Gədəbəy İcra Hakimiyyətinin tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, söhbət rayonun Səməd bəy Mehmandarov küçəsinin və Heydər Əliyev prospektində bort daşları ilə mövcud asfalt örtüyü arasında olan boşluğun asfaltlaşdırılmasından gedir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, bu məqsədlə 138.828,18 manat vəsait ayrılıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iştirakçı sayının az olması səbəbindən tenderin keçirilməsinə dayandırıb.