Gədəbəydə Yediyarov ab-havası davam edir... - Başçı getsə də...
Tarix: 4-06-2018, 10:34 | Çap et
Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsindən çıxarılsa da, onun sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluqları davam etməkdədir. 6 ay əvvəl sahibkarın obyektinin qarşısına 1 maşın daş tökdürən, bu gün artıq sabiqə çevrilən başçı ticarət məkanının qapı-pəncərəsini, darvazasını hördürüb.
Ötən müddət ərzində obyektin işi iflic olub, sahibkar Fəxrəddin Bağırov Bakıya gələrək rəsmi qurumlardan dəstək ümidi ilə ayları, günləri saymaqda idi. 10-a yaxın işçi də Gədəbəydə avara-sərgərdan gəzib-dolanır, sahibkarın Bakıdan geri qayıdacağını, iş yerlərinin qapı-pəncərələrinin, darvazalarının açılacağı günü gözləyirdilər və bu gün də vəziyyət dəyişməyib. Bununla belə, işçilər də, sahibkar da nəhayət ki, obyektin blokadadan çıxacağı günü ümidlə gözləyirlər. Sahibkar Fəxrəddin Bağırov “Yeni Müsavat”a deyib ki, icra başçısı işdən çıxarılandan sonra ölkə rəhbərliyinə məktub yazıb.
Məktubda prezidentin Ramiz Yediyarov haqda verdiyi ədalətli qərarın rayon əhalisinin, xüsusən Yediyarov və ətrafı tərəfindən hüquqları pozulmuş iş adamlarının böyük sevincinə səbəb olduğunu bildirib: “Ölkə başçısına öz adımdan, ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirmişəm. Ümid edirəm ki, Yediyarovun və ona cinayət ortağı olmuş şəxslərin haqqında hüquqi tədbir də görüləcək. İnanıram ki, ölkənin Konstitutsiya və qanunlarını kobudcasına pozan, ölkə rəhbərliyinin tövsiyyə və tapşırıqlarınıza məhəl qoymayan bu insanlar tezliklə qanun qarşısında cavab verəcəklər. Mən, ailəm və yaxınlarım bundan sonra da prezidentin siyasi xəttini müdafiə etməkdə qərarlıyıq”.
Sahibkar Fəxrəddin Bağırov deyib ki, 6 aydır işsizdir, çıxılmaz durumdadır: “İşçilər obyekt Ramiz Yediyarovun qanunsuz göstərişi ilə blokadaya salınandan sonra işsiz qalıblar. Ara-sıra telefonla danışırdım, o gün rayona getdim. Onlar da obyektin qapılarının açılacağı günü gözləyirlər. Ümid edirik ki, Ramiz Yediyarovun bizə qarşı qanunsuzluqlarına hüquqi qiymət veriləcək. Böyük ziyan çəkmişik, dövlətə vergi ödəyə bilməmişik. İşçilərimin ailələri ağır maddi çətinliklərə düçar olublar. Bütün bunlar Ramiz Yediyarovun ona etibar olunan vəzifədən sui-istifadə etməsi, dövlətimn gücündən sahibkarlara qarşı istifadəsi üzündən baş verib. Biz dövlətimizin güclü, məmurlarımızın ədalətli və prezidentə sadiq olmalarını istəyirik. Ramiz Yediyarov kimi sui-istifadəyə yol verən, narazılıq yaradan məmurların cəzasız qalmamalarını xahiş edirik”.
“Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında “Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin"i yenidən yazır ..." sərlöhvəli reportajda bu haqda geniş söhbət açmışdıq. Hazırda vəziyyət dəyişməyib. Sahibkar ötən müddətdə prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova məktublar yazıb, qanunsuzluqlar edən başçının cəzalandırılmasını xahiş etmişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42 |
|
|
|
• Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39 |
|
|
|
• Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35 |
|
|
|
• Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27 |
|
|
|
• AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25 |
|
|
|
• Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17 |
|
|
|
• Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16 |
|
|
|
• “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14 |
|
|
|
• Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07 |
|
|
|
• Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04 |
|
|
|
• Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58 |
|
|
|
• Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55 |
|
|
|
• NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54 |
|
|
|
• Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40 |
|
|
|
• Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32 |
|
|
|
• Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28 |
|
|
|
• "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21 |
|
|
|
• Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18 |
|
|
|
• ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16 |
|
|
|
• Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15 |
|
|
|
• Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14 |
|
|
|
• Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02 |
|
|
|
• “Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59 |
|
|
|
• “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55 |
|
|
|
• Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46 |
|
|
|
• Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• “Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36 |
|
|
|
• Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29 |
|
|
|
• İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24 |
|
|
|
• Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12 |
|
|
|
• Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55 |
|
|
|
• Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46 |
|
|
|
• Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41 |
|
|
|
• 20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30 |
|
|
|
• "Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06 |
|
|
|
• Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04 |
|
|
|
• MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01 |
|
|
|
• Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51 |
|
|
|
• Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49 |
|
|
|
• Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44 |
|
|
|
• Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40 |
|
|
|
• Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32 |
|
|
|
• Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25 |
|
|
|
|