Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm .....                     Deputat qalmaqallı görüntülərdən danışdı: .....                     "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi .....                     "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" .....                     Türkiyə Trampa bel bağlamalı deyil... .....                     Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır .....                     ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... .....                     Yeni qaydalar kredit faizlərini aşağı sala bilər .....                     Paşinyan Kremli şantaj edir, .....                     "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" .....                     Bakıdan verilən mesaj İranı çalxaladı .....                     Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir .....                     “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, .....                     Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır .....                     Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib .....                     "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı" .....                     Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib .....                     “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" .....                     Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq .....                     Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? .....                     Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır .....                     İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq .....                     “Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? .....                     İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı .....                     "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." .....                     Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir .....                     Tanınmış plastik cərrah olan arvadını öldürən .....                     İranın “Müqavimət oxu”: .....                     İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib .....                     Trampın “Yeni Amerika Xəritəsi”: .....                     ABŞ-də güclü yanğın: .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır .....                     İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi .....                     Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb .....                     Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb .....                     Bakıda arvadını qətlə yetirən kişi .....                     Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… .....                     Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                 

BMW-nin Azərbaycandakı dileri oğurluq avtomobillər də satır? - İDDİA
Tarix: 10-08-2016, 09:43 | Çap et
BMW-nin Azərbaycandakı dileri oğurluq avtomobillər də satır?
Bu ilin aprel ayında ölkə mətbuatında İmprotex şirkəti ilə bağlı ilginc məlumatlar yayılmışdı.
Qafqaznews.az-ın məlumatlarından da istifadə olunan, amma istinad mədəniyyəti unudulan həmin yazıda bildirilirdi ki, “BMW Group”-un maliyyə hesabatlarını incələdikdə orada nə Azərbaycanın, nə də “İmprotex Motors”un adı var: “Bir neçə ölkədə zavod və şöbəsini açan şirkət bizə yaxın ölkələrdən Rusiya və Türkiyə ilə əməkdaşlıq edir. Əsasən Rusiyaya avtomobillər şirkətin Avstriyada olan zavodundan gətirilir. Kalininqrad şəhərində yerləşən şöbədən “BMW Group”-a məxsus avtomobillər almaq üçün hər cür imkan yaradılıb. Bunun üçün Rusiyadakı şirkətə məxsusi bank da açılıb” (bizdə istinad mədəniyyəti olduğuna görə, bildiririk: bu çıxarış meydan.tv saytından götürülüb).

Sözügedən araşdırma yazısında həmçinin qeyd olunur ki, “BMW Group”-un səhifəsində axtarış apardıqda “İmprotex Motors”un adı bircə dəfə sadəcə yerli diller kimi çəkilir: “O da “Mini” avtomobillərinin 2012-ci ildə Bakıya humanitar yürüşü çərçivəsində”.
Qeyd edək ki, sözügedən şirkətin oğurluq avtomobillər də satması ilə də bağlı iddialar var və həmin informasiya ilə bağlı araşdırmanı cəmiyyətə ilk təqdim edən resurs da (“Meydan TV” əməkdaşının sadəcə “mətbu orqan” deyə yazmaqla kifayətləndiyi), Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytı olub.
Biz avqustun 9-da “İmprotex Motors”un satış meneceri Elşən Məmmədovla əlaqə saxlayaraq, həmin şirkətin həqiqətənmi BMW-nin distribüteri olduğunu soruşduq.

“Bizim şirkət 1998-ci ildən BMW-nin Azərbaycanda idxalçısıdır. 2018-ci ildə 20 il tamam olacaq. Müqaviləmiz davamlı olaraq yenilənir. Rəsmi dilerik və bunu bmw.com saytından da dəqiqləşdirə bilərsiniz. Həmçinin, Bmw.az saytı da bizimdir”, – deyə E.Məmmədov Qafqaznews.az-a bildirdi.
Biz yoxladıq və həqiqətən də, sözügedən saytın ölkələr siyahısında Bmw.az saytı açıldı və əlaqə bölməsində isə yeni pəncərədə “İmrprotex Motors”un saytı ilə qarşılaşdıq. Lakin təəssüf ki, şirkət nümayəndəsi oğurluq avtomobil satışı məsələsini şərh etmədi.

Xatırladaq ki, 2015-ci il fevralın 25-də Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytında ““Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur?” başlıqlı araşdırma yazısı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi ki, vəkil İlham Məmmədov Qafqaz Xəbər Agentliyinə müraciət edərək, maraqlarını təmsil etdiyi şəxsə “İmprotex Motors” tərəfindən oğurluq avtomobil satıldığını deyib: “Mənim adını hələ ki, demək istəməyən müştərim dələduzların qurbanı olub. 12 aprel 2013-cü ildə mənim müştərim Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş BMW markalı avtomobil onun xoşuna gəlir. O, avtomobili almaq üçün avtosalonun sahibi İslama müraciət edir. İslam isə bildirir ki, bu avtomobil ona deyil, Qobustan RİH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və İslamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib.

Razılaşmadan sonra, mənim müştərim təklif edir ki, alqı-satqıdan öncə, bu avtomobil BMW-nin Azərbaycanda rəsmi dileri olan “Improtex Motors” şirkətində texniki baxışdan keçirilsin. Və Aqil Məmmədov razılaşır”.
Vəkilin bizə bildirdiyinə görə, “Improtex Motors”da texniki baxış aşağıdakı qaydada aparılır: “Avtomobilin bütün detalları yoxlanılır. Yoxlamanı eyni vaxtda bir neçə usta aparır. Onlardan hər biri öz rəyini növbə rəisinə bildirir. Növbə rəisi isə ümumi rəyi sifarişçiyə çatdırır.

“Improtex Motors” şirkətinin növbə rəisi Həsən Ağaverdiyevin mənim müştərinə təqdim elədiyi aktda avtomobildə bir qədər texniki nasazlıq olduğu göstərilib və onu da şirkətdə asanlıqla aradan qaldırmaq mümkün olması qeyd olunub. Mənim müştərimə hətta nasazlığı aradan qaldırmaq üçün tələb olunan məbləği də bildiriblər”. Məmmədovun sözlərinə görə, texniki baxışdan sonra onun müştərisi və Aqil Məmmədov alqı-satqı üçün ölkənin Baş Dövlət Yol Polisinə (BDYP) gedirlər. Müxbirimizin “Nə üçün alqı-satqıya görə BDPY-ə gediblər?” sualına vəkil belə cavab verib: “ Bilmirəm. Bu ümumi praktikadır”.

Sonra vəkil qeyd edib ki, avtomobili alarkən mənim müştərim avtosalonun sahibi İslamdan 2-ci açarı tələb edib. İslam isə bildirir ki: “Açar i5-mintib. Siz narahat olmayın, biz sifariş eləmişik, tezliklə açar hazır olacaq”.
Vəkil bildirib: “Alqı-satqıdan sonra mənim müştərim dostları ilə görüşüb. O aldığı avtomobildəki nasazlıq barədə dostlarına danışanda onlar tanış ustaya müraciət etməyi məsləhət biliblər. Çünki həmin usta bu işi iki dəfə ucuz eləyir. Mənim müştərim də həmin ustanın yanına gedib”.

Vəkilin sözlərinə görə, avtomobilə baxışdan sonra usta bildirib ki, alınan avtomobil oğurluqdur: “ Abtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem BMW şirkətinə imkan verir ki, oğurlanmış avtomobili harda olsa da yerini müəyyən eləsin. Bundan sonra mənim müştərim “Improtex Motors” şirkətinə gedərək yoxlamanı keçirmiş ustadan izahat tələb edir. Usta mənim müştərimə bildirib ki, mən yoxlama vaxtı bu nasazlığı gördüm və bu barədə növbə rəisi Həsən Ağaverdiyevə məlumat verdim”.

Məmmədovun bizə dediklərinə görə, Həsən Ağaverdiyev ustanın dediklərini təsdiq edib: “Ancaq Ağaverdiyevin özünün dediyinə görə, o, ustanın dediklərinə fikir verməyib”. Kavkaznews.az-ın müxbiri “Siz bu barədə avtomobilin keçmiş sahibinə xəbər eləmisinizmi?” sualına vəkil belə cavab verib: “ Bəli, biz Aqil Məmmədova və onun atası Qobustanın icra başçısı Adil Məmmədova xəbər eləmişik. Ancaq onlar bizim dediklərimizə əhəmiyyət verməyiblər”.

Vəkil həmçinin qeyd edib: “Mənim müştərim DİN-ə ərizə yazıb. Məktub araşdırılmaq üçün yaşayış yeri üzrə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə göndərilib. 22-ci bölmənin rəhbərliyi məktubu Binəqədi prokurorluğuna göndərib”. Müxbirimizin “Nə üçün Binəqədi prokurorluğuna?” sualına vəkil belə cavab verib: “ Bunu bizə belə izah elədilər ki, avtomobilin alqı-satqı olduğu BDYPİ Binəqədi rayonu ərazisində yerləşir”.
Vəkil qeyd edib ki: “Nəticədə prokurorluq işi BDYPİ-ə göndərdi. Baş İdarənin müstəntiqləri bildirdilər ki, inanmırlar ki, avtomobil oğurluqdur, ona görə ekspertiza təyin elədilər. Ekspertiza avtomobilin oğurluq olduğunu təsdiq elədi və iş prokurorluq orqanlarına göndərildi. Prokurorluq isə işi Bakı Şəhər Baş Polis İdarəsinə göndərdi. Mənim təkidli tələblərimdən sonra 5 aprel 2014-cü il tarixdə, yəni 1 il sonra avtomobilin oğurluq olduğu məlum oldu və cinayət işi açıldı”.

