"Adil Əliyev bizi çağırıb dedi ki..." .....                     Deputatlar Həcc ziyarətində .....                     Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? .....                     “Qara qutu” niyə Azərbaycana gətirilmədi? .....                     Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: .....                     "Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır .....                     Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı .....                     Tiktoker "Nurdan" həbs edildi .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Baş prokurorluqda YENİ TƏYİNATLAR .....                     Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, .....                     "Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" .....                     Paşinyanla görüşlə bağlı .....                     “İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” .....                     İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib .....                     Fransa əgər bizimlə dil tapmaq istəyirsə... .....                     Müəllimlərin də maaşı artırılacaq? .....                     Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək .....                     “Deyirlər ki, get, hara istəyirsən şikayət et” .....                     Tramp Kopenhagendən də cavab aldı .....                     Həbs edilən diplomatdan nə xəbər? .....                     Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var .....                     Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi .....                     SOCAR İnsan Resursları Portalında NONSENS!!! .....                     "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" .....                     Müğənnilərin sayı NİYƏ ARTIB? .....                     “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, .....                     Neft qiymətləri bahalaşır .....                     Yaxşı olar ki, Tehran odla oynamasın .....                     "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." .....                     Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi .....                     Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... .....                     ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... .....                     Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? .....                     Burda elə işlər çevrilir ki... .....                     "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" .....                     Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib .....                     Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU .....                     Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı .....                     Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? .....                 

Ermənistan sülh əleyhinə silahlanır - Prezidentdən 2025 XƏBƏRDARLIĞI!
Tarix: Dünən, 11:02 | Çap et
Ermənistan sülh əleyhinə silahlanır
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Ermənistanın silahlanmasına bir daha toxundu. Dövlət başçısı vurğuladı ki, bu addımlar bölgə üçün növbəti təhdid mənbəyidir.

Sitat: “Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”.

Ölkə başçısı hesab edir ki, Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır: “Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq”.

Həqiqətən də 2025-ci il Ermənistan üçün sülhə çağırış dövrü olmalıdır. Bu siyasətin davam etdirilməsi isə qonşu respublikaya heç bir yaxşı gələcək vəd etmir. Ermənistanın sülh əleyhinə silahlanması müşahidə olunur ki, bölgədə yeni bir hərbi eskalasiya bu ölkənin ordusunun növbəti darmadağınla nəticələnməsinə gətirib çıxaracaq. Ona görə Prezident Ermənistanın sülh və insanlıq əleyhinə yönəlmiş bu addımlarını dayandırmağa çağırır, dönə-dönə xəbərdarlıq edir. Ermənistan isə xəbərdarlıqlara məhəl qoymursa, bunun zərərini görə bilər.

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz bu il hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb - 8,4 milyard manat səviyyəsinə qalxıb.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Ermənistan cəzalanmaq və növbəti “dəmir yumruq” həvəsindədir. Hərbi analitik düşmən ölkəyə edilən xəbərdarlıqları İrəvanın ciddi qiymətləndirməli olduğunu düşünür: “Ermənistan rəhbərliyinin əvvəlki məsuliyyətsiz çıxışlarının və addımlarının nəticəsi göz qabağındadır. Bu mövqe 44 günlük əks-hücum əməliyyatına səbəb oldu və 20 faiz ərazi işğaldan azad edildi. İndi bir erməni terrorçusu və işğalçı əsgəri də Qarabağda yoxdur. Əgər Ermənistan Fransa, Hindistan, Avropa Sülh Fondu, 5 aprel Brüssel görüşünün nəticəsi olaraq Qərb ölkələrindən silahlanırsa, bu yöndə Kipr, Yunanıstan da dəstək verirsə, deməli, planlı, strategiyalı iş aparılır. Məqsəd Ermənistan ordusunun əhval-ruhiyyəsini qaldırmaq, Avropanın arxa-dayaq olduğunu nümayiş etdirməkdir. Bununla gələcək qarşıdurmalara təhrik siyasəti yürüdülür. Ancaq əminliklə deyə bilərəm ki, 8 milyardlıq hərbi büdcə qarşısında Ermənistan dözə bilməz. Ona görə də Paşinyan kabineti və havadarları sülhə investisiya qoymalıdırlar, silaha yox. Məncə, Prezidentin son xəbərdarlığı Ermənistan üçün ciddi bir siqnaldır. Buna səthi yanaşmaqla, İrəvan özünə qəbir qaza bilər”.

Hərbi ekspertin fikrincə, sülh üçün böyük imkanlar yaranıb və Ermənistan silahlanma ilə fürsətləri qaçırır: “Hazırda Ermənistan sülh əleyhinə addımlar atır. Səbəb Qərbin hərbi dəstəyidir. Paşinyan komandası sülh sənədini Qərbin masasında və özünün şərtləri ilə imzalamağa çalışır. Lakin məğlub və işğalçı tərəfin şərti ola bilməz. Azərbaycan diqtə edən tərəfdir. Təəssüf ki, Qərb dövlətləri Ermənistana hamilik etməklə onu tək buraxmadıqlarını demək istəyirlər. Bu mövqe də İrəvanı ruhlandırır. Çünki Ermənistan Rusiyadan sonra indi Avropanın ona havadarlıq etdiyini, istənilən halda, yenə bir ağa tapdığını görməkdədir. Amma Azərbaycan yeni hiylələrə aldanmaq niyyətində deyil. Biz imkan verə bilmərik ki, bu dəfə də Qərbin himayəsi altında növbəti hərbi təxribatlara yol verilsin. Odur ki, Ermənistanın silahlanmasının qarşısını alacaq diplomatik təzyiqləri artırmalıyıq, sülh sazişinin bağlanması istiqamətində addımları sürətləndirməliyik. Paşinyanın ağlı varsa, bu oyunlara əsla getməz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06
Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03
Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01
“Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59
Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57
"Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54
Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49
Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40
Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33
"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32
Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA
Bu gün, 12:31
“İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24
İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib - “Tasnim”
Bu gün, 12:21
Fransa əgər bizimlə dil tapmaq istəyirsə... - Makron buyurub BAKIYA GƏLƏ BİLƏR...
Bu gün, 12:19
Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12
Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09
“Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07
Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02
Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52
Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49
Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41
SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40
"Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30
Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21
Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20
Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15
"Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12
Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06
Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03
ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00
Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53
Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50
"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bu gün, 10:45
Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU YAYILDI
Bu gün, 10:40
Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Bu gün, 10:37
Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 10:35
Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir - MƏQALƏ
Bu gün, 10:26
Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 10:23
Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə - Çətin durumla üzləşdilər
Bu gün, 10:13
Makron ona görə qəzəblidir ki... - İNCƏLƏMƏ
Bu gün, 10:11
Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq - Erməni politoloq
Bu gün, 10:10
Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Bu gün, 10:09
Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır
Bu gün, 10:04
İrəvan sülhdən daha çox zamana oynayır - FAKT BUDUR!
Bu gün, 09:59
"Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" - DİQQƏT!
Bu gün, 09:58
Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru