Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb .....                     Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb .....                     Bakıda arvadını qətlə yetirən kişi .....                     Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… .....                     Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                     İran Rusiyanı İsrailə dəstəkdə .....                     Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib .....                     Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                     Simonyanın əri kliniki ölüm keçirdi, .....                     Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi .....                     Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... .....                     Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... .....                     Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı .....                     Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ .....                     20 ildən çoxdur icra başçısı işləyən məmurlar .....                     "Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                 

“Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...” - İLGİNC İDDİA
Tarix: 2-09-2016, 09:04 | Çap et
“Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...”
“Tərkibində spirt olan 3 energetik içkinin gücü yarım litr spirtli içki qədər təsirediciliyə qadirdir. Azərbaycanda bu içkidən istifadə edənlər gündən-günə artır və çox təəssüf ki, artan siyahıda avtobus və taksi sürücüləri də var. Mən deyərdim ki, yol qəzalarının əsas baiskarı spirt tərkibli energetik içkilərdir. Gənclər və azyaşlılar arasında da bu içkinin alüdəçiləri gündən-günə çoxalır. Ən narahatedici məqam odur ki, adı enerji içkisi olsa da, orqanizmin gücünü alan bu qidalar gənclər arasında narkomaniyaya da yol açır. Ona görə də aidiyyatı qurumlar bu içkilərin ölkəyə kütləvi idxalını durduran, kütləvi qəbulunun qarşısını alan qərarlar verməlidir”.
Bu fikri Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Hurriyyet.org-a açıqlamasında bildirib.

Bəzi Avropa ölkələrində qadağan olunub

Birlik sədrinin sözlərinə görə, bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması daha məqsədəuyğundur: “Bu içkilərin əksər Avropa dövlətlərində qəbulu qadağandır. İsveçdə, Fransada, Almaniyada demək olar ki, yalnız apteklərdə satılır. Norveçdə, Danimarkada tamam qadağan olunub. Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər ki, ruhlandırıcı, yuxuqaçırma təsirinə malikdir, amma bu təsirin əks təsiri də orqanizmdə özünü heç də çox yubatmır. Bizim ölkəmizə əsasən Polşadan idxal edilir. Bu içkilər Avstriyada da çox istehsal olunur”.

Rusiyada tələbələri öldürdü

Birlik sədri onu da vurğuladı ki, bu içkilərlə bağlı Rusiya mətbuatında mübahisəli müzakirələr açılır: “Rusiyada da bu içkilərin ölkəyə idxalının qadağan olunması zaman-zaman dartışılır, orqanizmi zərrə-zərrə öldürdüyü yazılır. Rusiyada imtahana hazırlaşan gənclər yuxularını qaçırmaq üçün energetik içkilərdən istifadə etdiklərinə görə, tələbələr arasında ölüm halları baş vermişdi. Bizdə isə reklamı gündən-günə genişlənir”.

“Hell” cəhənnəmə göndərir, bəs yol polisi hara baxır?

Dövlət Məmmədovun sözlərinə görə, əsasən heyvan adları qoyulan enerji içkiləri elə reklam edilir ki, sanki o içkini qəbul edənlər həmin heyvanlara bənzəyir, güclənir, cəsarətlənir: “Bu içkilər kifayət qədər də reklam olunur. Məsələn, mağazaların vitrinlərinə yapışdırılır. “Hell” ingilscədən tərcümədə “cəhənnəm” deməkdir. Bankanın üz tərəfində də şeytanın simvolu var. Yəni belə anlaşılır ki, bu içkini qəbul edən cəhənnəmlik olur, şeytan da ona baxıb gülür. Bunu içənlər başa düşmür ki, qəbul etdiklərinin tərkibi nədən ibarətdir. Hətta mən son vaxtlar diqqət etmişəm, avtobus sürücüləri arasında energetik içki qəbul edənlər artıb, özü də əksəriyyəti tərkibində spirt olanları qəbul edirlər. Minlərlə insan həyatını bu sürücülərə etibar edir, onlarsa belə məsuliyyətsizliyə yol verirlər. Bir sürücüyə irad bildirdim ki, bilirsən əlində içdiyin nədir, deyir, hamı içir, mən də içirəm. İzahat verəndən sonra ki, bunun nə ziyanı var, deyir xəbəri yoxdur. Taksi sürücüləri, avtomobil idarə edənlər tərkibi spirtli olan energetik içkilər qəbul edib, sükan arxasında otururlar. Yol polisi hara baxır? Yol qəzalarının baş verməsində başlıca səbəblərdən biri də bu içkilərdir”.

Səhiyyə orqanları, millət vəkilləri susdurulub?

Birlik sədri hesab edir ki, bu içkini mütəmadi qəbul edənlərin zehni işləmir, beyinlərində kütlük, heysizlik, hərəkətsizlik, yaddaşsızlıq yaradır. Ona görə də səhiyyə orqanları bu barədə geniş məlumat verməli, bu məsələ millət vəkilləri tərəfindən parlamentdə müzakirəyə çıxarılmalı, müvafiq qanunlar qəbil edilməlidir: “Təzyiqli xəstələrin, ürəyi xəstə olanların bu içkini qəbul etməsi onların ölümü ilə nəticələnə bilər. Niyə səhiyyə orqanları bu barədə məlumat vermirlər? Bəlkə bu içkinin biznesini təşkil edənlər onları susdurular?! Bu haqda respublikanın baş pediatrı öz sözünü deməlidir. Uşaqların sağlamlığını energetik işkilərə qurban vermək olmaz. Əgər biz uşaqlarımızı sağlam görmək istəyiriksə, bilməliyik ki, bu araqdan və siqaretdən çox dəhşətlidir. 18 yaşınadək uşaqlara, yaşlılara, qan təzyiqi yüksək olan, ürəyi zəif olan insanlara, hamilə qadınlara energetik içki içmək olmaz. Bu həm də kişi və qadınlarda sonsuzluq yaradır, hətta bəzən narkomaniyaya yol bu içkilərdən keçir”.

Həkim rəyi: “Tonuslaşdırıcı təsiri olduğu üçün orqanizmin enerjisini alır”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bizə Sanitariya və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevlə əlaqə saxlamaq tövsiyə edildi. Qurumun qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Hurriyyet.org-a bildirdi ki, energetik içkilərlə bağlı onlara da müraciət edənlər az olmur və bu içkinin enerji dəyəri, xeyri, ziyanı barədə soruşulur: “Öncə onu deyim ki, energetik içkinin tərkibində şəkər yoxdursa, heç bir enerji dəyəri yoxdur. Ona görə o energetik içki adlanır ki, bu içkinin tonuslaşdırıcı təsiri var. Məsələn, tərkibində kofein var, kofein də yuxusuzluq yaradır. Yəni bu içkilər orqanizmin öz enerji ehtiyatını yığır, tənzimləyir, tonuslaşdırır, amma kənardan heç bir enerji gətirmir. Belə içkilərə bu xüsusiyyəti tərkibində olan kofein, taurin və sair bu kimi tonuslaşdırıcılar verir”.

Əvvəl oyanıqlıq yaradır, sonra əzginləşdirir...

Şöbə müdiri dedi ki, energetik içkilər alkoqollu və alkoqolsuz olur və hər iki tip içkini azyaşlıların, məktəbyaşlı uşaqların qəbul etməsi zərərlidir: “Bunu pediatorlar daha yaxşı izah edə bilər. Xüsusən hiperaktiv, enerjili uşaqlarda bu içkilər oyanıqlıq yaradır, sonradan isə əzginləşdirir. Əlbəttə, bunu normal içki hesab etmək olmaz. Daha çox dərman kimi təsiri var. Dünyada içki məhsulu kimi insanların qidasına daxil olub, amma sərinləşdirici kimi yox, tonuslaşdırıcıdır”.

“Satışına qadağa üçün qanunverici akt olmalıdır”

İ.Abdullayev dedi ki, bu içkinin Azərbaycanda satışına qadağa ilə bağlı qanunverici akt olmadığı üçün, səhiyyə qurumları yalnız tövsiyə xarakterli göstəriş verə bilər: “Hər ölkənin daxili qanunvericiliyinə uyğun satışı var. Rusiya Federasiyasının Dövlət Dumasında da bu cür içkilərə qadağa qoyulması və sair məsələlər qaldırılır, amma qanunverici akt halına salınması hələ yoxdur. Millət vəkili və ya adi vətəndaş öz fikirlərini izah edirsə, bu qanun deyil. Biz də dövlət orqanı olaraq qanunu tənzimləyirik. Bu içkilərlə bağlı Azərbaycanda Rusiyanın “QOST”u dövlət standartı kimi alkoqollu və qeyri-alkoqollu içki kimi qeydiyyata götürülüb və hər ikisi tonuslaşdırıcıdır. Standarlaşdırma Komitəsi tərəfindən razılaşdırılıb və ondan sonra Ədliyyə Naziriyində qeydiyyatdan keçirilib”.
Səhiyyə sözçüsü dedi ki, spirt tərkibli energetik içkilərdə 7,8 faizə qədər spirt varsa, bu alkoqollu içkilər siyahısına daxildir: “Mənfi təsirlərdən biri də uzun müdət qalması üçün tərkibinə vurulan qoruyuculardır. Bu qoruyucuların da orqanizmə zərərli təsirləri var, qara ciyər toxumasına, böyrəyə va sair. Xüsusən gənclərə, uşaqlara təsir edə bilər. Bu içkilərə gənclərin çox üz tutması ola bilsin, tərkibindəki spirtə asılılıqdan irəli gəlir. Asılılıq beyində kütləşmə yaradır və kənardan informasiya qəbulunu çətinləşdirir. Ona görə də belə içklərə alüdəçilik qətiyyən yolverilməzdir”.

Deputatdan əndrabadi təklif: “Qiyməti qaldırılsın”

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə bu içkilərin qəbulunun, satışının qadağasını yox, qiymətinin qaldırılmasını təklif edir: “Qadağa, inzibati müdaxilə heç nəyi dəyişməyəcək. Əksinə, satış şəbəkəsini azaltmaq və qiymətləri qaldırmaqla zərərli içkidən istifadə edənlərin sayını azaltmaq olar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39
Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37
Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru