Yolların qardan təmizlənməsi üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılsa da, Naxçıvanda hələ də köhnə üsullardan istifadə edilir: sovetdən qalma yük maşını və əllərində kürək fəhlələr. Üstəlik, istifadə edilən köhnə maşın dövlətə məxsus deyil, Qıvraq qəsəbə sakininin şəxsi mülkü olaraq kirayə götürülüb.
Qarı təmizləyənlər isə bu işə birbaşa cavabdeh olan "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin əməkdaşları deyil, Kəngərli Rayon Kommunal Müəssisələr Kombinatının işçiləridir.