4 rayonun icra başçısına vəzifələrindən alınacaqları ilə bağlı xəbərdarlıq olundu - Kadrlar yenilənir
Tarix: 6-05-2014, 14:25 |
Çap et
DİA.AZ: - Şamaxının, Neftçalanın, Şəmkirin və Xızının icra başçıları yaxın günlərdə vəzifələrindən alınır. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.
Məlumatı verən qaynaq bildirir ki, artıq sözügedən rayonların rəhbərlərinə Prezident Administrasiyası tərəfindən xəbərdarlıq edilib.
Mənbənin diaaz.space-a söylədikləri: «Hər bir başçısı vəzifədən alınan rayona yeni simanın təyin edilməsi gözlənilir. Hətta burada bəzi icra başçılarının görəv başında yeni olmaları faktoru belə nəzərə alınmır ki, bu da hakimiyyətin yeniləşən siyasətiylə birbaşə əlaqədardır».