Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında Qarabağı “artsax” adlandırıb, lakin dərhal səhvini düzəldib.
Globalinfo.az xəbər verir ki, o, qondarma “artsax” sözünü dedikdən sonra nitqində 4-5 dəfə Qarabağ sözünü vurğulayıb. Jurnalistlər ondan niyə bunu etdiyini soruşduğu zaman isə “Belə daha doğrudur. Məncə, Qarabağ ifadəsini işlətmək daha düzgün olar”, – cavabını verib.
Onun işğal müddətdində Ağdama səfər edib narla foto çəkdirdiyi xatırladılıb. Simonyan isə sadəcə yanılırsınız deyib.