Əsas Səhifə > Güney Press > Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı

Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı


Dünən, 15:29
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yeni siyasi qüvvə - “Ümumerməni Vahid Şurası”nın yaradıldığını bəyan edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.
“Artıq səyləri və insanları yeganə həqiqi məqsəd - milli təhlükəsizliyin təmin edilməsi və dövlətçiliyin qorunması ətrafında birləşdirmək vaxtıdır”, - Karapetyan qeyd edib.
Karapetyanın özündən başqa, şuranın iki həmsədri olacaq. Belə ki şuraya Erməni Apostol Kilsəsinin arxiyepiskopu Mikael Acapaxyan və parlamentin keçmiş vitse-spikeri Albert Bazeyan da rəhbərlik edəcək.

Geri qayıt