Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                     İran Rusiyanı İsrailə dəstəkdə .....                     Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib .....                     Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                     Simonyanın əri kliniki ölüm keçirdi, .....                     Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi .....                     Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... .....                     Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... .....                     Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı .....                     Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ .....                     20 ildən çoxdur icra başçısı işləyən məmurlar .....                     "Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                     İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı .....                     Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... .....                     MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? .....                     Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur .....                     Paşinyan ölkəsində faşizmi məhv etməsə... .....                     Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir .....                     Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər .....                     Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər .....                     Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? .....                     Türkiyə və İsrail SAVAŞACAQMI? .....                     "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" .....                     Gürcüstanda dövlət bayraqları yarıya endirilib .....                     Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar .....                     Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” .....                     Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı .....                     İrəvandan Bakıya “yeni il mesajı” .....                     Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? .....                     "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" .....                     'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? .....                     Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? .....                     Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... .....                 

Azərbaycanda təriqətçilər şəhid ailəsinin pulunu mənimsədilər? – ŞİKAYƏT
Tarix: 18-08-2016, 08:40 | Çap et
Azərbaycanda təriqətçilər şəhid ailəsinin pulunu mənimsədilər?
Azərbaycanda müxtəlif dini cərəyanlara aid şəxslərin ayrı-ayrı çevrələr yaratması və hətta biznesdə də ortaq davranması az müşahidə olunmayıb. Bu, bəzən özünü qanuni formada göstərir, bəzən isə gizli. Çünki bəzi dini cərəyanlara aid dini icmalar Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyib və onların istifadə etdikləri, yaydıqları dini ədəbiyyat da ölkədə qadağan olunub. Beləliklə, bu təriqətin nümayəndələri davamlı olaraq yerlərini dəyişir, müxtəlif kirayəlik mənzillərdə dini ayinlər keçirir, lakin öz biznes imkanları və “qardaşlıq fondları” vasitəsilə daha da böyüyürlər. Adətən, bu cür “qardaşlıqlar”ın hədəf qrupu iş sarıdan çətinlik çəkən, maddi və mənəvi problemlər yaşayan insanlar olur ki, onları daha zəngin süfrə və maddi yardımla şirnikləndirir, etibarlarını qazanaraq “qardaşlığa” qoşurlar.

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Gədəbəy sakini Şakir Abdullayev Nəbi Dadaşov adlı birinin onu aldatdığını və şəhid qardaşının ailəsinə məxsus 12 min 700 manat pulunu mənimsədiyini bildirib. Qafqaznews.az-ın məlumatına görə, Ş.Abdullayev öz ərizəsində qeyd edib ki, uzun müddətdir Gədəbəy rayonundan mal-qara gətirib Bakıda satmaqla məşğuldur: “Əziyyətlə çörək pulu qazanırıq. Keçən il Qurban bayramı ərəfəsində, müxtəlif marketlərə ət satışı ilə məşğul olan Nəbi Dadaşov adlı şəxs məndən qurbanlıq ət istədi və mən ona 7 baş iribuynuzlu və 21 baş xırdabuynuzlu mal-qara əti verdim. Əvəzində Nəbi Dadaşov mənə 12 min 700 manat pul verməliydi.

O, bu əti çevrəsindəki dindar “qardaşlar”ına satacağını və 1-2 günə pulu çatdıracağını dedi. Lakin üstündən 1 il keçib və mən o pulu Nəbi Dadaşovdan ala bilmirəm. İndi isə ortaq tanışlarımıza deyir ki, “mənim ona borcum yoxdur”. Qeyd edim ki, onun mənimsədiyi o mal-qara əti mənim şəhid qardaşımın ailəsi tərəfindən kənddəki təsərrüfatda yetişdirilib və hazırda mən Nəbi Dadaşova görə şəhid balalarının haqqını verə bilmirəm. Bir sözlə, bu insan şəhid ailəsinin pulunu mənimsəyib. Qarabağ müharibəsində tankçı kimi döyüşən qardaşım Şərif İsaq oğlu Abdullayev 1992-ci ildə Ağdamın müdafiəsində şəhid olub. Onu da əlavə edim ki, Nəbi Dadaşovun daxil olduğu dini icma məndə şübhələr yaradıb. Belə ki, onlar tez-tez Bakıda və Sumqayıtda yerlər dəyişirlər və müxtəlif mənzillərdə dini ayinlər keçirirlər. Bildiyimə görə, onların qrupunun başında Gökhan Demir adlı Türkiyə vətəndaşı durur və liderləri Türkiyədə Haydar Baş adı ilə tanınan şəxsdir.

Xahiş edirik, bu məsələni araşdırasınız. Və media vasitəsi ilə hüquq mühafizə orqanlarına da müraciət edirəm ki, bizə bu işdə yardımçı olsunlar”. Ş.Abdullayev bildirdi ki, Nəbi Dadaşovun çevrəsiylə maraqlandıqda, onların Sunqurilər kimi tanındığını da eşidib, lakin hansı icmaya aid olduqlarına əmin deyil. O, həmçinin Nəbi Dadaşovun çevrəsində Amil Eyvazov (“Amil doktor”), Gökhan Demir və Əfqan İbrahimlinin də adlarını çəkdi. Həmçinin, şikayətçi “qardaşlıq” üzvlərinin Əhməd Rəcəbli 205-də, eləcə də Binəqədi rayonu, 7-ci Binəqədi küçəsi, bina 1, mənzil 72-də (sahibi İ.H.Qocayev) və Nigar Rəfibəyli 33 ünvanlarında toplaşdığını əlavə etdi.

Qafqaznews.az saytı bu istiqamətdə araşdırma aparmaq qərarına gəldi. Nəbi Dadaşovla əlaqə saxlayaraq, Şakir Abdullayevin sözlərində həqiqət payı olub-olmadığını soruşduq. O isə cavab verdi ki, Şakir Abdullayev adlı şəxsi tanımır. Həmsöhbətimiz həmçinin heç bir təriqətdə olmadığını da vurğuladı. Haydar Başın adı gəldikdə isə Nəbi Dadaşov “Bu məsələnin nə əlaqəsi var” deyərək, əlavə şərhdən yayındı. Biz sözügedən çevrəyə daxil olduğu deyilən Amil Eyvazovla da əlaqə saxlamağa çalışdıq, lakin A.Eyvazov zənglərimizə cavab vermədi.

Biz Sunqurilərlə bağlı araşdırma apararkən, öyrəndik ki, bu təriqət nurçuların gülənçilərdən ayrı qoludur və bu təriqətin üzvləri istər Türkiyədə, istərsə də Azərbaycanda şübhəli şəkildə təşkilatlanmaları ilə diqqəti çəkirlər. Xatırladaq ki, 2014-cü il aprelin 14-də Daxili İşlər Nazirliyi Bakıda “nurçu”ların saxlanılması faktı ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X. Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E. Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb (APA). Biz Haydar Baş adı ilə bağlı da araşdırma apardıq, lakin bu zaman başqa bir təriqətlə üzləşdik. Türkiyədə Nakşilərdən (Nəqşibəndilər) ayrılan “Başiye” deyilən təriqət… Bağımsız Türkiyə Partiyasının sədri olan Haydar Başın eyni zamanda “şeyx” olaraq da dini cərəyana rəhbərlik etdiyi və çoxarvadlı həyat tərzi sürdüyü də müxtəlif resurslarda qeyd olunub. Məsələn, Haydar Başın öz dörd arvadı və 20-yə yaxın uşağı üçün Trabzonda ayrıca bina aldığı, hər arvadının bir mənzildə yaşadığı deyilir. Həmçinin, bu təriqətin sərəncamında “Yeni Mesaj” qəzeti və “Meltem TV” adlı televiziyanın da olduğunu öyrədik.

Безымянный copyNəbi Dadaşovun “Facebook” səhifəsini nəzərdən keçirərkən, Haydar Başla əlaqəli xeyli paylaşımlarına rast gəldik. Hətta Gökhan Demir və Amil Eyvazovun Haydar Başla birlikdə çəkdirdiyi fotoşəkillə də qarşılaşdıq. Bu və digər şəxslərin sosial şəbəkələrdə paylaşdığı bəzi fotoşəkilləri və “skrinşot”ları oxuculara təqdim edirik. Maraqlıdır, qardaş ölkədə həm partiya, həm də təriqət yaradan Haydar Başın tərəfdarları Azərbaycanda nə dərəcədə təşkilatlanıblar və onların siyasi məqsədləri nədən ibarətdir? İstər Sunqurçuların, istərsə də Başiyə təriqətinin Azərbaycanda rəsmi olaraq icma yaradıb-yaratmadığını da dəqiqləşdirmək, eləcə də dövlət tərəfindən bu cür qruplara qarşı hansı tədbirlər görüldüyünü öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyevaya zəng etdik. “

Mən bunu Hüquq Şöbəsi ilə danışmalıyam, amma siz “e-mail”imizə də sorğu göndərin, araşdırarıq”, – deyə Y.Əliyeva bildirdi. Az sonra biz Y.Əliyevadan bu təriqətlərin fəaliyyətinin Azərbaycanda qadağan olunub-olunmadığını təkrarən soruşduq, lakin komitə rəsmisi yalnız sabah bizə cavab veriləcəyini qeyd etdi. Ümid edirik ki, sabah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən suallarımıza cavab ala biləcəyik. Araşdırmamız davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10
Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08
İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06
Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02
"Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00
"Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45
'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40
Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31
Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23
Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11
"Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59
Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55
“Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51
ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49
Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47
Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40
Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34
Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru