlamayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata müharibə zamanı 2881 nəfərin şəhid olub, 28 nəfərin itkin düşüb.

Müharibə bitdikdən 4 ay sonra hərbi xidmətdən yenicə qayıdan bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

Onlar dövlət qurumlarının səriştəsizliyi və onlara diqqətsiz yanaşmadan şikayətlənərək işsiz olmaqlarına etiraz ediblər.

Onun üçün vəzifə bütün dəyərlərdən üstündür...
Onun üçün vəzifə bütün dəyərlərdən üstündür...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Bu gün, 22:39
"İçim parça parçadır"
Bu gün, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru