Ekologiya nazirliyi cəngavər-deputata qarşı nədən acizlik nümayiş etdirir? – Problemə dırnaq arasından baxanda....
Tarix: 2-06-2014, 14:50 | Çap et
DİA.AZ: - Bir müddət əvvəl Milli Məclis üzvlərinin bəzilərinin biznes fəaliyyətləri ilə məşğul olması səbəbindən mandatlarının ləğvi məsələsi yenidən gündəmə gəldi. Deputat İlyas İsmayılov bu məsələni xeyli gündəmdə saxlasa da, sonradan bu mövzu anidən də qapandı. Əslində qanunlara uyarsaq, bir çox deputatların mandatı təhlükə altına düşmüş olacaq. Doğrudur, onların böyük əksəriyyəti əslində özlərinə aid olan biznes strukturlarını yaxınlarının adına keçiriblər. Amma öz adları ilə işgüzar fəaliyyətdə olanlar da yetərincədir ki, bunu müəyyənləşdirmək dövlətin müvafiq qurumları üçün bir an məsələsidir.
Qeyd edək ki, əslində deputatların bir çoxu siyasətə - parlamentə məhz biznesdən gəldiklərindən onların bizneslərinin olması da normal faktdır və cəmiyyətdə heyrətə nədən olmur. Yəni hər kəs yaxşı bilir ki, məsələn, Ülvi Quliyev, Azər Kərimli kimi deputatlar məhz biznesdən siyasətə qoşulanlardır. Təbii ki, bu sıranı daha da genişləndirmək olar. 2005-ci ilin parlament seçkiləri ərəfəsi start götürən məlum siyasət nəticəsində bir çox iş adamları parlamentə dəvət olundular ki, bu zaman Milli Məclisin heyəti kifayət qədər «işgüzarlaşmış» oldu.
Belə olan təqdirdə, ya deputatlara biznes fəaliyyətini qadağan edən hüquqi hal aradan qaldırılmalıdır, ya da deputatlar şəffaf şəkildə hesabatlarını təqdim etməli, biznesini seçənlərin mandatları ləğv edilməlidir. Təbii ki, bunlar hələlik xəyal edilən məsələlərdəndir.
Biz isə DİA.AZ olaraq bu gün biznes fəaliyyəti ilə məşğul olan deputatları araşdırmağa başladıq. Və bu gündən etibarən onların əllərindəki iqtisadi rıçaqlarla bağlı əldə etdiyimiz faktları diqqətinizə çatdırmaq qərarını verdik.
İlk olaraq adı bir çox qalmaqallarda hallandırılan, amma eyni zamanda Azərbaycanın ictimai-siyasi elitasında o qədər də populyar olmayan Azər Kərimli barədə əldə etdiyimiz bilgiləri diqqətinizə çatdırmaq istədik. 112 Saylı Qax seçki dairəsindən deputat seçilən bu şəxs 2005-2010-cu illərdə də Milli Məclisin üzvü olub.
Millət vəkili olduğu 8 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin 7 il ərzində çıxış etmədiyi də bəlli olur. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır. Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur. Amma parlamentin əksər üzvləri kimi Azər Kərimli də biznes fəaliyyətini yüksək səviyyədə quranlardandır. Onun həm ölkə daxilində, həm də xaricində bir sıra biznes şəbəkələrinin olduğu bildirilir.
Azər Kərimli həm də seçicilərini boykot edən deputatlardandır. Milli Məclis əksər üzvləri kimi təmsil etdiyi rayonun əhalisinin problemlərinə biganədir. Paytaxtdan yüzlərlə kilometr uzaq məsafə olan Qax rayonundan gələn seçilərini belə qəbul eməyən deputat onları rayondakı «köməkçisinə» yönəldib.
Xatırladaq ki, Azər Kərimli müəmmalı şəkildə İtaliya dövləti tərəfindən «Cəngavar» də elan olunub. Bu barədə, daha dəqiqi belə bir titulun verilməsi səbəbini araşdırsaq da, tutarlı məlumat əldə edə bilmədik. Qeyd edək ki, İtaliyanın Azərbaycandakı səfirliyində deputata «cəngəvar» ordeni verilib. Bu da sirr deyil ki, başqa ölkələrinin səfirliklərindən fərqli olaraq, İtaliya səfirliyi Azərbaycan mediası və vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıqda maraqlı deyil. Baxmayaraq ki, Avropa İttifaqının əsas dövlətlərindən biri olan İtaliya Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə susmamalıdır.
Avropa İttifaqının və Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyinin müdafiə olunmasında fəallıq göstərməlidir. Amma bunları bir tərəfə qoyub, seçicilərinin hüquqlarını qorumayan, ən azı mandatının legitimliyi şübhə doğuran bir deputata orden vermək yanlış siyasətdir.
Amma bu yanlış siyasətin arxasında daha çox iqtisadi maraqların dayandığını da sezməmək mümkün deyil. Çünki bizlər Azər Kərimlini həm də bir iş adamı olaraq tanyırıq və məlumdur ki, italyanların «cəngavər» adını verdiyi hörmətli deputatımız ağac materialları və mebelqayırma sahəsində biznes fəaliyyəti ilə məşğuldur. Hətta bu barədə yerli mətbuatda yer alan informasiyada qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin belə «gözündən müvəffəqiyyətlə yayınan» Azər Kərimli şirkətinin maraqları naminə Qax rayonu ərazisində salamat meşə qoymayıb. Və neçə illik fəaliyyəti boyunca deputatın şirkəti Qax meşələrində minlərlə talalar yaradıb ki, bu da ölkənin sərvətlərinə qarşı yalnız düşmən siyasətinin nəticəsi ola bilər.Bu barədə gələn şikayətlərdə deyilir ki, millət vəkili qoz ağaclarını ucdantutma qırdırır. Qırılan qoz ağacları Bakıya gətirilir və millət vəkilinin mebel fabrikində emal olunaraq Azər Kərimliyə böyük gəlirlər gətirir.
Məlumatda həmçinin bildirilir ki, millət vəkili Qax rayonunda tikdirdiyi şəxsi mülkləri ilə də məşhurdur. Məsələn, bir zamanlar Qaxın İlisu kəndində sovet dövründə salınmış "Füzuli bağı" vardı. Hə, vardı… Çünki indi bu bağın sadəcə adı qalıb. Bağın yanında isə Azər Kərimlinin tikdirdiyi imarət ucalır. Məlumatda həmçinin qeyd olunur ki, Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayona icra başçısını, ayrı-ayrı məsul işçiləri də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir. Ona görə də Azər Kərimli qoz ağacı soyqırımını rahatlıqla həyata keçirə bilir.
Və bu qoz ağaclarından hazırlanan materialların satıldığı ünvan isə kifayət qədər maraqlıdır. Bu barədə DİA.AZ olaraq apardığımız araşdırmalardan ilginc faktlar ortaya çıxıb. Aydın olur ki, Azər Kərimlinin şirkətində emal olunmuş, mebel sənayesi üçün qoz ağacından düzəldilmiş lövhələr hansısa kənar ünvana deyil, məhz İtaliyaya göndərilir. İndi deputatımızın İtaliyada nədən CƏNGAVƏR kimi görünməsinin sirri də çözülmüş olur.
Onu da bildirək ki, Azər Kərimli ilə bağlı daha bir araşdırma materialımız var və onu da yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Bu faktlardan isə ETSN-nin «meşələrin qəniminə» çevrilmiş deputat qarşısında hansı səbəblərdən aciz qaldığını izahlayacağıq. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02 |
|
|
|
|