"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" .....                     Bakıdan verilən mesaj İranı çalxaladı .....                     Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir .....                     “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, .....                     Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır .....                     Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib .....                     "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı" .....                     Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib .....                     “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" .....                     Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq .....                     Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? .....                     Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır .....                     İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq .....                     “Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? .....                     İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı .....                     "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." .....                     Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir .....                     Tanınmış plastik cərrah olan arvadını öldürən .....                     İranın “Müqavimət oxu”: .....                     İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib .....                     Trampın “Yeni Amerika Xəritəsi”: .....                     ABŞ-də güclü yanğın: .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır .....                     İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi .....                     Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb .....                     Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb .....                     Bakıda arvadını qətlə yetirən kişi .....                     Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… .....                     Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                 

“Unibank” rəhbərinin oğlu reketliklə məşğuldur - FOTO,AUDİO,VİDEO
Tarix: 9-08-2016, 09:26 | Çap et
“Unibank” rəhbərinin oğlu reketliklə məşğuldur
Bu günlərdə Xəzər TV-də yayımlanan videosüjet sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb oldu. LEGİON.AZ saytı xezerxeber.com-a istinadən həmin videomaterialdan sitat gətirir : “Paytaxt sakinlərindən biri bankların birindən kredit götürüb. Sonra da işsiz qaldığına görə borcu geri qaytara bilməyib. Belə olan halda isə bank əməkdaşları vətəndaşa hədə-qorxu gəlməyə başlayıblar. Zərərçəkən iddia edir ki, bank əməkdaşları hətta ondan böyrəyini satıb pulu qaytarmasını da tələb ediblər. Müxtəlif yerlərdə fəhləlik etməklə gündəlik 5-10 manat qazancı olan Mübariz Bayramov banka olan borcuna görə az qala böyrəyindən olacaqdı.



Mübariz Bayramov iddia edir ki, hazırda problem yaşadığı bankdan dəfələrlə kredit götürüb və vaxtında qaytarıb. Sonuncu dəfə isə problemləri yarandığı üçün bank əməkdaşlarına borcu qaytarmaq üçün pulunun olmadığını deyib. Müştərinin iddiasına görə, ən sonda bank əməkdaşları ondan hətta orqanını satıb pulu qaytarmasını belə tələb ediblər. Zərərçəkənin sözlərinə görə, o, əməliyyat üçün bank əməkdaşının ona məsləhət gördüyü klinikaya getsə də, orda əməliyyat etməyiblər. Vəziyyətinin qəlizləşdiyini görən Mübariz Bayramov hüquq mühafizə orqanlarına müraciət edib.
Maraqlı məqam ondan ibarətdir ki, sözügedən bank müştərini məhkəməyə verməyib. Düzdür, bank əməkdaşlarının böyrəyi satmaqla bağlı təhdidləri bir neçə ay bundan əvvəl yaşanıb. Amma işlə bağlı araşdırmalar davam etdiyindən müştəri narahatdır ki, yenidən hədə-qorxular başlaya bilər. Hüquqşünaslar bildirirlər ki, qanunvericiliyə görə, borcu qaytara bilmədiyinə görə müştəridən adi əşyanı satmasını belə tələb etmək qanunsuzdur. Müştəriyə hədə-qorxu gəlmək isə cinayət məsuliyyəti yaradır. Belə ki, 3000 manatdan yuxarı borcu hədə-qorxu gəlməklə tələb etməyə görə bank əməkdaşı 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, bir neçə gün öncə sözügedən bankın “Unibank” olmasını şikayətçi özü təsdiqləmişdi”.

LEGİON.AZ saytı araşdırma zamanı öyrəndi ki, sözügedən vətəndaş Mübariz Bayramovun problemi hələ 2016-cı ilin aprel ayında bəzi saytlar tərəfindən işıqlandırılmışdı. Mübariz Bayramov bildirmişdi ki, “Unibank”ın adından ona dəfələrlə zənglər və hədələr olub. Dəvət edib bir neçə saat da saxlayıblar. Cibində olanları da boşaldıb əlindən alıblar. Qohumlarına da zəng vurublar ki, gəlin Mübarizin pulunu ödəyin. Lakin görünən odur ki, Mübarizin “Unibank”ın işçisi hesab etdiyi şəxslər əslində “Baku Collecting Agency” (BOA)-nin işçiləri olub. Çünki bizə təqdim etdiyi sənədlərin içində həmin şirkətə ödədiyi 50 manat üzrə mədaxil qəbzinin surəti də var. Başqa sözlə, sözügedən kollektor şirkəti “Unibank”a xidmət göstərərək onun problemli borclarının qaytarılması ilə məşğuldur. Mübarizi hədələyənlərdən biri ona böyrəyini satmağı təklif edib.

Mübariz də buna razı olub. Başlayıb xəstəxanaları gəzməyə ki, böyrəyimi alın. Təbii, yaxın buraxan olmayıb. Buna görə də təklifi verən kollektordan (və ya bank işçisindən – bunu hələ dəqiqləşdirmək lazımdır) telefonla xahiş edib ki, xəstəxananın yerini desin, gedib böyrəyini satsın. O da başlayıb onu yenə qorxutmağa ki, işin artıq məhkəmədədir (bu, yalandır!), axtarışdasan, səni tutacaqlar. Mübariz yenə xəstəxana barədə soruşanda kollektor cavab verib ki, sən tez gəl, mən səni yönləndirərəm ora (islaminsesi.org). Həmin söhbətin audio yazısını LEGİON.AZ oxucularına təqdim edirik.



LEGİON.AZ-a maraqlı gəldi, “Unibank” Mübariz Bayramovun kredit borcunu həqiqətən də kollektor şirkətinə satıbmı (və ya hansısa şəkildə bu borcu almağı həvalə edibmi)? Güman ki, belə bir proses baş verib. Lakin doğrudanmı, bu kollektor şirkətinin müştərilərlə münasibətdə kobud davranması “Unibank” rəhbərliyinin vecinə deyil? Axı, bu zaman həm də bankın imicinə xələl gəlir… LEGİON.AZ olaraq, məsələni aydınlaşdırmaq üçün “Unibank”a zəng etdik, ordan bizə ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Sülhiyyə Şirinova ilə əlaqə saxlamağı tövsiyə etdilər. S.Şirinova ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Lakin üç iş günü ərzində sözügedən məsələ ilə bağlı “Unibank”ın münasibətini də LEGİON.AZ -da dərc etməyə hazırıq.

Cəmiyyətdə “Baku Collecting Agency” və ya “BOA Kollektor” kimi tanınan şirkət haqqında ölkə mətbuatında az yazılmayıb.saytı interpress.az-a istinadən qeyd edir ki, “Baku Collecting Agency”nin təsisçilərindən biri də “Unibank”ın prezidenti Eldar Qəribovun poker yarışında 1 milyon dollar udan oğlu İlkin Qəriblidir. O, 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyi olan “Baku Collecting Agency” (BOA) MMC-ni yaradıb, lakin “Unibank”ın əsas təsisçisi Eldar Qəriblinin oğlu ilə bağlı xəbərin digər maraqlı tərəfi onun ortağı ilə əlaqəlidir. Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan BOA agentliyinin digər həmtəsisçisi ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir (interpress.az).

Amma “Unibank”dan İlkin Qəriblinin yeni təsisatının banka heç bir dəxli olmadığını bildirirlər. “Sadəcə, İlkin Qəribli Qərbdə təhsil alıb, Brüsseldə oxuyub, oranın bank təcrübəsini yaxşı bilir. Ona görə də Azərbaycanın bank biznesinə çoxdan ehtiyac duyulan bu xidməti gətirməyi özü üçün əlverişli biznes sayıb”,- deyə “Unibank”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar İsrafilov bildirir. Onun sözlərinə görə, “Unibank”ın bu agentliyin xidmətinə ehtiyacı olmasa da İlkin Qəriblinin biznesi perspektivli görünür: “Şəxsən bizə gəldikdə, problemli borclarımızın ümumi kredit çantasında payı ildən ilə azalır. Amma bir çox bankların, xüsusilə də, iri bankların qaytarılmayan borclarla bağlı problemi ildən ilə dərinləşir. İri bankların böyük məbləğlərdə problemli borcları olmasına baxmayaraq, onların qaytarılması ilə cəmi 20 adam məşğul olur, təbii ki, onlar da problemli müştərilərin hamısı ilə məşğul ola bilmirlər”,- deyə Vüqar İsrafilov vurğulayır (anspress.az).

LEGİON.AZ -da daha bir sual da yarandı: İlkin Qəriblinin Avropadan gətirdiyi “təcrübə” budurmu – vətəndaşları təhdid etmək, yalandan həbsxana ilə qorxutmaq, borcunu ödəmək üçün böyrəyini satdırmaq? Olmaya, BOA-nın kollektorları vaxtaşırı Avropa şəhərlərində treninqlər də keçir, insanları qorxutmağın incəliklərini öyrənirlər? Legion.az olaraq, bu və digər suallara cavab tapmaq üçün “boacollection.az” saytındakı əlaqə nömrələrinə zəng etdik, lakin bizim zənglərimizə cavab verən olmadı. 12 sentyabr 2014-cü il tarixdə qafqaznews.az saytında “UNIBANK öz qoçu dəstələrindən imtina edir?” başlıqlı məqalə dərc olunmuşdu.

Məqalə 1Sabunçu rayon sakini Həmid Nəsibovun şikayətindən bəhs edirdi: “9 fevral 2008-ci il tarixdə, Bakı şəhərində yaşayan qaynım mənə zəng edərək bildirmişdi ki, dostu Sahil “Mersedes Benz” markalı avtomaşın almaq istəyir. Sahilin daimi iş yeri olmadığına görə, həmin avtomaşını mənim adıma almağa qərarlaşdırıblar. Mən Sahilin mənə verdiyi vədlərə inanaraq, razılıq verdim ki, həmin avtomaşın mənim adıma alınsın və “Unibank”-da mənim adıma girov müqaviləsi bağlanılsın. Sahil məni əmin etdi ki, vaxtı-vaxtında bankın pulları ödəniləcək və səni heç kim, heç vaxt narahat etməyəcək. Beləliklə, mən “Unibank”a gedərək, orada 9 fevral 2008-ci ildə “Girov müqaviləsi” imzalamışdım.Girov müqaviləsinə əsasən, mən bankdan 23 min 800 manat məbləğində pul götürmüşdüm.

Götürdüyüm pulları 24 ay ərzində banka qaytarmalı idim. Bankla mənim tərəfimdən imzalanmış razılaşmaya əsasən maşının qiyməti 34 min manat dəyərləndirilmişdi. Bundan sonra, mən Bakı şəhər sakini olan Sahilə mülki etibarnamə vermişdim. Həmin etibarnaməyə əsasən, mənim əvəzimə banka pulu Sahil aybaay ödəməli idi. Bu minvalla Sahil 2008-ci ilin fevral ayından başlayaraq vaxtı-vaxtında bankın pulunu, yəni aylıq pulunu və faizlərini ödəməyə başlamışdı. Bundan 5 ay keçdikdən sonra, Sahil mənə bildirdi ki, onun idarə etdiyi maşını qaçırıblar. Maşının tapılması üçün o hüquq-mühafizə orqanlarına müraciət etdiyini də mənə bildirmişdi. Bildiyimə görə, bir müddət sonra, maşın oğruları tutularaq məhkəməyə veriliblər. Xətai Rayon Məhkəməsi həmin oğrular barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmə tərəfindən “Unibank”a dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul olunub. Bildiyimə görə, girovda olan “Mercedes” markalı maşın, bank tərəfindən MBASK sığorta şirkətində dərhal da sığortalanmışdı və sığorta şirkəti dəyən ziyanı tamamilə ödəyib”.

Şikayətçi daha sonra bildirirdi ki: “Bundan 5 il sonra, yəni 2014-cü ilin avqust ayının əvvəllərində mənə “Baku Collecting Agency”dən zəng olundu və bildirdilər ki , mənim “Unibank”a 19 min 500 manat borcum qalıb. Agentliyin əməkdaşı Nizami İbrahimovla görüşümüzdə ona bildirdim ki, mənim bu işdə ancaq adım gedir, pullardan və onunla əlaqədar işlərdən xəbərim yoxdur. Onlara Sahil ilə əlaqə saxlamağı bildirmişdim. Onlar Sahil ilə əlaqə saxladıqdan sonra, Sahilə təklif ediblər ki, banka olan 18 min 921 manat borcun 8 min 921 manatının bank tərəfindən bağışlanmasına nail olacaqlar. Şirkətin əməkdaşları Sahili inandırmağa çalışıblar ki, yerdə qalan 10 min manatın 4 min manatını bir həftə ərzində ödəsə, yerdə qalan 6 min manatı 2014-cü ilin sonuna kimi ödəyə bilər və bundan sonra Nəsibov Həmidin banka heç bir öhdəliyi olmadığı barədə arayış veriləcək.

Cəfərov Sahil Əzizağa oğlu onların şərtləri ilə razılaşmayıb”. Bir müddət sonra “Baku Collecting Agency” Həmid Nəsibova bildiriş göndərir ki, “əgər banka olan borcunu ödəməsə, dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunacaq”.

Bununla kifayətlənməyən Nizami İbrahimov bildirişləri Həmid Nəsibovun yaşadığı həyətin divarlarına yapışdıraraq onu qonşular arasında biabır edib. Bütün bunlara aydınlıq gətirmək üçün “Baku Collecting Agency”-nin nümayəndəsi Nizami İbrahimovla əlaqə saxlasaq da, o, bizim suallarımıza cavab verməkdən imtina eləmişdi. Belə olan halda “Unibank”ın nümayəndəsi Yevgeni Sultanova müraciət eləmişdik. O, isə bildirmişdi: “Biz müştəridən pulu almaq üçün heç bir kənar xidmətdən istifadə etmirik” (qafqaznews.az).

2015-ci il martın 11-də Samir İsmayılov kavkaznews.az saytına müraciət edib: “ Mənim hələ adını çəkmək istəmədiyim müştərimə “Baku Collecting Agency”nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “Unibank”a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”. Samir İsmayılovun müraciətindən sonra, biz “Baku Collecting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq, hansı əsasla “Unibank”a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, “biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borcları yığmaqla məşğuluq”. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “Bu, Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collecting Agency”yə borclarla bağlı belə bir tapşırıq verməmişik”.

Baş verənləri “Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri Tağı Hüseynov belə şərh edib: ““Baku Collecting Agency”nin nümayəndəsinin “Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borcları yığmaqla məşğuluq” deməsi vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdir ki, bu da cinayətdir”. Vəkil İlham Məmmədov isə bildirdi ki, Ədliyyə Nazirliyi “Baku Collecting Agency”-nin əməlləri ilə bağlı müvafiq orqanlara məlumat verməli, tədbir görülməsini tələb etməlidir (kavkaznews.az).

LEGİON.AZ olaraq qeyd edək ki, bu məlumatın yayılmasından bir il yarım vaxt keçib. Bu müddət ərzində Ədliyyə Nazirliyinin sözügedən kollektor agentliyinə qarşı hər hansı addım atıb-atmaması ictimaiyyətə məlum deyil. Əlbəttə, dövlət qurumu adından sui-istifadə edən bir şirkət sərt cəzalandırıla, hətta məhkəmə qaydasında bu şirkətin fəaliyyətinə qadağa da qoyula bilərdi. Lakin bu barədə bir məlumat yoxdur. Sözügedən agentlik hələ də fəaliyyətini davam etdirir və sadə vətəndaşları qorxutmağa davam edir. Yazı sayta gedərkən, LEGİON.AZöyrəndi ki, ötən il hüquqşünas Samir İsmayılovun müdafiə etdiyi, “Bakı Collecting Agency” tərəfindən təhdidlərə məruz qalan Mahmud Tağıyev məsələ ilə bağlı 2015-ci ilin martında Respublikanın baş prokuroru Zakir Qaralova və DİN başçısı Ramil Usubova müraciət etmişdi. Mahmud Tağıyevin LEGİON.AZ-a bildirdiyinə görə, müraciət Yasamal rayon prokuror köməkçisi Nigar Talıblı tərəfindən araşdırılmış, lakin kollektor agentliyinin əməkdaşlarına qarşı tədbir görülməmişdi.



Hətta vətəndaş qeyd edib ki, Ramin adlı kollektorun Ədliyyə Nazirliyi adından sui-istifadə etməsini isbatlayan səs yazısını hüquq mühafizə orqanlarına təqdim etdiyi halda, onlar kollektorların təhdidlərinə və dövlət qurumları adından istifadə etməsinə faktiki olaraq haqq qazandırıblar. Mahmud Tağıyev həmin borcunun təhdidlərdən hələ 3 il əvvəl, 2012-ci ildə bağlandığını da LEGİON.AZ-a əlavə edib. “Unibank”ın nümayəndəsi Yevgeni Sultanov təmsil etdiyi bankın hər hansı kollektor agentliyinin xidmətindən istifadə etmədiyini deyirsə, bəs bu agentlik vətəndaşların “Unibank”a borcları barədə məlumatları kimdən alır?

Əgər burda “Unibank”ın da adından sui-istifadə halları varsa, o zaman bank bu və digər kollektor agentliklərinin cəzalandırılması üçün hüquq mühafizə orqanlarına şikayət edə, onları məhkəməyə də verə bilərdi. Qəribədir ki, bu barədə də məlumat yoxdur. Lakin hər gün bir-birindən daha dəhşətli məlumatlar eşitməkdəyik: Bir vətəndaş intihar həddinə çatdırılır, digəri qoluzorlular tərəfindən təhdid olunur, bir başqasını isə böyrəyini satmağa məcbur edirlər. Əgər “Unibank”da belə hallara isti baxırlarsa, o zaman bank rəhbərliyinin orqan mafiyası ilə münasibətlərinin olub-olmaması da sual doğurur. Araşdırmamız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48
“Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46
Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37
"Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24
Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17
“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10
Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04
İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Bu gün, 15:02
“Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 14:10
İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
"Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02
İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01
İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00
Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58
ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53
Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52
İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39
Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37
Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru