Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinə yeni müavin təyin edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, AHİK sədri Sahib Məmmədovun imzaladığı müvafiq əmrlə bu vəzifəyə Abbas Əliyev təyin olunub.
Xatırlatma: A.Əliyev bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müşaviri olub. O, daha əvvəl isə İqtisadiyyat Nazirliyinin mətbuat katibi vəzifəsindən çalışıb.