“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, .....                     Neft qiymətləri bahalaşır .....                     Yaxşı olar ki, Tehran odla oynamasın .....                     "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." .....                     Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi .....                     Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... .....                     ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... .....                     Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? .....                     Burda elə işlər çevrilir ki... .....                     "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" .....                     Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib .....                     Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU .....                     Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı .....                     Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? .....                     Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir .....                     Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır .....                     Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə .....                     Makron ona görə qəzəblidir ki... .....                     Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq .....                     Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... .....                     Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi .....                     İrəvan sülhdən daha çox zamana oynayır .....                     "Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" .....                     Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... .....                     Bakı-Kazan-Bakı aviareysi ləğv edilib .....                     Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi? .....                     "Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." .....                     Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün .....                     Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? .....                     İran 120 minlik ordu ilə kimə meydan oxuyur? .....                     “Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... .....                     Burda körpələrin həyatı təhlükədədir .....                     Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı .....                     Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb? .....                     İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? .....                     MB-dəki islahatlar NƏYƏ HESABLANIB? .....                     Sabiq məmurun oğlu ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     İran sərhədimizə qoşun yığmağa BAŞLADI: Tehran NƏYƏ HAZIRLAŞIR? .....                     Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? .....                 

Hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var - NƏ ETMƏLİ?
Tarix: Dünən, 08:37 | Çap et
Hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var
Yeni ilin əvvəlində Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib. Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.

Əldə olunan məlumatlara əsasən, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb: “Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyətlə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər".

Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Belə çıxır, hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var?

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Plastik cərrahlarla bağlı bu məsələ prosesini biz də izləyirik. Bu barədə, məlum olduğu kimi, həm hüquq-mühafizə orqanları, həm Səhiyyə Nazirliyi bu məsələ ilə aktiv və ciddi şəkildə məşğul olur, araşdırmalar aparır. Hər halda, hesab edirəm ki, bu tələblərin, o cümlədən notarial təsdiqlər, sertifikatların göstərilməsi bu araşdırımanın bir tərkib hissəsi hesab edərək, nəticələri gözləmək lazımdır. Çünki son vaxtlara qədər bu məsələ ictimaiyyətin müzakirəsində idisə, indi artıq bu rəsmi olaraq hüquq-mühafizə orqanlarının bir araşdırmasıdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, bu məsələlər sistemli şəkildə aparılmalıdır: “İnsanla bağlı, sağlamlığa yönəlik, ümumiyyətlə, hər hansı tibbi fəaliyyətlə məşğul olan şəxsin baza tibb təhsili olmalıdır. Birinci tələb budur. Bundan sonra onun həmin ixtisas üzrə onun rezidentura təhsili olmalıdır, yəni tibb təhsilin yüksək mərhələsini keçməlidir. Daha sonra lisenziya alır, akkreditasiya olunur və 3-5 illik lisenziya müddətində bu işlə məşğul olur. Lisenziya müddəti bitdikdən sonra onun fəaliyyəti yoxlanılır və yenidən lisenziyası uzadılır və yaxud dayandırılır. Dünyada prosedur budur. Biz niyə bu yolla getməməliyik. Yoxsa ki, yeri gəldi gəlmədi, hərə bir qondarma sənədlə ağlına gələn işlə məşğul olacaq. Əlbəttə , buna imkan var və insanlarda da məşğuldur. Biz elə situasiya yaratmalıyıq ki, sadəcə, buna imkan olmasın”.

Tanınmış plastik cərrah Elnur Mehrəli isə qeyd edib: “Pasiyentlər sağlamlıqlarını təhlükəyə atmamalı, "padvalaltı" şəraitdə edilən estetik əməliyyatlardan və qeyri-peşəkar şəxslərdən uzaq durmalıdırlar. Təəssüf ki, əvvəllər ingilis dili müəllimi, manikür ustası, saç ustası və ya taksi sürücüsü olmuş şəxslərin bu gün liposaksiya əməliyyatı apardığına dair məlumatlar eşidirik. Bu şəxslərin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılması və onlara qarşı sərt tədbirlərin görülməsi vacibdir. Bu məsələ təkcə insan sağlamlığına deyil, həm də genefondumuza və həkimlik adına ciddi zərbə vurur.

İnsanlar düzgün həkim seçmək məsələsində diqqətli olmalıdırlar. Onlar araşdırma apararaq, uzun illər bu sahədə peşəkar fəaliyyət göstərən, peşəsinə vicdanla və savadla yanaşan həkimlərə müraciət etməlidirlər. Təkcə görüntüyə və ya fotoşopla düzəldilmiş fotolara, videolara aldanmaq olmaz. Lazım gəldikdə, müraciət etdikləri həkimin sertifikasiyasını, diplomunu və peşəkarlığını təsdiqləyən sənədləri tələb edə bilərlər. Bundan başqa, həkimin müayinə və yanaşma tərzi də onun peşəkarlığını müəyyənləşdirmək üçün önəmli göstəricidir.

Həkimlər müraciət edən pasiyentlərin keçirdikləri xəstəliklərə, ürək-damar sistemi problemlərinə, epileptik vəziyyətlərinə və hətta son illərdə dünyanın böyük bəlası olan koronavirusun təsirlərinə xüsusi diqqət yetirməlidirlər. Koronavirus keçirmiş və xəstəxana şəraitində müalicə almış, ağciyərlərində “buzlu şüşə” görüntüsü aşkar olunmuş pasiyentlərdə abdominoplastika əməliyyatı zamanı qarın əzələlərinin yığılması fonunda yaranan gərginlik ciddi fəsadlara yol aça bilər. Eyni zamanda çəki və yaşla bağlı problemlər də bu pasiyentlər üçün əlavə risk faktoru yarada bilər.

Bu kimi halları nəzərə almayan və özünü plastik cərrah kimi təqdim edərək əməliyyat icra edən şəxslərlə bağlı çoxsaylı şikayətlər eşidirik. Təəssüf ki, ümumi cərrah və ya ginekoloq olduqlarını iddia edərək bu cür əməliyyatlara girişən şəxslər var. Eyni zamanda kosmetoloji salonlarda, şəraitsiz mühitdə edilən liposaksiya və dolğu prosedurlarının çoxalması da ciddi problemə çevrilib. Bu halların nəticəsində müxtəlif patologiyalar və fəsadlarla bizə müraciət edən pasiyentlər az deyil. Müayinə zamanı texniki səhvlər, əməliyyatın düzgün planlaşdırılmaması və hər kəsə eyni yanaşmanın tətbiq edilməsi kimi problemlər ortaya çıxır. Halbuki hər bir pasiyent fərdi yanaşma tələb edir. Yaş qrupu, xüsusi vəziyyəti, keçirdiyi xəstəliklər, çəkisi və digər sağlamlıq problemləri nəzərə alınmalıdır".

E.Mehrəlinin sözlərinə görə nəticə olaraq, bu sahədə nəzarətin gücləndirilməsi və pasiyentlərin maarifləndirilməsi zəruridir.

“Hər kəs sağlamlığına dəyər verməli və əməliyyat üçün peşəkar həkimlərə müraciət etməlidir”, - deyə cərrah bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21
Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20
Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15
"Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12
Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06
Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03
ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00
Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53
Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50
"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bu gün, 10:45
Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU YAYILDI
Bu gün, 10:40
Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Bu gün, 10:37
Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 10:35
Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir - MƏQALƏ
Bu gün, 10:26
Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 10:23
Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə - Çətin durumla üzləşdilər
Bu gün, 10:13
Makron ona görə qəzəblidir ki... - İNCƏLƏMƏ
Bu gün, 10:11
Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq - Erməni politoloq
Bu gün, 10:10
Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Bu gün, 10:09
Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır
Bu gün, 10:04
İrəvan sülhdən daha çox zamana oynayır - FAKT BUDUR!
Bu gün, 09:59
"Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" - DİQQƏT!
Bu gün, 09:58
Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:56
Bakı-Kazan-Bakı aviareysi ləğv edilib
Bu gün, 09:54
Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi? - AKTUAL
Bu gün, 09:41
"Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." - Ekspert danışır...
Bu gün, 09:33
Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... - NƏ ETMƏLİ?
Bu gün, 09:29
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır
Bu gün, 09:28
Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...
Bu gün, 09:26
İran 120 minlik ordu ilə kimə meydan oxuyur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
“Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:18
Burda körpələrin həyatı təhlükədədir - VİDEOFAKT
Bu gün, 09:11
Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı QƏRAR VERDİ
Bu gün, 09:03
Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb?
Bu gün, 09:01
İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? - Ermənistanda yaranan panikanın DETALLARI
Bu gün, 09:00
MB-dəki islahatlar NƏYƏ HESABLANIB? - ŞƏRH
Bu gün, 08:58
Sabiq məmurun oğlu ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 08:57
İran sərhədimizə qoşun yığmağa BAŞLADI: Tehran NƏYƏ HAZIRLAŞIR? - Görünəni odur ki...
Bu gün, 08:56
Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? – Sabiq nazir mühüm məqamları açdı
Bu gün, 08:54
Müştərinin nə sifariş etdiyi önəmli deyil - Önəmli olanı "Starex kargo"nun nə göndərəcəyidir...
Bu gün, 08:52
Aİ ilə Bakı arasında iki CİDDİ PROBLEM - Danışıqların nəticəsi...
Bu gün, 08:47
İrana daha hansı formada başa salınmalıdır ki... - NET MÖVQE
Bu gün, 08:43
Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib - FOTO
Bu gün, 08:38
"Mənə kömək edin... bu ölkədən ÇIXIM GEDİM..." - "Artıq bu yaşda dərk etdim ki..."
Bu gün, 08:35
Bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanladı - REKTOR ƏVƏZİNDƏN ŞİKAYƏT
Bu gün, 07:34
Bakıda Peşə Təhsil Mərkəzinin tələbələrinə niyə iki aydır təqaüd verilmir? - NARAZILIQ VAR...
Bu gün, 07:28
Fikonun Kiyevə təhdidləri: “Avropa ona təzyiq etməlidir” - GƏLİŞMƏ
Bu gün, 07:24
"Məlumatlar, artıq Qazaxıstanın istintaq orqanlarına təqdim olunub" - deputat
Bu gün, 07:20
İran ətrafında çənbər daralır: Əliyev şərtlərini elan etdi - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru