Nura bu mahnını yenidən oxudu, trend oldu .....                     ABŞ Hərbi Hava Qüvvələrinə məxsus biznes təyyarəsi Moskvaya eniş edib .....                     Rusiyadakı azərbaycanlılara qarşı kütləvi repressiya .....                     USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır .....                     Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? .....                     Bakı və Moskva arasında böhran .....                     Ukraynaya şimaldan təhdidlər və Belarus üçün risklər .....                     Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb .....                     Göygöldə 20 illik şirkət bağlanır .....                     "Modern Construction Group” MMC-yə çevrilir .....                     Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? .....                     “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır .....                     “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” .....                     Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” .....                     İran dayanmadan təkrarlayır: .....                     Paşinyan Münhenə getdi .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                 

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Tarix: 24-01-2025, 19:07 | Çap et
Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur?
Son günlərdə sosial şəbəkələrdə diplomsuz plastik cərrahlar kimi, diplomu olmayan və ya xaricdə qiyabi olaraq təhsil alan amma diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərdikləri ilə bağlı paylaşımlar edilir. Maraqlı tərəfi odur ki, bu dəfə şikayət edənlər vətəndaşlar yox, məhz həkimlərdir. Onlar bildirir ki, dəfələrlə diplomsuz diş həkimləri tərəfindən zərərçəkmiş şəxslər müəyyən ağırlaşmalarla müracət edirlər. Bəs, stomatoloqlararın işinə nəzarət necə həyata keçirilir?

Bu barədə Səhiyyə Nazirliyinə hansısa şikayət və ya müraciətlər daxil olubmu?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq, qanunvericiliklə müəyyən olunan qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər:

“Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz.

Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı İnzibati Xəta Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur”.

“Təəssüf ki, mövcud stomatoloq fəaliyyəti ilə məşğul olan şəxslərin heç də hamısı, dövlət qeydiyyatından keçməyiblər və yaxud onların sənədləri uyğun olmadığı üçün Dövlət Səhiyyə Sistemi tərəfindən qəbul olunmur. Lakin buna baxmayaraq, qeyri qanuni fəaliyyət göstərənlər var. Xüsusilə də regionlarda. Yuxarıda qeyd etdiyimiz kimi, vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında, aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir və barələrində qanunamüvafiq tədbirlər görülür. Belə şəxslər ilkin olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır, daha sonra fəaliyyətlərinin tibbi olub-olmamasının müəyyənləşdirilməsi üçün bizə müraciət daxil olur. Bundan sonra məsələ ətraflı araşdırılaraq, barələrində tədbir görülür və növbəti icraata göndərilir.

Ümumiyyətlə hər bir vətəndaşın tibbi xidmət göstərən müəssisənin lisenziyası barədə, həmçinin də praktiki tibbi fəaliyyət ilə məşğul olan ixtisaslı həkim mütəxəssisin sertifikasiyası barədə müəssisə rəhbərindən məlumat əldə etmək hüququna malikdir. Sənəd tələb edilmədikdə aidiyyəti orqanlara – Səhiyyə Nazirliyinin müvafiq qurumlarına və hüquq mühafizə orqanlarına rəsmi müraciət edə bilər", - məlumatda vurğulanıb..

Qeyd edilir ki, zərər çəkən şəxslər mütləq qaydada hüquq- mühafizə orqanlarına müraciət edərək, məhkəmə tibbi ekspertizanın rəyini əldə etsinlər.

"Tural Mirzəyevin stomatoloqlarla bağlı AEM-ə siyahı təqdim etdiyi iddiasına gəldikdə, qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu həkim tərəfindən rəsmi olaraq heç bir siyahı təqdim olunmayıb. Bununla bağlı həkim T. Mirzəyevin müraciətinə rəsmi cavab verilib və cavabda siyahının təqdim olunması qeyd edilib. Bu günədək T.Mirzəyev Analitik Ekspertiza Mərkəzinə hər hansı bir siyahı təqdim etməyib”,- deyə məlumatda qeyd edilib.

“Əlavə olaraq, stomatoloqların siyahısını dəqiqləşdirmək üçün T.Mirzəyev AEM-ə dəvət olunub və ona araşdırma aparılması üçün rəsmi müraciət edilməsinin və siyahının təqdim olunmasının vacibliyi bildirilib. Əməkdaşlarla görüş zamanı T.Mirzəyev bildirib ki, yaxın günlərdə rəsmi olaraq müraciət edərək siyahını təqdim edəcək. Həkim T.Mirzəyev tərəfindən rəsmi müraciət olunarsa, təqdim edilən faktlar araşdırılacaq və qanuna müvafiq addımlar atılacaq.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”,- deyə qurumdan əlavə edilib.

Maraqlıdır, diplomsuz fəaliyyət göstərən stomatoloqlar insanların sağlamlığı üçün hansı təhlükəni yaradır?

Mövzu ilə bağlı elə həmin saxta stomatoloqlara qarşı ilk dəfə mübarizəyə başlayan, bununla bağlı Analitik Ekspertiza Mərkəzinə müraciət edən İmplantoloq Tural Mirzəyev Trend-ə bildirib ki, diplomsuz həkimlərin fəaliyyətindəki birinci təhlükəli məqam hepatit C, B kimi, AİDS (Qazanılmış İmmun çatışmamazlığı sindromu) kimi xəstəliklərin yayılmasıdır.

“Çünki diplomsuz şəxslərin heç bir halda sterilizasiyadan anlayışı olmur. Yəni, adamın təhsili yoxdursa, sterilizasiyadan anlayışı ola bilməz. Onların öz ətrafında çalışdırdığı insanların da sterilizasiyadan anlayışı olmur. Yəni, işləməyə də özlərinə uyğun insanlar seçirlər.

İkinci məsələ isə ağırlaşmalardır. Ağırlaşmalar hansılar ola bilər? Bu adamlar uşaqlarda diş müalicə edilir və ya breket qoyulur. Bildiyimiz kimi, uşaq orqanizmi inkişaf dövründə olur. İnkişaf dövründə orqanizmdə qeyri-peşəkar müdaxilənin törətdiyi ağırlaşmaları heç cür düzəltmək olmur, çox çətindir. Demək olar ki, mümkün deyil. İnkişaf dövründə səhv aparılan müalicə bizim genefondumuza böyük ziyan vurur”, - o əlavə edib.

Həkim qeyd edib ki, ikinci məsələ isə diş qapaqları, implantasiya ilə bağlıdır.

“Bunların da öz ağırlaşmaları var. Hətta implantasiyada olan ağırlaşmalarda, implantı qoyan şəxslərin ağız boşluğu cərrahiyyəsindən anlayışı olmur. Və bunun nəticəsi olaraq insan çənə sümüyündə geriyədönməz proseslər baş verə bilər, sinir zədələnməsi ola bilər hətta görmə qabiliyyətini belə itirə bilər. Yəni, infeksiya gözə doğru gedə bilər. Səhv müalicənin, qeyri-steril şəraitdə işləməyin nəticəsi olaraq insan orqanizminə böyük ziyanlar vurulur.

Məsələn, siz gedirsiniz bir stomatoloqun yanına, onun qeyri-peşəkar müalicəsinin nəticəsində diş köklərində iltihabi proseslər baş verə bilər. Nəticə etibarilə sizin orqanizminizə etdiyiniz yatırım sizə daha çox ziyan vurur. Diş köklərinin qeyri-peşəkar müalicəsindən sonra orada kistalar əmələ gəlir. Qoyulan qapaqlar bir-iki ildən sonra sökülür, yenidən iş görülməli olur. Belə stomatoloqlar sizə həm maddi, həm də sağlamlıq cəhətdən ziyan vurur. Amma ən əsas təhlükə sağalmayan infeksiyaların yayılmasıdır”,- deyə həkim əlavə edib.

Eyni zamanda o qeyd edib ki, ilkin olaraq 25 nəfərin siyahısını hazırlayıb yaxın günlərdə Analitik Ekspertiza Mərkəzinə göndərəcək










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nura bu mahnını yenidən oxudu, trend oldu - VİDEO
Bu gün, 01:00
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus biznes təyyarəsi Moskvaya eniş edib - “Flightradar24”
Bu gün, 00:57
Rusiyadakı azərbaycanlılara qarşı kütləvi repressiya - Səfirliyimizdə “Bülbüloğlu ənənəsi” davam edir
Bu gün, 00:51
USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır - ÇÜNKİ...
Bu gün, 00:47
Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? - Beyləqanda ACINACAQLI DURUM
Bu gün, 00:39
Bakı və Moskva arasında böhran - 500 min azərbaycanlının taleyi necə olacaq?
Bu gün, 00:33
Ukraynaya şimaldan təhdidlər və Belarus üçün risklər - AKTUAL
Bu gün, 00:29
Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb
Bu gün, 00:14
Göygöldə 20 illik şirkət bağlanır
Bu gün, 00:05
"Modern Construction Group” MMC-yə çevrilir - SƏHMDARLARI TOPLANIR
Bu gün, 00:02
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Dünən, 23:46
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Dünən, 23:41
“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Dünən, 22:44
Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Dünən, 22:42
İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Dünən, 22:39
Paşinyan Münhenə getdi
Dünən, 22:38
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Dünən, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Dünən, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Dünən, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Dünən, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Dünən, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Dünən, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Dünən, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Dünən, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Dünən, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Dünən, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Dünən, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Dünən, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Dünən, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Dünən, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Dünən, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Dünən, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Dünən, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Dünən, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Dünən, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Dünən, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Dünən, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Dünən, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dünən, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Dünən, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Dünən, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Dünən, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Dünən, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Dünən, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Dünən, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Dünən, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru