İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                     'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı .....                     "Şagirdlərdə əlavə stres yaradır..." .....                     Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... .....                     Beyləqanda Şəhid ailəsinin iztirabları... .....                     İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? .....                     "ABB-də bundan da biabırçı hallar var imiş..." .....                     İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... .....                     Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? .....                     Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar .....                     “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər” .....                     Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi .....                     DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? .....                     Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA .....                     "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." .....                     Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı .....                     Daşaltı əməliyyatından 33 il ötür .....                     Metroda SÜNİ QİYMƏT ARTIMI: .....                     “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” .....                     "Musa küsəyəndir, çantası da qapının ağzındadır" .....                     Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək .....                     AZAL-ın sabiq prezidenti yeni məqamları açdı .....                     Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır .....                     “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” .....                     Çin İrəvana "sarı işıq" yandırıb .....                     Vasif Xatirədən incidiyini etiraf etdi .....                     Əli Əhmədov HƏBS OLUNDU .....                     Qonşularımız pisdir, AMMA... .....                     1 milyonluq dələduzluqdan bəraət almışdı .....                     Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... .....                     Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb .....                     USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı .....                     Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş .....                     İran ÖZÜNƏ YIĞIŞMADI .....                     Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... .....                     Paşinyandan Moskvaya qarşı NATO "oyun"u .....                     Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? .....                 

Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Tarix: Dünən, 03:19 | Çap et
Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı?
Bu həftə keçirilən inauqurasiya mərasimindən və ötən ilin noyabrında baş tutan prezident seçkisindən çox əvvəl Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün vasitəçi olacağını vəd etmişdi. Lakin o, üç ildən artıqdır ki davam edən bu müharibəni necə dayandıracağı barədə təfərrüatı demirdi.

Yanvarın 22-də, prezidentliyə başladıqdan iki gün sonra Tramp Rusiyanı danışıqlara cəlb etmək üçün əl atacağı vasitəni açıqlayıb: Moskva müqavimət göstərərsə, ona əlavə sanksiyalar tətbiq etmək.

ABŞ prezidenti "Truth Social" sosial media platformasındakı paylaşımında yazmışdı: "Əgər biz razılaşma əldə etməsək, tezliklə, Rusiyanın ABŞ və digər iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, rüsumlar və sanksiyalar tətbiq etməkdən başqa bir seçimim qalmayacaq".

Trampın keçmişdə Putini tərifləməsi, ABŞ-nin Ukraynaya göndərdiyi yardımlara tənqidi yanaşması və döyüşlərin tez bir zamanda sona çatdırılmasına olan açıq həvəsi Ukrayna tərəfdarları arasında narahatlıq yaradıb. Onlar Trampın bir razılaşma uğrunda Kiyevin maraqlarını qurban verə biləcəyindən və nəticədə Rusiyanı gücləndirə biləcəyindən narahatdırlar.

Lakin bu həftə Tramp sərt danışıb. Onun yanvarın 22-də etdiyi paylaşımı Trampın Rusiya ilə bağlı kəskin şərhlərinin ən sonuncusudur. Daha əvvəl o, müharibənin Rusiyanı məhv etdiyini və Putinin sülh üçün gec olmadan addım atmalı olduğunu irəli sürən bir sıra kəskin açıqlamalar verib.

Kremlin laqeydliyi - "Düşmən bizim qapımızdadır?"
Trampın sərgilədiyi bu ton və məzmun Kiyevi və onu Rusiyaya təzyiq göstərməyə təşviq edən Qərb tərəfdarlarını məmnun salıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa prezident Trampın şərhlərinin "güclü siqnal" göndərdiyini bildirib.

Ancaq Moskva yeni sanksiya təhdidinin təsirli olmayacağı yanaşmasını nümayiş etdirir. Putinin sözçüsü Dmitri Peskov yanvarın 23-də bildirib ki, Kreml Trampın sanksiyalarla bağlı təhdidində "xüsusilə yeni bir element görmür".

Kremlə yaxın televiziya aparıcısı Vladimir Solovyov da eyni şəkildə, lakin daha sərt ifadələrlə məsələni kiçildib və rusiyalılara narahat olmamağı tövsiyə edib. O, "Telegram"da yerləşdirdiyi videoşərhdə belə deyib: "Nə, Rusiya ilə bu cür danışmaq olarmı? Nə, biz müharibəni uduzuruq? Düşmən qapılarımıza qədər gəlib?".

Solovyovun bu şərhi Putinin müharibənin Rusiyanın xeyrinə getdiyinə dair açıq-aydın özünəinamını təkrarlayır.

Lakin bu yanaşmanın altında hər iki məsələyə dair narahatlıqlar gizlənə bilər və bəzi mütəxəssislər Trampın yeni sanksiya təhdidinin bu narahatlıqları daha da gücləndirəcəyini bildirib.

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya və Avrasiya üzrə baş elmi işçisi Naycel Quld-Deyvis AzadlıqRadiosuna verdiyi müsahibədə belə deyib: "Düşünürəm ki, bu, həqiqətən də, Kremli sarsıdacaq".

O bildirib ki, ABŞ prezidenti "demək olar, mümkün olan ilk anda öz mövqeyini ortaya qoyur".

Quld-Deyvis əlavə edib ki, Tramp son şərhlərində müharibəni sona çatdırma məsələsini "Putini güzəştə getməyə məcbur etmək" şəklində qurub: "Bu, Ukraynanı güzəştə getməyə məcbur etmək tonunda deyil".

"Onun üçün bu, mövcudluq məsələsidir"
Yanvarın 23-də "Reuters" "vəziyyətdən xəbərdar" beş mənbəyə istinadən bildirib ki, "Putin Rusiyanın müharibə iqtisadiyyatındakı saxtakarlıq və əyriliklərdən daha çox narahat olmağa başlayıb". Məlumatda Rusiya Mərkəzi Bankının direktorunun keçmiş müavini Oleq Vyuqinin fikrinə istinad edilib. "Rusiyanın, əlbəttə ki, münaqişəyə diplomatik son qoymaq üçün iqtisadi maraqları var", - o deyib.

Artan iqtisadi problemlər "Rusiyanın elitası arasında müharibənin diplomatik həllinin arzuolunan olduğu görüşünü gücləndirib", – "Reuters" anonimlik şərti ilə danışan iki mənbəyə istinadən yazıb.

Bəzi analitiklər isə bu məsələyə şübhəli yanaşırlar. Onların fikrincə, iqtisadi çətinliklər, hətta Ukraynanın işğal olunan 20 faizlik hissəsində qeyri-rəsmi nəzarətə fürsət verən atəşkəs və ya sülh müqaviləsi Putini Ukraynanı zəbt etmə məqsədindən əl çəkməyə vadar etməyəcək.

Karneqi Fondunun Rusiya və Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya X hesabındakı paylaşımında yazıb ki, Rusiya iqtisadiyyatındakı çətinliklərin Moskvanı müharibəni dayandırmağa sövq etməsi inandırıcı deyil: "Biz iqtisadi narahatlıqların Putinin Ukrayna ilə bağlı planlarına təsirini həddindən artıq şişirtməkdən qaçmalıyıq. Fikrimcə, iqtisadi vəziyyətdən asılı olmayaraq, Putin müharibəni Rusiya şərtləri ilə sona çatdırmağa davam edəcək. Onun üçün bu, mövcudluq məsələsidir. O, 'dost Ukrayna' olmadan Rusiyanın uzunmüddətli mövcudluğunun risk altında olduğuna dərindən inanır".

İkinci dərəcəli sanksiyalar və "kölgə donanması"
Skeptiklər Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı hücuma başladığı gündən bəri tətbiq olunan ardıcıl Qərb sanksiyalarının Rusiyanı zəiflətmədiyini vurğulayır. Başqa bir sual isə Bayden administrasiyasının Trampın inauqurasiyasından 10 gün əvvəl tətbiq etdiyi sanksiyalardan sonra daha hansı cəzalandırıcı addımların qalmasıdır. ABŞ rəsmiləri Baydenin son sanksiyalarını Rusiyaya qarşı ən əhəmiyyətli məhdudlaşdırıcı addımlar kimi qiymətləndiriblər.

Naycel Quld-Deyvis güclü potensial sanksiyaların hələ də mövcud olduğunu düşünür.

"Birləşmiş Ştatlar ikinci dərəcəli sanksiyalar kimi unikal və qorxulu bir silaha malikdir", - o deyib. Tədqiqatçı bildirib ki, bu sanksiyalar Rusiyaya deyil, digər ölkələrə və qurumlara yönəldilir. Bunun məqsədi isə həmin ölkələr və ya qurumların Moskvaya müharibəni sürdürməyə kömək edən əməliyyatlar aparmasına mane olmaqdır. Vaşinqton və Qərb həmçinin Rusiyanın "kölgə donanması" üzərində sanksiyaları artıra bilər. Bu, sanksiyalardan yan keçmək və neft gəlirlərini saxlamaq üçün istifadə edilən köhnə və sığortasız gəmilərdir.

Rusiya geniş sanksiyaları və texnologiya qadağalarını Çin, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi üçüncü ölkələrdəki vasitəçilərin köməyi ilə yüngülləşdirə bilib. Yeni Amerika Təhlükəsizlik Mərkəzinin sanksiyalar üzrə mütəxəssisi Reyçel Ziemba bu ölkələrin ikinci dərəcəli sanksiyalara həssas və dayanıqsız ola biləcəyini qeyd edib. Xüsusilə Çin Rusiyaya ikili istifadə texnologiyalarının göndərilməsi və neft alınması sahəsində mühüm rol oynayıb.

"Tramp administrasiyası Rusiyanın hərbi təchizat zəncirlərinə dəstək verən və Rusiyadan neft alan Çin banklarına sanksiya tətbiq etməyə hazırdırmı və bu məsələdə Bayden administrasiyasından daha çox iş görəcəkmi? Bunun nə qədərini ritorika, nə qədərini real addım təşkil edir, bu, hələ açıq sualdır", –o əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20
Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30
DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19
"Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10
Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07
Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04
Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00
“10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46
"Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44
Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37
AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23
“Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20
Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18
Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16
Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10
Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08
1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06
Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04
Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00
USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09
Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06
İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21
Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05
Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32
“Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29
Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27
“Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26
"Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20
“Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51
Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Dünən, 10:36
“Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Dünən, 10:34
Qərbdən gələn təlimatlar mənasızdır - ÇÜNKİ...
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru