"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. “Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - deyə Prezident əlavə edib. Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi açıqlamasına münasibət bildirən zaman deyib ki, İrəvan regionda nəqliyyat əlaqələrinin bərpasını dəstəkləyir: “Bizim layihəmiz bölgədə bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. "Ermənistan ərazisindən" keçməklə dəmir yolunun tikilməsi Azərbaycana təklif olunub. Bizim üçün məsələnin konkret həlli bu layihədir və Bakıdan müsbət cavab gözləyirik". Zəngəzur dəhlizi ilə bağlı "Sherg.az"ın budəfəki müsahibi politoloq Zərdüşt Əlizadədir. Suallarımızı cavablandıran siyasi şərhçi Yəni nəqliyyat yollarının bərpası üçün əsas şərtin erməni tərəfinin sovet dövründə mövcud olan Mehri yolunun açılmasını təmin etməsi olduğunu deyib.
- Salam Zərdüşt bəy, Zəngəzur dəhlizi ilə bağlı İlham Əliyev və Nikol Paşinyan tərəfindən verilən açıqlamalarla bağlı nə düşünürsünüz? - Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib ki, Mehri yolu açılmayınca, Ermənistanla Azərbaycan arasında heç bir dəmiryolu xətti və ya şose yolu fəaliyyətə başlamayacaq. Əgər Bakı-İrəvan əlaqələri normallaşarsa, ikinci bir dəmir yolunun istifadəyə verilməsi də mümkündür. Beləliklə, regionun nəqliyyat infrastrukturu genişlənəcək və yeni yolların açılması iqtisadi inkişaf üçün əlverişli şərait yaradacaq. Hazırda Ermənistanı xarici dünyaya bağlayan yeganə dəmir yolu İrəvan-Tiflis xəttidir. Digər bir marşrut isə Rusiyaya doğru uzanır. Bu baxımdan, Mehri dəmir yolunun açılması Ermənistan üçün də böyük əhəmiyyət daşıyır. Nəqliyyat layihələri tam şəkildə həyata keçirilərsə, bölgədə iqtisadi əlaqələr genişlənəcək və təhlükəsizlik məsələlərində hər hansı problem yaşanmayacaq. Mehri yolunun istifadəsi məsələsi Bakı-İrəvan tərəfindən beynəlxalq təcrübələrə uyğun şəkildə müzakirə olunub. Burada əsas mübahisə, Azərbaycan tərəfinin qatarların ciddi yoxlanılmasına qarşı olması, erməni tərəfinin isə bunu öz suveren hüququ kimi görməsi ilə bağlıdır. Əgər Avropa Birliyinin standartlarını əsas götürsək, onların tələblərinin məntiqsiz olduğunu görərik. Çünki Mehri dəmir yolu cəmi 44 kilometr məsafədədir və həmin məsafə Bakı-Şamaxı yolunun yarısından da azdır. Buna görə qatarların tez-tez dayandırılması, sərnişinlərin detallı yoxlanılması yersizdir.
- Rəsmi Bakı Ermənistanın "Naxçıvana dəmir yolu" layihəsi ilə razılaşacaq? - Əlbəttə. Qarşılıqlı maraqlar nəzərə alınaraq, məsələnin ortaq məxrəcə gəlməsi mümkündür. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı qəti şəkildə etiraz mövqeyi sərgiləmir. Rəsmi Bakı qeyd edir ki, Ermənistan uzun illərdir beynəlxalq arenalarda nəqliyyat blokadasında olduğunu bildirir. İndi isə bizim təşəbbüsümüzlə bu blokadadan çıxmaq üçün yol çəkilir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistan təsdiqləyib ki, Azərbaycandan Naxçıvana dəmir yolu çəkiləcək. Sovet dövründə də belə kommunikasiya xətti olub. Yenidən bütün Cənubi Qafqazda dəmiryolu xəttinin bərpasının nəyi pisdir ki? Sadəcə olaraq dörd ildir Ermənistan məsələni "acı bağırsaq" kimi uzadır.
- Bəzi erməni politoloqlar Zəngəzur dəhlizi məsələsini milli təhlükəsizlik məsələsi hesab edirlər. Sizcə onlar bu məsələdə haqlıdırlar? - Təbii ki, xeyr. Dəmiryolunun milli təhlükəsizlik məsələsi ilə nə əlaqəsi var? Rusiyanın Kalininqrad vilayətinə Belarus və Litva ərazisindən keçərək qatar gedir. Burda nə problem var ki?
- Bəzi analitiklərimiz Paşinyanın “Sülhün kəsişməsi” layihəsinin Bakının maraqlarına cavab vermədiyini, Qərbdə hazırlandığını vurğulayıb. O ekspertlərin fikirləri haqqında nələr demək istəyərdiniz? - Boş söhbətdir. Həmişəki ənənəvi yoldur da. Hələ bəzi ekspertlər səfehcəsinə deyirlərki, müharibə olacaq, Zəngəzur geri alınacaq. Azərbaycan xalqının nəyinə lazımdır yenidən müharibə? Yoldur, çəkiləcək, Naxçıvanla Azərbaycan arasında kommunikasiya xətti də yaradılacaq. İnşallah bu baş versə, əhd eləmişəm İrəvana gedəcəm. Mən sovet vaxtı 2 dəfə Ermənistanda olmuşam. Orada bir neçə ləyaqətli erməni dostum var. Onlar son 30 ildir ki, Azərbaycanla Ermənistan arasında sülh naminə çalışırlar. Lakin erməni cəmiyyəti onları qəbul etmədi, təhqir etdi, döydü və xain adlandırdı. Buna baxmayaraq, həmin şəxslər israrla bildirirdilər ki, Azərbaycanla Ermənistan müttəfiq olmalıdır. Çünki biz xəritədə qonşuyuq və dostluğa, əməkdaşlığa məhkumuq. Təəssüf ki, xəstə erməni millətçiləri onlara çox əzab verdi.
- Zəngəzur dəhlizi məsələsi həllə qovuşarsa, bunun sülh proseslərinə təsiri necə olacaq? - Hesab edirəm ki, yaxın bir neçə ay ərzində Azərbaycan və Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələcək. Hazırda bəzi daxili səbəblərdən Paşinyan müəyyən qədər "naz edir". Lakin Ermənistanda parlament seçkiləri yaxınlaşır və Paşinyan seçkilərdə uğur qazanmaq üçün seçicilərə müəyyən vədlər verməlidir. Paşinyan hakimiyyəti dövründə Qarabağın itirilməsi ilə bağlı kəskin ittihamlarla üzləşib. Buna görə də o, seçicilərinə müsbət mesajlar verməyə çalışır. İndi düşünək, bu mesajlar nə ola bilər? Münaqişənin başa çatdığını, ölkədə əmin-amanlığın hökm sürdüyünü, Ermənistanın qonşuları ilə yaxşı münasibətlər qurduğunu və müharibə təhlükəsinin olmadığını qeyd edərək seçiciləri inandırmağa çalışacaq. Bu, onun uğur qazanması üçün yeganə şansdır. Əgər Mehri yolu açılsa, Ermənistanın qonşuları ilə sərhədləri də açılacaq, münasibətlər normallaşacaq. Bununla Paşinyan Ermənistan xalqına "mən sizə sülh gətirdim" mesajını çatdıracaq. Bu, həm də onun üçün böyük siyasi qələbə olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59 |
|
|
|
• “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55 |
|
|
|
• Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46 |
|
|
|
• Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• “Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36 |
|
|
|
• Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29 |
|
|
|
• İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24 |
|
|
|
• Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12 |
|
|
|
• Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55 |
|
|
|
• Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46 |
|
|
|
• Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41 |
|
|
|
• 20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30 |
|
|
|
• "Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06 |
|
|
|
• Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04 |
|
|
|
• MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01 |
|
|
|
• Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51 |
|
|
|
• Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49 |
|
|
|
• Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44 |
|
|
|
• Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40 |
|
|
|
• Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32 |
|
|
|
• Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25 |
|
|
|
• "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22 |
|
|
|
• Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15 |
|
|
|
• Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13 |
|
|
|
• Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10 |
|
|
|
• Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08 |
|
|
|
• İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06 |
|
|
|
• Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02 |
|
|
|
• "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00 |
|
|
|
• "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45 |
|
|
|
• 'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31 |
|
|
|
• Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23 |
|
|
|
• Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11 |
|
|
|
• "Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59 |
|
|
|
• Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55 |
|
|
|
• “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53 |
|
|
|
• Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51 |
|
|
|
• ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49 |
|
|
|
• Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47 |
|
|
|
• Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40 |
|
|
|
• Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31 |
|
|
|
• "Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29 |
|
|
|
|