"Şikayətim "Citynet"dəndir...." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Elman Paşasoy adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "3-4 gün öncə İPTV-ni ləğv edilməsi üçün müraciət etmişəm. İndi sms gəlib ki, 25+6(iptv) pulunu da ödəməlisiniz.
"Qaynar xətt"lərinə zəng vurmuşam ki, mən niyə tv-nin pulunu ödəməliyəm ki? Cavab verirlər ki, cihazı siz müraciət edən gündən 5 gün ərzində götürməyiblər deyə.
(Bilmirəm mən bunlara kuryerlik də etməliyəm ki?)
Deyirəm ok, onda TV-ni söndürün də ordan, deyir mümkün deyil. Niyə? Qoşanda 1 dəqiqəyə qoşursunuz, söndürəndə Mingəçevirə gedirsiniz. Operator da robotsayaq eyni şeyləri təkrarlayır. Nə vaxt düzələcək bunlar?"