İsmət Abbasovun “vurulma” səbəbi - oğul faktoru
Tarix: 3-05-2018, 08:24 | Çap et
Yeni hökumətin tərkibində yer almayan məmurlardan biri də baş nazirin müavini İsmət Abbasov oldu. Onun üçün karyerasını bu şəkildə bitirməsi sonunun başlanğıcı ola bilər. Belə ki, hələ prezident seçkilərindən əvvəl İsmət Abbasov barəsində mətbuatda çoxsaylı yazılar dərc olunmuşdu. Xüsusən oğlu Yunis Abbasovun sabiq nazirlər - Eldar Mahmudov, Abbas Abbasov və Ziya Məmmədova qoşulması haqda məlumatlar diqqətdən kənar qala bilməzdi. Qalmadı da.
Yazmışdıq, bir də yada salaq. Azərbaycanın siyasi səhnəsi xeyli genişlənib. Artıq bu səhnənin bir ucu Avropa ölkələrindədir. Siyasi, yaxud da qeyri-siyasi mühacirlərin sosial şəbəkələr vasitəsilə tərəf tutması və Azərbaycan iqtidarına qarşı aqressiv informasiya müharibəsi başlatması ictimai mühiti xeyli gərginləşdirib. Seçkidən əvvəl başlayan bu müharibə səngimiş kimi görünsə də, bütün istiqamətlər üzrə davam edir. Ümumilikdə xarici ölkələrdə olan narazı azərbaycanlıların dilindən Azərbaycan hakimiyyətinə qarşı olduqca sərt, bir çox hallarda bütün əndazələri aşan ittihamlar səslənir və səslənməkdədir. Belə iddialar vardı ki, hücumların dəstəkvericiləri vaxtilə Azərbaycan hakimiyyətində olmuş şəxslər - baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov və sabiq nazirlər Ziya Məmmədovla Eldar Mahmudovdur.
Başqa adlar da səslənirdi-hazırda həbsdə olan Hüseyn Abdullayevin də bu prosesin mərkəzi fiquru olması barədə məlumatlar yayılmışdı. Bu haqda “Yeni Müsavat”ın ötən saylarından birində “Mahmudov, Abbasov, Məmmədov hakimiyyətə qarşı birləşib?” sərlövhəli yazıda məlumat vermişdik.
Hələ seçkidən əvvəl redaksiyamıza daxil olan məlumatlarda iddia olunurdu ki, hakimiyyətə qarşı hücumlarda yer alanlar sırasında elə bu gün hakimiyyətin içində olan şəxslər, onların yaxınları da var. Sonradan seçki ərəfəsi prezidentliyə namizəd Hafiz Hacıyev bu iddiaları təsdiqləyəcək açıqlamalar verdi, Avropadakı “narazı və nadinc vətəndaşlarımız”la təmasları olanlardan birinin də baş nazirin müavini İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovun olduğunu dedi. Yayılan məlumatlardan belə aydın olurdu ki, Yunis Abbasov birbaşa olmasa da, dolayısı ilə xaricdəki narazı kəsimə dəstəyini əsirgəmir. Yunis Abbasov əvvəllər Azərbaycanda iş sektorunda çalışmağa cəhd edib. Lakin ona maneçiliklər törədilib və incik düşən oğul Abbasov ölkəni tərk edərək Böyük Britaniyada məskunlaşıb. Orada öz biznesini qurub. Onun Böyük Britaniyada iş qurması üçün gərəkən ilkin kapitalı haradan əldə etməsi haqda məlumatlar olmasa da, böyük ehtimalla Yunis Abbasov işə başlamaq üçün banklara baş vurmayıb. İllərdir nazir olan atasının sərvətindən bir ovuc götürüb və işə başlayıb.
O, ilk dəfə Azərbaycan mətbuatının gündəminə illər öncə Londondakı mülkləri ilə gəlmişdi. O dövrdə atası İsmət Abbasov hələ kənd təsərrüfatı naziri idi. Yayılan məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq ödəyib. Yunis Abbasov da həmin məlumatı təkzib etməmişdi. Onun atası kənd təsərrüfatı naziri vəzifəsində çalışdığı dövrdə ayağında xeyli yeyinti vardı. İsmət Abbasovu 9 il tutduğu bu vəzifədən 2013-cü ildə çıxarıb baş nazirin müavini vəzifəsinə keçirməklə faktiki olaraq xilas etmişdilər. 5 il baş nazirin müavini vəzifəsini tutan İsmət Abbasovun xaricdə geniş əlaqələri olsa da, faktiki olaraq təmsil olunduğu hakimiyyət üçün hər hansı addım atmırdı. Oğlu xaricdə olmasına rəğmən onun vasitəsilə heç bir iş görmürdü. Oğlu xaricdə kef içində yaşayır. Avropanın önəmli şəhərlərində yaşayan bu adamlar Azərbaycan üçün heç nə etmirlər. Ən son məlumatlara görə, Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə ortalığa çıxan sürpriz isimlər sırasında xaricdə yaşayan sabiqlərin övladlarının da adları ola bilər. Hüseyn Abdullayevin istintaqa verdiyi deyilən “qara siyahı”da işdən çıxarılan, vurulan məmurların özlərinin, xaricdə yaşayan övladlarının da adları ola bilər. Odur ki, bizlərə gözləmək qalır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25 |
|
|
|
• Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17 |
|
|
|
• Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16 |
|
|
|
• “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14 |
|
|
|
• Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07 |
|
|
|
• Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04 |
|
|
|
• Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58 |
|
|
|
• Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55 |
|
|
|
• NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54 |
|
|
|
• Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40 |
|
|
|
• Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32 |
|
|
|
• Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28 |
|
|
|
• "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21 |
|
|
|
• Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18 |
|
|
|
• ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16 |
|
|
|
• Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15 |
|
|
|
• Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14 |
|
|
|
• Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02 |
|
|
|
• “Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59 |
|
|
|
• “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55 |
|
|
|
• Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46 |
|
|
|
• Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• “Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36 |
|
|
|
• Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29 |
|
|
|
• İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24 |
|
|
|
• Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12 |
|
|
|
• Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55 |
|
|
|
• Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46 |
|
|
|
• Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41 |
|
|
|
• 20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30 |
|
|
|
• "Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06 |
|
|
|
• Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04 |
|
|
|
• MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01 |
|
|
|
• Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51 |
|
|
|
• Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49 |
|
|
|
• Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44 |
|
|
|
• Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40 |
|
|
|
• Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32 |
|
|
|
• Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25 |
|
|
|
• "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22 |
|
|
|
• Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15 |
|
|
|
• Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13 |
|
|
|
• Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10 |
|
|
|
• Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08 |
|
|
|
|