Laçın istiqamətindəki erməni təxribatının ŞOK SƏBƏBİ: - 5-ci kolon...
Ermənistan rəhbərliyi 2024-cü ilin sonlarında tez-tələsik yarımçıq sülh müqaviləsini imzalamağa çalışırdı, amma bəlli səbəblərdən bu baş tutmadı. Sonrakı davranışlar və Ermənistanın silahlanması, revanşçı ritorikanın artması, üstəlik, ötən gün Laçın istiqamətindən atəşkəsin pozulması “sülhə hazırıq” bəyanatlarının sadəcə oyun olduğunu bir daha təsdiqlədi. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə aktual mövzuların dəyərləndirilməsindən bəhs edən söhbətimizə əvvəlcə İrəvanın yalançı sülhpərvərvərliyindən başladıq.
- Elxan bəy, ötən il ziddiyyətli davranışları ilə gündəmdə qalmağa çalışan, Azərbaycanla sülhü uzadan Nikol Paşinyan hakimiyyəti 2025-ci ildə hansı sürprizlər hazırlaya bilər, sizcə?
- Fikrimcə, baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması zərurətini anlayır. Ancaq Paşinyan onu da anlamalıdır ki, əgər bu il ərzində o, Ermənistan Konstitusiyasında zəruri dəyişiklik edib, Azərbaycanla sülh sazişi imzalamasa, bu, növbəti illərdə bölgədə gərginliyin artmasına səbəb olacaq və o, yenə məğlub duruma düşəcək. Keçmişdə Ermənistan hakimiyyəti Rusiyanın vassalı və rusiyalı siyasətçilərin təbirincə desək, forpostu idisə, bu gün İrəvan daha çox Paris və Vaşinqtondan asılı vəziyyətə düşüb. Vaşinqton və Parisin əsas məqsədi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır. Buna etiraz etmirik, bəlkə də bölgə üçün xeyri də var. Ancaq bunun əvəzinə Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa imkan verməmək təxribatçı siyasətdir. Paşinyan özündə cəsarət tapıb Azərbaycanla sülh sazişinin imzalanması yolunda maneələri aşmalıdır. Bundan sonra Ermənistan Türkiyə ilə də münasibətləri normallaşdıracaq, sərhədlər açılacaq, diplomatik əlaqələr qurulacaq, ticarət başlayacaq və nəqliyyat layihələrinə qoşula biləcək. Ermənistan müxalifəti o qədər güclü deyil ki, Nikol Paşinyana mane olsun. Paşinyan bu şansdan istifadə etməsə, vəziyyəti onun ölkəsi üçün mürəkkəbləşəcək.
- Eyni vaxtda İran və Rusiyadan Azərbaycana qarşı iftiraların başlaması nədən xəbər verir? Moskva və Tehran nədən narahatdır?
- Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiyanın mövqeyini sərt tənqid etməsi Kremlə tutarlı cavab idi. İlham Əliyev Rusiya hakimiyyətinin 3 gün səssiz qalmasından və təyyarənin “qəzaya uğramasını təbii səbəblərlə” əlaqələndirməsindən narazılığını ortaya qoydu. Dövlət başçısı Rusiyanın izi itirməyə çalışdığına dair konkret suallar səsləndirdi. İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Rusiya rəsmi strukturlarını sərt təndiq etdi. Bu, o deməkdir ki, Kreml sahibinin telefonda səsləndirdiyi üzrü yarımçıq olub. Çünki Putin Rusiyanın cavabdeh olduğunu etiraf etməyib. İlham Əliyev isə müsahibəsində Rusiyanın üzrxahlığından sonra etiraf və kompensasiyanın ödənilməsinin vacibliyini bildirib. Rusiyanın siyasi və ekspert dairlərində etiraf və kompensasiya mövzularında müzakirə getmir, İlham Əliyevin açıqlamalarını görməzlikdən gəlməyə çalışırlar. Kreml icazə vermir. Əksinə, Kremlin nəzarətindəki televiziya kanalları və Z-blogerlər baş verən hadisəyə görə nəyəsə görə Ukraynanı günahkar sayırlar, guya Ukrayna dronları qəsdən sərnişin təyyarəsinin uçuşuna mane olublar. Bunun özü də cinayətin izini itirməsinə və cavabdehlikdən boyun qaçırmağa yönəlik təşəbbüslərdir. Putin anlamamış deyil ki, İlham Əliyevin təyyarə qəzası ilə bağlı haqlı tələbləri yerinə yetirilməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. Ancaq Putin Əliyevin tələblərini yerinə yetirsə belə, “vurulan təyyarənin niyə Qroznı yaxınlığındakı hava limanlarından birinə enməsinə icazə verilməyib” - sualı heç zaman gündəmdən düşməyəcək. Kremlin “pilotlar özləri Aktau istiqamətini seçiblər” versiyasını səsləndirməkdə davam etməsi Azərbaycanda və beynəlxalq aləmdə qəbul edilməyəcək. İran da Azərbaycana münasibətdə Rusiyadan “geri qalmır”. İlin ilk günü İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə çağırılması iki ölkə arasındakı münasibətlərin xarakterindən irəli gəlir. Azərbaycan Xarici İşlər Nazirliyində görüş zamanı iranlı diplomatın diqqətinə çatdırılıb ki, ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib. Buna görə İran tərəfinə sərt etiraz bildirilib. XİN bəyanatında İran tərəfə başqa ciddi irad da çatdırılıb. Son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsi qızışdırılır. İranın mühafizəkar və dini dairələri düşdükləri ağır regional vəziyyətə baxmayaraq, anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər. İran prezidenti və Xarici İşlər Nazirliyi qonşu Azərbaycanla normal tərəfdaşlıq münasibətləri istəyirsə, SEPAH generallarını və din xadimlərini açıqlamalarında diqqətli olmağa çağırmalıdırlar, bunu etməyəcəkləri halda iki ölkə arasındakı münasibətlərdə müsbətə doğru irəliləyiş olmayacaq.
- Bildirmişdiniz ki, İranın Azərbaycandakı müvəqqəti işlər vəkilindən sonra Rusiya səfirinin də Xarici İşlər Nazirliyinə çağırılmasına da ehtiyac yaranacaq...
- Bəli. Məsələ burasındadır ki, İrandakı rəsmi dairələrə bağlı qruplar kimi Rusiya hakimiyyətinə bağlı Z-blogerlər də (Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyənlər) Azərbaycan və dövlət başçısı İlham Əliyev əleyhinə qara təbliğata başlayıblar. Kreml İlham Əliyevin Rusiyadan kompensasiya və təyyarənin vurulmasına görə cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirmək əvəzinə Azərbaycanı hədəf seçən Z-blogerləri “irəli” çəkiblər. “Azərbaycan Ukraynaya dəstək verir”, “Təyyarənin vurulmasına görə Ukrayna günahkardır”, “İkinci Qarabağ müharibəsi zamanı rusiyalı sülhməramlılara atəş açılmışdı” kimi həqiqəti əks etdirməyən bəhanələr gətirirlər. Məqsəd əsas mövzudan yayınmaqdır. İranda Azərbaycanı hədəf seçənlər hakimiyyətin mühafizəkar qruplarına aid olduğu kimi, Rusiyadakı Z-blogerlər də Moskvada informasiya siyasətini müəyyənləşdirən rəsmi strukturlara aiddir.
- Prezident Yeni il təbrikində Ermənistanın təxribatlarından bəhs edərkən bildirdi ki, bu hərəkətləri sadəcə müşahidə etməyəcəyik. Bu xəbərdarlığı necə izah etmək olar?
- Bunun mənası odur ki, Ermənistan silahlanmanı dayandırmasa, bu, bölgədə yeni müharibəyə səbəb olacaq. Ermənistanın uzaqmənzilli raketlər alması Azərbaycanın şəhərlərini hədəf götürməsi anlamı daşıyır. Elə ola bilər ki, Azərbaycan həmin uzaqmənzilli raketlərin yerləşdiyi yerlərə zərbələr endirə bilər. Biz gözləyə bilmərik ki, Ermənistan həmin raketlərdən nə zaman Azərbaycana qarşı istifadə edəcək. Əgər Ermənistan zərbə almaq istəmirsə, uzaqmənzilli raketlərin alınmasından imtina etməli və Azərbaycanla sülh sazişi imzalamalıdır.
- Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılacağını anlasa da, prosesi gecikdirir. Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinəmi ümid edir? Əks təqdirdə, kimə arxayındır?
- Zəngəzur dəhlizi gec və ya tez açılacaq. Tez açılsa, bu Ermənistanın da xeyrinədir. Azərbaycan onsuz da hazırda Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edir. Orta dəhliz bu yol üzərindən yüklərini daşıyır. Söhbət Zəngəzur dəhlizinə nəzarət uğrundadır. Rusiyanın dəhlizə nəzarət etməsi Ermənistanla yanaşı, Azərbaycanın da maraqlarına ziddir. Belə çıxacaq ki, Rusiya özünə alternativ olan dəhlizə nəzarət edəcək. Eyni zamanda Ermənistan hökuməti Azərbaycan vətəndaşlarının yoxlamasını həyata keçirmədən varianta üstünlük verməlidir. Bu istiqamətdə müəyyən irəliləyiş mümkündür. Dünya təcrübəsində də var ki, fiziki təmas olmadan elektron vasitələrlə yoxlama həyata keçirmək olar.
- Təyyarəmizin vurulmasına görə üzr istəyən Rusiyadan bundan sonra hansı addımları gözləyirsiz? Miqrant azərbaycanlılar və digər məsələlərlə bağlı təzyiq dalğası, yoxsa Azərbaycanın tələblərinə sonadək əməl olunmasını?
- Rusiya bir tərəfdən Ukraynaya qarşı işğalçı müharibə aparır və bu müharibədə hər gün minlərlə vətəndaşını itirir, bu isə zəruri işçi qüvvəyə tələbatı artırır, o biri tərəfdən ağır işlərdə çalışan miqrantların sayını azaltmağa qərar verib. Bu, Rusiyanın daxili işidir. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu ölkənin vətəndaşıdır, deportasiya təhlükəsinin onlara aidiyyəti yoxdur. Buna baxmayaraq, sənədləri qaydasında olmayan azərbaycanlıları Rusiyadan deportasiya edə bilərlər. Buna hazır olmalıyıq. Çıxış yolu kimi deportasiya oluna biləcək soydaşlarımızın yüksək maaşla Qarabağdakı tikinti işlərinə cəlb edilməsidir.
- Laçın istiqamətində Ermənistanın atəşkəsi pozmasında məqsəd nə ola bilər?
- Laçın istiqamətindəki təxribat Ermənistan ordusu içərisindəki “5-ci kolon”un işi ola bilər.
- Təxribatların geniş miqyas alması mümkündürmü?
- Nikol Paşinyan bu təxribatların qarşısını almasa, Azərbaycan bunun cavabını artıqlaması ilə verəcək və bu, Ermənistanı daha ağır vəziyyətə sürükləyəcək.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib - “Tasnim”
Bu gün, 12:21 |
|
|
|
• Fransa əgər bizimlə dil tapmaq istəyirsə... - Makron buyurub BAKIYA GƏLƏ BİLƏR...
Bu gün, 12:19 |
|
|
|
• Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12 |
|
|
|
• Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09 |
|
|
|
• “Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02 |
|
|
|
• Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52 |
|
|
|
• Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49 |
|
|
|
• Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41 |
|
|
|
• SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40 |
|
|
|
• "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30 |
|
|
|
• Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28 |
|
|
|
• “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21 |
|
|
|
• Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20 |
|
|
|
• Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15 |
|
|
|
• "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12 |
|
|
|
• Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06 |
|
|
|
• Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03 |
|
|
|
• ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00 |
|
|
|
• Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53 |
|
|
|
• Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50 |
|
|
|
• "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47 |
|
|
|
• Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bu gün, 10:45 |
|
|
|
• Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU YAYILDI
Bu gün, 10:40 |
|
|
|
• Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Bu gün, 10:37 |
|
|
|
• Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 10:35 |
|
|
|
• Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir - MƏQALƏ
Bu gün, 10:26 |
|
|
|
• Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 10:23 |
|
|
|
• Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə - Çətin durumla üzləşdilər
Bu gün, 10:13 |
|
|
|
• Makron ona görə qəzəblidir ki... - İNCƏLƏMƏ
Bu gün, 10:11 |
|
|
|
• Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq - Erməni politoloq
Bu gün, 10:10 |
|
|
|
• Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Bu gün, 10:09 |
|
|
|
• Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır
Bu gün, 10:04 |
|
|
|
• İrəvan sülhdən daha çox zamana oynayır - FAKT BUDUR!
Bu gün, 09:59 |
|
|
|
• "Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" - DİQQƏT!
Bu gün, 09:58 |
|
|
|
• Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:56 |
|
|
|
• Bakı-Kazan-Bakı aviareysi ləğv edilib
Bu gün, 09:54 |
|
|
|
• Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• "Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." - Ekspert danışır...
Bu gün, 09:33 |
|
|
|
• Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... - NƏ ETMƏLİ?
Bu gün, 09:29 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır
Bu gün, 09:28 |
|
|
|
• Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...
Bu gün, 09:26 |
|
|
|
• İran 120 minlik ordu ilə kimə meydan oxuyur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22 |
|
|
|
• “Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:18 |
|
|
|
• Burda körpələrin həyatı təhlükədədir - VİDEOFAKT
Bu gün, 09:11 |
|
|
|
• Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı QƏRAR VERDİ
Bu gün, 09:03 |
|
|
|
• Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb?
Bu gün, 09:01 |
|
|
|
• İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? - Ermənistanda yaranan panikanın DETALLARI
Bu gün, 09:00 |
|
|
|
• MB-dəki islahatlar NƏYƏ HESABLANIB? - ŞƏRH
Bu gün, 08:58 |
|
|
|
|