Kavkaznews.az-ın müxbirinin “Cinayət işi açılıbsa daha niyə şikayət edirsiniz?” sualına vəkil belə cavab verdi: “Cinayət işi açılmasına baxmayaraq müstəntiqlər heç bir araşdırma aparmır. Biz Improtex Motors-un rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb elədik, hansıki bizi aldadıblar. Müstəntiqlər isə bildirdi ki, maşını oğurlayan şəxsi tapmaq lazımdır. Həqiqətən də oğrunu həbs elədilər. Ancaq 2 gün sonra sərbəst buraxdılar”.
Vəkil bizə bildirdi ki, istintaqın aparılması müstəntiq Vüsal Məhərrəmova tapşırılmışdı: “Sonra istintaqın aparılması Həbib Həbibliyə həvalə olundu. Bizim təkidli tələblərimizə baxmayaraq, müstəntiqlərin hər ikisi mənim müştərimlə avtomobili satan Aqil Məmmədov arasında üzləşmə keçirməkdən imtina edirlər”.
Biz İlham Məmmədovdan onun dediklərini təsdiq edən sənədləri tələb elədik. O, bizə Həsən Ağaverdiyevin imzası ilə “Improtex Motors” şirkətinin avtomobilin yoxlanması ilə bağlı arayışını təqdim elədi.
Həqiqətənmi, müstəntiqlər Vüsal Məhərrəmov və Həbib Həbibli müştəri ilə Aqil Məmmədov arasında üzləşmə keçirmək istəmirlər?

Bu suala cavab aımaq üçün Vüsal Məhərrəmova müraciət eləsək də, o, suala cavab verməkdən imtina elədi.
Onda biz Həbib Həbibliyə müraciət elədik. O, Kavkaznews.az-a bildirdi ki: “Mən nə üçün Aqil Məmmədovla avtomobilin indiki sahibi arasında üzləşmə keçirməliyəm? Onlar heç vaxt görüşməyiblər”.
Aqil Məmmədov isə müstəntiqin dediklərin inkar elədi: “Mən avtomobilin inidiki sahibi ilə alqı-satqı zamanı görüşmüşəm”.

Müxbirimizin “ Sizin satdığınız avtomobil həqiqətənmi oğurluq olub?” sualına Aqil Məmmədov belə cavab verib: “ Bəli. Mən bu avtomobili Improtex Motors-un rəsmi dileri Ülvi Nəsibovdan almışam”.
Biz Improtex Motors servisin növbə rəisi Həsən Ağaverdiyevlə də əlaqə saxlayaraq ortaya çıxmış problemin nə üçün aktda əsk olunmadığını soruşduq. O, bildirdi ki: “ Bu sadəcə xırda bir anlaşılmaqzlıq olub. Onu da bildirim ki, avtomibillə bağlı akt İlham Məmmədovun müştərisinə deyil, Aqil Məmmədova təqdim olunub”.

Müxbirimiz “Axı, İlham Məmmədov onun müştərisinin xidmət haqqı ödəməklə “Improtex Motors” şirkətinin avtomobilin yoxlanması ilə bağlı verdiyi sənədi və sizin imzanız olan aktı bizə təqdim elədi” qeydinə Həsən Ağaverdiyev “ O rəsmi sənəd deyil” deyərək dəstəyi asdı.

Bütün bunlarla bağlı peşəkar hüquqşünaslar birliyinin sədri Tağı Hüseynov Kavkaznews.az-a bildirib ki: “Improtex Motors şirkəti ilham Məmmədovun müştərisinə dəyən zərəri ödəməlidir. Zərərçəkən tələb edərsə dəyən mənəvi ziyan da ödənilməlidir”.
Tağı Hüseynovun sözlərinə görə, müstəntiq Həbib Həbiblinin dedikləri gülməlidir: “ Əgər alqı-satqı avtomobilin indiki sahibi ilə Aqil arasında olubsa, onlar necə görüşməyə bilərdilər?”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12
Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48
“Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46
Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37
"Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24
Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17
“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10
Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04
İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Bu gün, 15:02
“Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 14:10
İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
"Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02
İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01
İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00
Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58
ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53
Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52
İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39
Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37
Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru