Dezinformasiya ilə necə mübarizə aparaq? .....                     Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ .....                     İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... .....                     Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                 

Gəncənin icra başçıları saxta sərəncamlar satmaqla prezidentə qarşı sabotajla məşğuldur - NARAZILIQ!
Tarix: 20-04-2021, 08:02 | Çap et
Gəncənin icra başçıları saxta sərəncamlar satmaqla prezidentə qarşı sabotajla məşğuldur
Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin dönəmində şəhər ərazisindəki müxtəlif kateqoriyalı, xüsusilə də dövlət fond torpaq sahələrinin kütləvi şəkildə vətəndaşlara paylanması, qanunsuz sərəncamlarla ev tikintisi adı ilə torpaq satılması prosesi davam etdirilir. Şəhərin inzibati idarəçiliyini yarıya bölən Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçılarının rüşvət müqabilində ayrı-ayrı vətəndaşlara satdıqları sərəncamların sayı artırılır.
"Demokratik.Az"-a bu barədə daxil olan növbəti şikayətin mahiyyətindən də aydın olur ki, prezidentin Gəncədəki rayonlar üzrə səlahiyyətli nümayəndələri sözügedən alverlərini davam etdirmək üçün şəhər meri Niyazi Bayramovun da "qılığına girə biliblər. Həm Nizami RİH başçısı Nizami Hacıyev, eləcə də Kəpəz İHB başçısı Eldəniz Xudiyev onları bu qanunsuz işə alışdıran Elmar Vəliyevin və hazırda həbsdə olan "torpaq baronu" Məharət Mustafayevin əyri məmur yoluna sadiqlik edirlər. Paylanılmış (satılmış-O.N) qanunazidd sərəncamlar isə Gəncənin dörd bir yanını əhatə edir, şəhərdə yüzlərlə qanunsuz evlər tikilib və tikilməkdədir. İşlərin kortəbiiliyi şəhərsalma və arxitektura normalarına zidd tikililəri, adsız və yararsız küçə və dalanları ortaya çıxarır.
Gəncə sakini Pənahova Günay Pərzaman qızının bildirdiyinə görə, Gəncə şəhəri Kəpəz rayon icra başçısı Eldəniz Xudiyevin imzasını daşıyan qanunazidd sərəncamlardan bir neçəsi də eyni qəbildən olmaqla, onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnib. Ən dəhşətlisi, vətəndaşlar əllərindəki absurd sərəncamlar sayəsində məhkəmələrdə üz-üzə qalıb bir-birlərilə düşmən olurlar.
Şikayətçi xanımın "Demokratik.Az"-a təqdim etdiyi sənədlərdən görünür ki, Gəncə şəhər Kəpəz rayon İH başçısının 04 noyabr 2014-cü il tarixli 1859 nömrəli sərəncamla Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ev-7, mənzil 57-də yaşamış mərhum Pərzaman Pənahova eyniadlı küçədə yerləşən 1 saylı çörək zavodunun arxasında 400 kv-m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilib.

Şikayətçi qeyd edir ki, həmin torpaq sahəsi uzun illər əvvəldən atasının istifadəsində olub və mərhum həmin ərazidə müxtəlif meyvə ağaclarından ibarət böyük bağ salıbmış. Ata vəfat etdikdən sonra isə bağa ailə üzvləri qulluq edirmiş.

Şikayətçi həmin bağçılıq təsərrüfatının 10 sotdan artıq olduğunu və son illərdə bir hissəsinin icra başçısı Eldəniz Xudiyev tərəfindən qanunsuz əsaslarla ayrı- ayrı şəxslərə satıldığını qeyd edir. Günay Pənahova bildirir ki, Kəpəz İH başçısı rüşvətlə torpaq satarkən alıcının Samux rayon sakini olmasını belə nəzərə almayıb, "yetər ki, pul olsun!" prinsipini üstün tutub. Hətta, cənab Xudiyev sərəncam verərkən 2021-ci il tarixli müraciətləri 2017-ci il kimi göstərməklə real tarixçəni də saxtalaşdırıb. Nəticədə, həmin ərazidən 0,02 ha torpaq "qamarlayan" Samux rayon sakini Axirət Sərdarova və Azər adlı qohumu, eləcə də digər yanda tikinti edən vətəndaş Dinarəddin Məmmədov əllərindəki sərəncama dayanaraq Pənahovların istifadəsindəki bağı qəsb ediblər.
Ağacları kəsməklə bağın köhnə hasarını da uçurublar. Tərəflər arasında mülki mübahisə yaranıb, problem yerli hüquq mühafizə və məhkəməyədək qalxıb, lakin, icra başçısı Eldəniz Xudiyevin saxta sərəncamı qanunun tələblərini üstələyir.
Maraqlı nüans ondan ibarətdir ki, Kəpəz İHB rəhbərinin hələ sabiq başçısı Elmar Vəliyev dönəmindən bu yana satdığı sərəncamların heç bir hüquqi əsası mövcud deyil. Belə ki, vətəndaşlara satılmış sərəncamlar özündə "torpaq məcəlləsi"nin 4-cü bəndini, eləcə də Azərbaycan Respublikası prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş "yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 6.8-ci bəndinə istinad edir. Halbuki, nə "torpaq məcəlləsi"nin 4-cü bəndi, nə də prezidentin müvafiq fərmanı icra başçılarına dövlət fond torpaqları üzərində sərəncam vermək hüququnu ehtiva etmir, əksinə qadağan edir. "Torpaq Məcəlləsi"nin 57-ci maddəsinin 4-cü bəndi "Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması"nı, yalnız bu haldan irəli gələn tələbləri izah edir. Burada da icra başçısına hansısa sərəncam hüququnun verilməsi imkanları məhduddur.

Prezidentin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiqlənmiş "“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndi isə deyir ki: SİTAT: "Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir".

Göründüyü kimi, verilən sərəncamlar özlüyündə aldadıcı və hüquqi rəzalətdən irəli gələn hallarla yalnız rüşvətlə vətəndaşa satılan rəsmi kağız parçasıdır. Sərəncam verilərkən torpaq sahəsinin koordinatlarının havada qalması, yerləşdiyi yerin ümumi sözlərlə - gah hansısa binanın arxasında və ya nəyinsə yanında yerləşən torpaq sahəsi kimi ifadə edilməsi icra başçılarının adına ayrıca rüsvayçılıqdır.
Onu da xatırlatmaq yerinə düşər ki, ümumiyyətlə, yerli icra hakimiyyətlərinin 1999-cu ildən bu yana öz mülkiyyəti olmadığı üçün torpaqlar üzərində sərəncam vermək səlahiyyətlərini itiriblər. Bu səlahiyyətlər dövlət fond torpaqları üçün Əmlak məsələləri dövlət komitəsinə, digər hallarda isə yerli bələdiyyələrin funksiyasına aid edilib. Əfsuslar olsun ki, son 20 ildə Gəncədə bələdiyyə qurumları mövcud olsa da, İHB-dən fərqli olaraq heç kəs bələdiyyə xəttilə torpaq ala bilməyib ki, bunun da səbəbi məhz sözügedən qanunsuz sərəncamlardadır. Sərəncamlar əsassız olduğu üçün də paylanan torpaqlara və tikilən evlərin əksəriyyətinə DƏDRX tərəfindən mülkiyyət sənədlərinin verilməsi də asan və rüşvətsiz başa gəlmir.



"Demokratik.Az"ın əldə etdiyi digər məlumata görə, sözügedən özbaşınalıqlar barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov daha çox məlumatlıdır. Hətta, Elmar Vəliyevin qudası (K.Həsənov - O.N) özü bu həngamələrin Gəncədə bunca vüsət almasına göz yuman, buna dolayısıyla şərait yaradan məmurlardandır. Nəzərə alınsa ki, Kərəm Həsənov Elmar Vəliyevin Gəncədə icra başçılığı dönəmində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri kimi Gəncədə 100 hektarlarla dövlət fond torpaqlarının sərəncamlarla talanmasına susqun qalıb, qanunazidd prosesin durdurulmasına çalışmayıb, hər şey aydındır. Buna görədir ki, hələ də torpaq satan icra başçıları saxta sərəncamlarında tarixi 2017-ci ilə yazıb yaxın keçmişə eyham edirlər, bu üsulla guya hüquqi "toxunulmazlıq" qazanırlar.
İnanaq ki, prezidentin etimadını və qanunun tələblərini korrupsiyalı sərəncamlarına qurban edənlər öz tamahlarını bari bundan sonra Gəncənin olan-qalan torpaq sahələrindən çəkəcəklər, ali dövlət rəhbərliyi səviyyəsində özbaşınalıqlarını durduracaqlar...

Demokratik.Az

Gəncənin icra başçıları saxta sərəncamlar satmaqla prezidentə qarşı sabotajla məşğuldur
Gəncənin icra başçıları saxta sərəncamlar satmaqla prezidentə qarşı sabotajla məşğuldur
Gəncənin icra başçıları saxta sərəncamlar satmaqla prezidentə qarşı sabotajla məşğuldur
Gəncənin icra başçıları saxta sərəncamlar satmaqla prezidentə qarşı sabotajla məşğuldur
Gəncənin icra başçıları saxta sərəncamlar satmaqla prezidentə qarşı sabotajla məşğuldur









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
"İçim parça parçadır"
Dünən, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru