Müəllimlərin də maaşı artırılacaq? .....                     Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək .....                     “Deyirlər ki, get, hara istəyirsən şikayət et” .....                     Tramp Kopenhagendən də cavab aldı .....                     Həbs edilən diplomatdan nə xəbər? .....                     Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var .....                     Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi .....                     SOCAR İnsan Resursları Portalında NONSENS!!! .....                     "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" .....                     Müğənnilərin sayı NİYƏ ARTIB? .....                     “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, .....                     Neft qiymətləri bahalaşır .....                     Yaxşı olar ki, Tehran odla oynamasın .....                     "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." .....                     Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi .....                     Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... .....                     ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... .....                     Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? .....                     Burda elə işlər çevrilir ki... .....                     "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" .....                     Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib .....                     Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU .....                     Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı .....                     Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? .....                     Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir .....                     Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır .....                     Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə .....                     Makron ona görə qəzəblidir ki... .....                     Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq .....                     Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... .....                     Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi .....                     İrəvan sülhdən daha çox zamana oynayır .....                     "Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" .....                     Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... .....                     Bakı-Kazan-Bakı aviareysi ləğv edilib .....                     Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi? .....                     "Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." .....                     Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün .....                     Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? .....                 

Bakı və İrəvan razılığa gələ bilər, amma... – “Qaranlıq” sülh perspektivi
Tarix: Dünən, 10:27 | Çap et
Bakı və İrəvan razılığa gələ bilər, amma...
Ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mediasına müsahibəsində Azərbaycan-Ermənistan sülh sazişi barədə danışarkən bildirmişdi ki, rəsmi Bakının şərtləri İrəvan tərəfindən yerinə yetirildikdən sonra müqavilənin bağlanmasına əngəl qalmayacaq.

Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddənin ləğvindən, Minsk Qrupunun de-yure ləğvi üçün ATƏT-ə birgə müraciətdən gedir. Eyni zamanda, ölkə başçısı tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmasının vacib olduğunu diqqətə çatdırmışdı.

Azərbaycan liderinin müsahibəsində səsləndirdiyi fikirlərə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən cavab verilib. Qarşılıqlı şəkildə beynəlxalq iddialardan çəkilməyin İrəvan üçün məqbul olduğunu desə də, digər prinsipial məsələlərdə Ermənistan rəhbərliyinin mövqeyi aydın deyil.

Siyasi strateqlər hesab edirlər ki, tərəflərin sülh istiqamətində yaxınlaşması hiss olunur ki, bu, 2025-ci ildə sazişin imzalanması ehtimalını artırır.

Ermənistanın hazırkı mövqeyi və 2025-ci ildəki gözləntilərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan Baş nazirinin Azərbaycan Prezidentinin Rusiya mediasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə cavabı özünümüdafiə-özünübəraət xarakterli idi:

- Çünki Bakı-İrəvan sülh sazişi mətninin 17 maddədən ibarət olduğunu, razılaşdırılan və razılaşdırılmayan maddələrin olduğunu Ermənistan rəhbərliyi açıqlsa da, detalları gizli saxlayırdılar. Ermənistan ictimaiyyəti bu məsələ üzərində ciddi müzakirələr aparırdı və müxtəlif versiyalar, iddialar, hakimiyyətə qarşı ittihamlar irəli sürülürdü. İlk dəfə Prezident İlham Əliyev razılaşdırılmayan maddələrin, eləcə də Bakının şərtlərinin nədən ibarət olduğunu detallı şəkildə açıqladı. Paşinyan üçün arzuolunmaz vəziyyətin yarandığı görünürdü. Çünki Ermənistan cəmiyyəti detalları ondan yox, Əliyevdən öyrənirdi və bu, ona qarşı əlavə ittihamlara yol açdı. Bu baxımdan, erməni Baş nazir tələsik şəkildə müsahibə verərək, kontr-cavablarını təqdim etdi və onun səsləndirdiyi fikirlərin həm də ictimai rəyə hesablandığını nəzərə almaq lazımdır. Bu baxımdan, Paşinyanın dedikləri ilə danışıqlardakı mövqeyi arasında müəyyən fərqlərin ola biləcəyi istisna edilməməlidir. Əliyevin detalları açıqlaması isə Bakının diplomatik hücumu və rəsmi İrəvana şərtlər qəbul edilməyəcəyi təqdirdə yarana biləcək situasiyanı göstərmək mesajı olduğunu da hesab etmək olar.

- Minsk Qrupunun rəsmən ləğvi ilə ATƏT-ə İrəvanla Bakının birgə müraciəti yaxınlarda mümkündürmü?

- Paşinyanın açıqlamasından belə görünür ki, rəsmi İrəvan Minsk Qrupunun de-yure mövcudluğunun ləğv edilməsini danışıqlarda kartlardan biri kimi istifadə etməyə çalışır. Ermənistan da anlayır ki, münaqişənin həllindən sonra de-fakto mövcud olmayan bu qrupu de-yure saxlamaq mümkün deyil. Fikrimcə, Qrupun ləğvi ilə bağlı birgə müraciətə Bakıdan nəsə almaq qarşılığında razılaşmaq istəyirlər. Erməni Baş nazir Minsk Qrupunun ləğvi məsələsinə cavabında Qərbi Azərbaycan məsələsinə toxundu. Bu o deməkdir ki, İrəvan Bakının Qərbi Azərbaycan konsepsiyasından imtina etməsi qarşılığında Minsk Qrupundan imtinaya razıdır. Və həm də o deməkdir ki, deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnu Ermənistana qarşı “ərazi iddiası” olduğunu iddia edən İrəvan Minsk Qrupunun de-yure mövcudluğunu Azərbaycana qarşı ərazi iddiası kimi saxlamaqda maraqlıdır. Ermənistan rəhbərliyi “barter” istəyir: Bakı Qərbi Azərbaycan məsələsindən imtina etməli, İrəvan da Minsk Qrupunun de-yure mövcudluğundan.

- Bakı buna razılaşacaqmı?

- Güman etmirəm ki, razılaşacaq. Yəni məsələnin yaxın dövrdə həllini tapacağı çətin görünür. Çünki Bakı azərbaycanlıların qayıdış hüququndan imtina etməyəcək. Bu, beynəlxalq hüquqa əsaslanan məsələdir və heç də Paşinyanın dediyi kimi ərazi iddiasına əsaslanmır. Onu da nəzərə almaq lazımdır ki, Minsk Qrupunun de-yure ləğvində maraqlı olmayan tərəflər var. Xüsusilə, Fransa bölgədəki planlarında bu məsələdən gələcəkdə istifadə etmək niyyətindədir. Ermənistan bu məsələdə addım atarkən, müttəfiqi hesab etdiyi Fransanın da mövqeyini nəzərə almalıdır.

- Avropa müşahidə missiyası ilə bağlı Paşinyanın dediklərini necə şərh etmək olar?

- Paşinyan üçüncü ölkələrin qüvvələrin, yəni Avropa İttifaqının müşahidə missiyasının sərhəddən çıxarılmasını demarkasiya prosesi ilə eyniləşdirir və bununla Bakının şərtinə qarşı şərt irəli sürmüş olur. Erməni Baş nazir bildirir ki, “sərhədin demarkasiya olunmuş hissələrində üçüncü ölkələrin qüvvələrin yerləşdirilməməsi ilə bağlı Bakıya təklif göndəriblər”. Yəni Ermənistan Azərbaycana bildirir ki, üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasını istəyirsinizsə, demarkasiya prosesini başa çatdırmalıyıq. Bu iki məqsədə xidmət edir. Birincisi, sərhədin demarkasiyasının İrəvanın istədiyi şərtlərə, yəni SSRİ dağılanda mövcud xətlər üzrə aparılmasını təmin etməkdir. Belə olan halda SSRİ dövründə ermənilərə verilən ərazilərimiz üzərində Ermənistanın legitimliyi qəbul edilir, eyni zamanda, Azərbaycan Ordusunun çıxdığı strateji yüksəkliklərdən geri çəkilməsi – məsələn, 2022-ci ilin sentyabr döyüşlərində İstisu istiqamətində nəzarətin bərpa edildiyi yüksəkliklər – aktuallaşır.

İkincisi, demarkasiya uzunmüddətli prosesdir və İrəvan Aİ müşahidəçilərinin çıxarılmasını bu mövzuya calaq etməklə əslində qalmaq müddətinin uzadılmasına bəhanə yaradır. Paşinyanın faktiki olaraq, üçüncü ölkələrin çıxarılmasında Bakı üçün məqbul olmayan şərt irəli sürür. Əslində Aİ müşahidəçilərinin Ermənistanda qalmasında həm Brüssel, həm İrəvan maraqlıdır və bu ilin fevral ayında missiyanın müddəti başa çatır. Lakin Ermənistan onların qalması üçün variantlar axtarışındadır, irəli sürdükləri şərt də belə variantlardan biridir.

- Prezident İrəvana silahlanmanı dayandırmaqla bağlı xəbərdarlıq etdi. Sizcə, Ermənistan Əliyevin çağırışından və xəbərdarlığından sonra silahlanmanı dayandıra bilərmi?

- Ermənistanın silahlanmanı dayandırmayacağı, əksinə, daha da genişləndirəcəyi aydın görünür. Ermənistanın müdafiə naziri Suren Papikyanın son səfərlərinə - ABŞ-dan tutmuş Fransaya, hətta Cənubi Koreyaya qədər uzanan coğrafiyasında silah axtarışı da bunu deməyə əsas verir. Cənubi Qafqazda maraqlı olan ölkələr – Fransa, Hindistan və digərləri də Ermənistanın silahla təchiz edilməsinə çalışır. Bu baxımdan, silah məsələsində İrəvanın geri addım atacağını demək çətindir.

- Tərəflərin bəyanatları fonunda 2025-ci ildə sülh sazişi perspektivini nə qədərdir?

- 2025-ci ildə fors-major situasiya yaşanmasa - məsələn, Ermənistanı dəstəkləyən oyunçular bölgədən tamamilə çıxması kimi hal yaşana bilər ki, bu da çətin görünür - sülh sazişinin imzalanması perspektivləri yenə qaranlıqdır. Tərəflər arasında ziddiyyətli məsələlər var, verilən bəyanatlar da həll yollarının mürəkkəb olduğunu göstərir. Lakin ABŞ-da yeni seçilən Prezident Donald Trampın fəaliyyətə başlamasından sonra sülh danışıqlarının intensivləşə biləcəyi daha realdır. Prezident İlham Əliyev bildirdi ki, razılaşdırılmayan məsələlərlə bağlı razılığa gəlmək imkanı var. Mümkündür ki, tərəflər 17 maddəlik mətn üzərində sülh sazişinə dair niyyət protokolu, yaxud çərçivə sazişi kimi sənəd imzalasın. Bu, daha çox tərəfələrin sülhə sadiq olduğuna aid sənəd ola bilər və digər məsələlərin müzakirəsinə davam etsin. Lakin yekun sülh sazişinin imzalanması gözləntisi azdır. Proseslərin inkişafı 2025-ci il Cənubi Qafqaz uğrunda mübarizənin kəskinləşməsi istiqamətində ola bilər və Tramp administrasiyasının regionla bağlı siyasəti bu proseslərdə əsas həlledici amillərdən biri olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12
Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09
“Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07
Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02
Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52
Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49
Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41
SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40
"Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30
Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21
Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20
Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15
"Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12
Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06
Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03
ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00
Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53
Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50
"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bu gün, 10:45
Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU YAYILDI
Bu gün, 10:40
Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Bu gün, 10:37
Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 10:35
Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir - MƏQALƏ
Bu gün, 10:26
Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 10:23
Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə - Çətin durumla üzləşdilər
Bu gün, 10:13
Makron ona görə qəzəblidir ki... - İNCƏLƏMƏ
Bu gün, 10:11
Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq - Erməni politoloq
Bu gün, 10:10
Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Bu gün, 10:09
Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır
Bu gün, 10:04
İrəvan sülhdən daha çox zamana oynayır - FAKT BUDUR!
Bu gün, 09:59
"Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" - DİQQƏT!
Bu gün, 09:58
Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:56
Bakı-Kazan-Bakı aviareysi ləğv edilib
Bu gün, 09:54
Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi? - AKTUAL
Bu gün, 09:41
"Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." - Ekspert danışır...
Bu gün, 09:33
Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... - NƏ ETMƏLİ?
Bu gün, 09:29
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır
Bu gün, 09:28
Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...
Bu gün, 09:26
İran 120 minlik ordu ilə kimə meydan oxuyur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
“Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:18
Burda körpələrin həyatı təhlükədədir - VİDEOFAKT
Bu gün, 09:11
Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı QƏRAR VERDİ
Bu gün, 09:03
Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb?
Bu gün, 09:01
İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? - Ermənistanda yaranan panikanın DETALLARI
Bu gün, 09:00
MB-dəki islahatlar NƏYƏ HESABLANIB? - ŞƏRH
Bu gün, 08:58
Sabiq məmurun oğlu ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 08:57
İran sərhədimizə qoşun yığmağa BAŞLADI: Tehran NƏYƏ HAZIRLAŞIR? - Görünəni odur ki...
Bu gün, 08:56
Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? – Sabiq nazir mühüm məqamları açdı
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru