“İmişlidə baş verən hadisə doğrudan da faciədir. Düzdür, insanlar etiraz edirdilər, amma artıq vəziyyət normallaşıb”.
Bu sözləri Globalinfo.az-a deputat Razi Nurullayev İmişlidə baş verən yol-nəqıiyyat hadisəsi barədə danışarkən deyib.
O, ölən uşaqların ailəsinə səbr diləyib:
“Düzdür, vəziyyət indi normallaşıb. Sadəcə, göründüyü kimi, baş verənlər çox böyük bir faciədir. Çünki dörd uşaq həyatını itirib, biri ağır vəziyyətdədir. Onların valideynlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, sağ qalana şəfa diləyirəm. Hamısına bir-bir mütləq baş çəkəcəm. Kaş belə olmazdı”.
R.Nurullayev İmişli sakinlərinə səslənib:
“İmişli camaatını sakitçiliyə dəvət edirəm. Təbii ki, hüquq mühafizə orqanları günahkarları aşkara çıxaracaq, məsələ aydınlaşacaq. Amma insanlarımızın da belə bir vəziyyətdə daha sakit olmaları məqbuldur. Hər halda aidiyyəti qurumlar baş verənlərə qiymət verəcək. Bəli, faciə baş verib və bu, olduqca ağırdır. Ona görə insanları da anlayıram. Amma yenə də hər bir kəsi sakitçiliyə və qanunlara əməl etməyə səsləyirəm”.