İndiki bürokratik şəraitdə Avropa Parlamentinin qətnamələrinin saman qədər dəyəri yoxdur.
“Report”un məlumatına görə, bunu “Gürcü Arzusu”nun icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, “Dərin dövlət”in Avropa İttifaqına və Avropa Parlamentinə təsirinin nə qədər güclü olduğu artıq hər kəsə aydındır, ona görə də qurumun qəbul etdiyi bütün qətnamələrin heç bir nəticəsi yoxdur.
Öz növbəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, ölkəsində radikalizmə, liberal faşizmə son qoyulmalıdır.
“Ölkəmizdə radikalizmə son qoyulmalı, liberal faşizmə son qoyulmalıdır. Bu, ölkənin rəvan inkişafını davam etdirməsi və Gürcüstanın qarşıya qoyduğu bütün milli məqsədlərə nail olması üçün tamamilə vacibdir”, - deyə Baş nazir bildirib.