Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev vəfat edib.
Axşam.az-ın məlumatına görə, həyat yoldaşı, memar Nigar seyid onunla bağlı paylaşım edib.
O, Azərlə olan fotolarını yayımlayaraq "Necə qucaqlayaram indicə yanımda olsa, olsa... Gözümü bağlasalar onu mən taparam harada olsa. Gedəcəyəm yanına, könlümüz açılsın deyə. İndi küçədəyəm, gedəcəyəm. Deyəcəyəm, ona mən şirin sözlər üzü gülsün deyə. Yanağından tutub öpəcəyəm" şeirini yazıb.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.