Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yeni siyasi qüvvə - “Ümumerməni Vahid Şurası”nın yaradıldığını bəyan edib. Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib. “Artıq səyləri və insanları yeganə həqiqi məqsəd - milli təhlükəsizliyin təmin edilməsi və dövlətçiliyin qorunması ətrafında birləşdirmək vaxtıdır”, - Karapetyan qeyd edib. Karapetyanın özündən başqa, şuranın iki həmsədri olacaq. Belə ki şuraya Erməni Apostol Kilsəsinin arxiyepiskopu Mikael Acapaxyan və parlamentin keçmiş vitse-spikeri Albert Bazeyan da rəhbərlik edəcək.